Maraqlı fotosessiyalar,maraqlı şəkillər,fotoalbomlar
Fotosessiya
Dik Smitin məşhur qrim işləri
Bu il 92 yaşında vəfat edən amerikalı Dik Smit bədii qrimin pionerlərindən sayılır. Qrimin xaç atası adlandırılan Smit başqa qrimçilərdən fərqli olaraq, təkcə pudra, boyalarla kifayətlənmirdi.
O, həm də yeni materiallarla eksperiment edirdi. 2012-ci ildə ona kinonun inkişafındakı xidmətlərinə görə Oskar mükafatı verilib. O, bu mükafatı alan yeganə qrimçidir.
Onun metodları bu gün də geniş istifadə edilir. Smitin məşhur işləri arasında “Amadey”, “Taksist”, “Xaç atası” filmləri var.
«Xaç atası» filmi, Marlon Brando
Ardı →
Şəkil çəkdirərkən poz verməyin hiylələri
Şəkil çəkdirərkən poz vermək heç də asan deyil. Hətta bunu heç bacarmayan, bütün şəkillərində heykəl kimi duran insanlar var. Şəkillərlə özəl anlarımızı ölümsüzləşdiririksə, niyə də poz verməyi bacarmayaq? Sadəcə çalışmaq lazımdır.
Arxa fon çox vacibdir. Yəni harda şəkil çəkdirməniz şəklin keyfiyyəti üçün əhəmiyyətlidir. Arxa fonun rəngi geyiminizin rəngi ilə təmas edirsə, yerinizi dəyişin. Şəkil çəkdirərkən geyiminizin, saçınızın rəngindən fərqli rəngdə olan yerlər seçin.
Ardı →
Postmodern divar saatları
Dünyanın gözəl məscidləri
İranlı tələbə Məhəmməd Gənci dünyanın müxtəlif ölkələrindəki məscidlərin interyerləri və tavanlarının fotolarını çəkir.
Şəkillərdə Yaxın Şərq memarlığına xas eleqant tağları və spiral şəkilli sütunları aydın görmək mümkündür.
Məscidlərin daxili divarlarındakı bənzərsiz naxışlar, eləcə də parlaq vitrajlar və həndəsi mozaika isə heç kəsi laqeyd qoymur.
Bir çox məscidlərdə foto çəkmək qadağan olunduğu üçün bu layihə qeyri-adi interyerləri incələmək baxımından unikaldır.
Ardı →
Günəşin öpdüyü qızlar
Çilli qızlar da iki qrupa bölünür: təbiətin hədiyyəsi ilə mübarizə aparanlar və çilləri ilə barışanlar. Çillər qadını qətiyyən çirkinləşdirmir, əksinə, onu daha canlı və qeyri-adi göstərir.
Ardı →
İlk baxışdan qərar verməyə tələsməyin
Əgər kitablar, sadəcə, kitab deyilsə...
Buna görə də işlərdən və layihələrdən boş vaxt tapan kimi Betel, fotoşopun köməkliyi ilə biri-birindən fərqli və qeyri-adi avtoportretlər yaradır.
Betelin son işi – dünyaca məşhur kitablarla çəkdiyi portretlərdə dizayner kitab səhifələrini reallığa çevirə bilib. Mimikalar, jestlər, geyimlər – hər şey layihəni daha da qeyri-adi etmək üçün hesablanıb.
Ardı →