Рейтинг
+136.60

Fotosessiya

88 üzv, 354 topik

Hikaru Ço kələyi

Bir anlıq badımcan dişlədiyiniz vaxt dişlərinizin arasından axan yumurta sarısını və yumurta qabığının xırtıltılarını təsəvvür edin. İstedadlı Yaponiya rəssamı Hikaru Ço müxtəlif qida maddələrini rəngləyərək onların tamamilə başqa məhsullara bənzəməsinə səbəb olan maraqlı bir təcrübə aparmışdır.

Çonun işi şuluq kimi qəbul edilə bilər, lakin olduqca keyfiyyətlidir. Akrilik boya ilə işlənmiş bu nümunələr hirperrealizm cərəyanına məxsusdur və olduqca inandırıcıdır. Bir ərzağı götürüb onu açanda tamam fərqli bir şeyin çıxması olduqca əyləncəlidir.

Çonun bu qədər istedadlı olduğunu nəzərə alsaq, onun cəmi 19 yaşında olduğuna inanmaq bir qədər çətindir. O, 2012-ci ildə Muraşino İncəsənət Universitetinə daxil olmuş və bir sıra yapon markaları üçün müxtəlif işlər görmüşdür. Bu, onun hiperrealizm üslubunda gördüyü ilk işləri deyil. Bu və onun digər əl işlərinə nəzər yetirməyə dəyər.

Davamı →

Şəlalə restoran

Dünya maraqlı məkanlarla doludur. Belə məkanlarda insanlar çox vaxt dincelmək üçün gəlir. Bir çox ölkədə qeyri-adi dizayna malik restoranlar fəaliyyət göstərir. Məkanın sahibləri müştəri cəlb etmək üçün sanki bir-birinin bəhsinə girir. Bu restoranlara insanlar sadəcə yemək yeməyə gəlmir, həm də maraqlı mənzərə seyr etməyə gəlir.

Filippindəki San-Pablo şəhərinin yaxınlığında yerləşən restoranın sahibləri qəribə ideyaları ilə fərqləniblər. Bu iaşə müəssisəsi onunla maraqlıdır ki, öz şəlaləsi vardır. Masalar şəlalənin ətəyində suyun içində qoyulub, müştərilər isə şalvarlarının balaqlarını dizədək qatlayaraq ayaqyalın gəzirlər. Təbii ki bu cür məkanlar dizaynına görə, başqa restoranlardan fərqli olaraq xidmətlərini yüksək qiymətləndirməkdə haqlı olurlar.

Ardı →

Kuifje(Tenten) layihəsi

NL studio Holland memarlıq şirkəti tərəfində Rotterdamda çox mənzilli yaşayış binası tikiblər. Bu 15-mərtəbəli bina Nieuv-Croosvik rayonunda ən hündür tikilidi. Binanın qeyri-adiliyi isə onun mərtəbli damındadır. Dizaynerlər evin damını məşhur komiks personajı Tenten-ın saç düzümünə oxşadıblar. Bina Kuifje adlanır,  Holland dilindən tərcümədə Tenten demekdi.

Ardı →

Qara Ev

Paris memarlıq studiyası Marchi Architectes Fransanın Normandiya bölgəsində maraqlı dizayn və quluşa malik ev tikiblər.

«Black House» və ya «Qara Ev»in memarları Adelaide və Nikola Marçi-di. Ev quluş baxımından qeyri-adidi. Qara evin fasadı tam olaraq ağacdan düzəlib. Fasad qara rəngə boyanıb. Ağac fasad ətrafla qarışıb meşədə evi sanki gizlədir.


Ardı →