Güllərin rəqsi

Çox zaman ətrafına göz gəzdirərək dəqiqliklə tikilmiş hündür qalaları, çoxmərtəbəli göydələnləri, gözəl evləri gördükdə bütün bunların insan əllərilə yaradılmasına inanmırsan. Və, əlbəttə, hazırda bu cür tikililər bir əsr bundan əvvələ nisbətən elə də təəccüb doğurmur. Ancaq istisnalar da mövcuddur! Məsələn, may ayında İspaniyanın Kordova şəhərciyinə getsəniz, müxtəlif bitkilərlə bəzənmiş qar kimi evlərə heyran qalacaqsınız. 
 
Hər il may ayının başlanğıcında Kordova sakinləri öz evlərinin və küçələrin divarlarını bir çox çiçək açmış dibçək bitkilərilə örtürlər. Kiçik həyətlər (veranda) sanki xoş ətirli bitkilərin gözəlliyində itib-batır və bu, gözəlliyə qiymət verənlər üçün əsl həzzdir. 

 

 Festival adətən rəngarəng güllərin təntənəli paradı ilə açıq elan edilir, amma sonra ən maraqlı an başlanır – verandaların bəzədilməsinə görə uzun və rəqbətli müsabiqə. 
 

Sakinlər gözəl çiçəkli güllərlə həyətlərini və bütün küçəni bəzəyirlər. Ən maraqlısı isə müsabiqədə bütün Kordova əhalisinin praktik olaraq iştirak etməsidir.
 

 

 

0 şərh