Quş Yuvası Dizaynları - Fotolar

Heyvan sevər biri olaraq bu məqaləni hazırlamaq məni xoşbəxt edir. Quş yuvaları həm quşlar üçün gözəl bir həyat sahəsi, həm də bağçalarınız üçün mükəmməl bir dekorativ əşya ola bilər. Mən kiçik yaşlarımda həmişə quş yuvamızın olmasını istəmişəmdir. Əsas da filmlərdə görüb arzulardım. Bir çox kiçik quş ətrafında uçar və quş səsləri ətrafı sarar, sanki nağıllar aləmi kimi. Amma filmlərdə gördüyüm o gözəl səhnəni heç zaman yaşaya bilmədim. Sizlər də öz quş yuvanızı hazırlaya bilərsiniz. Yeri gəlmişkən aşağıdakı quş yuvalarının hamısı əl işidir. Bu mövzuda internetdə köməkçi videolar tapmaq mümkündür. Bəzi dülgərlər hələ də hobbi olaraq quş yuvası hazırlayırlar. Onlardan almaq olar. Amma hazır olaraq quş yuvası almaq özünüz hazırladığınız bir yuva qədər zövqlü olmaya bilər. Quş yuvalarından istifadə edərək bağçanızı bəzəyə bilərsiniz, bu yolla həm bağçanız gözəlləşəcək, həm də gözəl quş səsləri evinizdən əksik olmayacaq. Bu foto qalereyada ən gözəl quş yuvası dizaynları sizləri gözləyir.

Hazırladı: MushviG.H

0 şərh