Tərcümə olunmayan sözlər



Hər dilin özünəməxsus, aid olduğu xalqın mədəniyyətinə, yaşam tərzinə xas xüsusi sözləri olur ki, digər dillərə bir sözlə tərcüməsi mümkün olmur. Belə sözlər ifadə etdiyi məna və lakonikliyinin cazibəsi ilə çoxumuza maraqlıdı. İşlərindəki xırdalıqlara olduqca önəm verən və hər illustrasiyasına daha yaxından baxmağa məcbur edən İngilis illustrator Mariya Tiurina da bu cazibəyə düşənlərdəndir. Belə ki, «Untranslatable words» proyekti çərçivəsində belə sözləri illustrasiyalarda canlandırıb.

Duende
Duende (ispanca) — Bir sənət əsərinin insana dərindən təsir etmə gücü.

Baku-shan

Baku-shan (yaponca) -
Gözəl qız, ancaq arxadan baxdığınızda.

 
 
Schadenfreude

Schadenfreude
 (almanca) — Başqalarının bədbəxliklərini görməkdən doğan məmnuniyyət.


Pålegg
Pålegg (norveçcə) — Bir dilim çörəyin üstünə yerləşə biləcək hər şey.


Torschlusspanik

Torschlusspanik (almanca) —
«Bağlanan qapı qorxusu» və ya, yaş ötdükcə əldən çıxan fürsətlərə duyulan qorxu.

 
Kyoikumama

Kyoikumama (yaponca) —
Övladına dərslərində uğurlu olması üçün amansızca yüklənən ana.

Age-Otori
Age-Otori (yaponca) — Saç kəsimi sonrası əvvəlkindən daha bərbad görünmək. 

Schlimazl 
Schlimazl (Yiddiş dili) — Davamlı uğursuzluğa uğrayan şəxs.

 Gufra
Gufra (ərəbcə) - Bir ovuca sığa biləcək suyun miqdarı.

 Luftmensch
Luftmensch (Yiddiş dili) — Xəyalpərəst insanları ifadə edən söz. Lüğəvi mənası «hava insanı».

4 şərh

Shabnam_Ilham
Amma bizim dilə tərcümə ehtiyacı olan sözlər :) Maraqlıdı Azərbaycan dilində də belə sözlər varmı? Mən beynimi o qədər yormadım :)
_BUMERANQ_
Tam burdakı kimi olmasa da, bir müddət fb-da dilimizin özünəxas altmənalı ifadələrinin ingiliscə izahı olan səhifə var idi. Bu topik o səhifəni xatırlatdı, indi baxıram ki, formatları dəyişib. 

Amma sırf bu cür nümunələr üçün, səndemiş baş yormaq lazımdı bir az :) 
azadmamedov90
Per pencər-Göy göyərti..) Saymağa başladım.