Рейтинг
+136.60

Fotosessiya

88 üzv, 354 topik

Dünyanın ən bahalıları

10. “Clive Christian İmperial Majesty Perfume” – Dünyanın ən bahalı ətri. Məşhur dizayner Clive Cristian tərəfindən hazırlanan bu ətrin bir unsiyası 12,000 dollar dəyərindədi. Bir şüşə ətir almaq üçün isə siz 215,000 dollar ödəmək məcburiyyətindəsiniz. Bu qədər baha olmasının səbəbi şüşənin 18 unsiyalıq qızıl halqa ilə haşiyələnməsi və 5 karatlıq almazlarla bəzədilməsidir. 


Ardı →

Orijinal şahmat

Yaranma tarixinə və digər şahmatlarla müqayisədə orijinal, unikal, simpataka-şahmat. Onlar öz orijinallıqlarına və sirlərinə görə digərlərindən fərqlənirlər.

Ardı →

Frankenstein Heyvanlar


 Maraqlı və tük ürpədici bir sənət sahəsi hesab edilən «Frankenstein Heyvanlar»Enriki Qomez De Molina tərəfindən icra edilirdi. De Molina fərqli heyvan bədənlərinin hissələrini birləşdirib dolduraraq yeni qəribə heyvan formaları əldə edirdi. Lakin 2012-ci ildə nəsli kəsilmək təhlükəsində olan vəhşi heyvan cinsini material kimi istifadə etdiyinə görə De Molina 20 ay həbslə və istifadə etdiyi qaçaq heyvan hissələrinə görə isə hissə başı 80.000 dollar cərimə ilə cəzalandırıldı. Bu heyvan heykəlləri çox qəribə, ürpədici və maraqlı olsada arzu edirik ki, bu sənət növü uzun müddət davam etməz. Çünki heyvanlar canlı daha gözəldir.                    
Ardı →

Fotoqraf balerina

Kayli Sparr gözəllik haqqında gördüklərini baletdən fotoqrafiyaya ötürdü. “Həyatımın bir neçə ilini professional balerina olmağa həsr etdim. Təhsilimi bitirdikdə isə bunun əslində mənim yolum olmadığını anladım. Və daxilimdə yaşayan yaradıcılığımı gerçəkləşdirməyin başqa yollarını axtarmağa başladım.

İllər öncə fotoqrafiyanı kəşf etdim. Elə o vaxtdan sürrealist və simvolik şəkillər yaradaraq, fotoqrafiyanı həyatımım mühüm bir parçasına çevirmişəm. Şəkillərin süjeti mənim düşüncəm, müşahidələrim və şəxsi təcrübələrimdən doğur. Mən gözə görünməyənləri görməyə, hələ deyilməmiş sözləri eşitməyə, insanlar və ətraf mühit münasibətini müşahidə etməyə çalışıram". Kayli Sparrın işlərindən biri rəsm müsabiqəsində “Eksperimental foto” kateqoriyasında xüsusi mükafata laiq görülmüşdür.
Ardı →

Karandaş uclarında heykəllər

Bəzi rəssamların texniki bacarıqları həqiqətən inanılmazdır- bu kiçik, gözəl heykəllər karandaş uclarından ehtiyatla yonularaq hazırlanmışdır.

Bu məharətlə hazırlanmış miniatür heykəllər 1986-ci ildə qaçqın kimi Vyetnamı tərk edən Amerikan rəssamı Diem Chaunun sənət əsərləridir. Görünür o, miniatür iş düşkünüdür. Belə ki, oyulmuş qələm ucu ilə yanaşı, bütün Latın əlifbasını əhatə edən miniatür, rəngli karandaşlar yaradıb.
Chaunun veb-səhifəsində deyilənə görə, miniatür işlər “ötəri xatirələrin zərif səhnəcikləridir” və “unudulmuş, solmuş, qısa müddət yadda qalan anları” üzə çıxarır.

Ardı →