Рейтинг
+136.60

Fotosessiya

88 üzv, 354 topik

Şəlalə restoran

Dünya maraqlı məkanlarla doludur. Belə məkanlarda insanlar çox vaxt dincelmək üçün gəlir. Bir çox ölkədə qeyri-adi dizayna malik restoranlar fəaliyyət göstərir. Məkanın sahibləri müştəri cəlb etmək üçün sanki bir-birinin bəhsinə girir. Bu restoranlara insanlar sadəcə yemək yeməyə gəlmir, həm də maraqlı mənzərə seyr etməyə gəlir.

Filippindəki San-Pablo şəhərinin yaxınlığında yerləşən restoranın sahibləri qəribə ideyaları ilə fərqləniblər. Bu iaşə müəssisəsi onunla maraqlıdır ki, öz şəlaləsi vardır. Masalar şəlalənin ətəyində suyun içində qoyulub, müştərilər isə şalvarlarının balaqlarını dizədək qatlayaraq ayaqyalın gəzirlər. Təbii ki bu cür məkanlar dizaynına görə, başqa restoranlardan fərqli olaraq xidmətlərini yüksək qiymətləndirməkdə haqlı olurlar.

Ardı →

Çəhrayı Flamingo ölkəsi

Keniyada Nakuru adlı göldə milyonlarca flamingo görmək olar. Yüzminlərcə quş uçub gələrək burada xüsusən  turistlər üçün əsl tamaşa yaradırlar.
Əgər siz hecvaxt göl sahillərində yuva quran  flamingo görməmisinizsə onda bu möhtəşəm mənzərəyə baxmağa dəyər:

Ardı →

Maraqlı yerlər

Almaniyanın Dresden şəhərində olan bu binanın mühəndislik möcüzəsi bir xüsusiyyəti var. Binanın adı Neustadt Kunsthofpassage. Yağış yağdığında musiqi çalan bu bina musiqiçilər və mühəndislər tərəfindən yaradıldi. Yəni bu bina hər yağış yağdığında şəhərdə yaşayanlara musiqi çalır.
Binaya  turistlərin  də sıx marağı görünür.

  


Ardı →

Natron Gölü- canlıları heykələ çevirən

Tanzaniyada Natron Gölü hər kəsi heyrətə salan, dəhşət verici təbiətinə və canlıları duzdan heykəllərə çevirməsinə görə tanınır. Şimali Tanzaniyada olan Natron gölü, Şərqi Afrikanın Böyük Rift Vadisinin cənubuna qırıq bir bilərzik kimi düzülmüş bir neçə soda gölündən biridir. Göl, Ewaso Ng'iro çayı və ayrıca isti qaynaq suları ilə bəslənir. 3 metrdən daha az dərinliyi ilə dayaz olmasına qarşı, dəyişən buxarlanma nisbətləri səbəbiylə olduqca dəyişən genişliyə malikdir.

Gölün " natron " adını sözün mənasından da aydın olduğu kimi «Təbii natrium karbonat, soda və ya natrium hidroksid » məzmunundan ibarətdir.
Na2CO3 · 10H2O (natrium karbonat ) və ayrıca yüzdə 17 nisbətində də NaHCO3 (natrium bikarbonat ) ehtiva edən göldə fərqli miqdarlarda da natrium xlorid və natrium sulfat vardır. Sıx miqdarda duz ehtiva etdiyi üçün zaman zaman suyun istiliyi 60° C-ə qədər çıxa bilir. 9-10.5 arasındakı Ph dərəcəsiylə canlılar üçün ölümcül ola bilir.


Ardı →

Ərzaqlardan sənət əsəri

İngilis fotoqraf Carl Warner ərzaq dekorasiyası sənətini yeni səviyyəyə qaldırır. O, real və mürəkkəb səhnələr yaratmaq üçün müxtəlif ərzaqlardan istifadə edir. Çörək yığıntılarından kələ-kötür dağlar, xiyardan ağac gövdələri, kələmdən, göyərtidən yarpaqlar hazırlayır.

Warner və onun komandası kulinariya elementlərini parça-parça, dəqiqliklə quraşdırmaqla Tac Mahal və Çin Səddi kimi məşhur memarlıq strukturları, qondola sürücülərindən kovboylara qədər insan fiqurları və London Skyline və böyük səhralar kimi gözəl mənzərələrin maketlərini yaratmışdır. 

Ardı →