Dünya futbolunun mühüm "come back" yəni geridönüşləri

  • Futbol

Qol futbolun bəzəyidi. Bəzi matçlarda qolsuz bərabərlik (0:0 hesabı — red.) rəqiblərə 1 xal qazandırsa da, azarkeşlərə bir o qədər də xoş təəssürat vermir. Bəzi matçlarda isə bir-birinin ardınca vurulan qollar stadiona gələn azarkeşləri coşdurur və stadionda əsl futbol abu-havası yaranır. Fan-klubların, oyuna tək gələn sadə amma qatı futbol azarkeşi olan insanlar belə qolları gördükcə coşurlar və bu qolları coşğunluqla qeyd edirlər.

Bu dəfə Sizlərə futbol arenalarında qeydə alınan, hələ də azarkeşlərin yaddaşlarından silinməyən «come back» yəni məğlub ola-ola sonradan qollar vuraraq matçın nəticəsini dəyişəcək oyunlardan məlumat verəcəm. 

 

İNGİLTƏRƏ LİQA KUBOKU 4-CÜ TUR: «RİDİNQ» 5-7 «ARSENAL»

2012-ci ildə baş tutan matç İngiltərə futbol tarixində silinməz bir iz buraxıb. İngiltərə Liqa kuboku çərçivəsində doğma meydanda London «Arsenal»ını qəbul edən «Ridinq» matçın ilk hissəsində 4:0 hesabı ilə irəlidə idi. İkinci hissədə «topçular» sözün əsl mənasında toplarını işə saldılar və hesabı 4:4-ə gətirdilər. Oyunun əsas vaxtı 4:4 bitdiyindən 30 dəqiqəlik əlavə hissə oynanıldı. «Arsenal» matçda status-kvonu dəyişərək, Maruan Şamaxın qolu ilə hesabı 4:5 etdi və oyunda ilk dəfə olaraq hesabda önə keçdi. Bu qoldan 13 dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdirdilər. Rusiyalı Poqrebnyak qolun müəllifi oldu. Əlavə olunan vaxtın sonuncu hissəsi isə daha dramatik oldu. Əvvəlcə 120-ci dəqiqədə Teo Uolkott «Ridinq» müdafiəçilərinin səhvini bağışlamadı. Son hissəyə əlavə edilən 3-cü dəqiqədə isə Şamax yenə səhnəyə çıxdı və akrobatik qolla komandasının qələbəsini təmin etdi. Bu əzmkar qələbə sayəsində «Arsenal» Liqa kubokunda növbəti mərhələyə yüksələn klub oldu. 

IFrame

 

ŞOTLANDİYA PREMYER-LİQASI: «MOZERVEL» 6-6 «HİBERNİNAN»

Böyük Britaniya Krallığına aid ölkələr içərisində İngiltərədən sonra futboluna görə ən çox uğur qazanan və tanınan Şotlandiyadır. Şotlandlar həm yığma, həm də klub səviyyəsində bir çox uğurlara malikdirlər.

Premyer-liqa çərçivəsində keçirilən 2009-10 sezonu çərçivəsində keçirilən «Mozervel»-«Hiberninan» matçı həm şotland, həm də dünya futbolu baxımından böyük məna kəsb edir. Belə ki, matçın 62-ci dəqiqəsinə kimi 2:6 hesabı ilə öndə olan qonaqlar, bu nəticəni əldə saxlaya bilmədilər. Son yarım saatda 4 qol vuran meydan sahibləri həm biabrçılıqdan qurtuldular, həm də matçdan 1 xalla ayrıldılar. İlk hissəni 2:4 hesabı ilə öndə bitirən qonaqlar sonda 1 xala razı oldular.

IFrame

 

 

2004-05 SEZONU, ÇEMPİONLAR LİQASININ FİNALI: «LİVERPUL» 3-3 «MİLAN»

Türkiyənin ən böyük şəhəri olan İstanbulda keçirilən bu möhtəşəm final matçı qitənin ən böyük klub turnirinin də tarixində böyük yer tutur. Matçda 0:3 hesabı ilə irəlidə olan İtaliyanın «Milan» klubu ikinci hissədə ingilislərin qəzəbinə tuş gəldi. Əvvəlcə Maldini (1), Kresponun (39, 44) vurduğu qollarla demək olar ki, matçın taleyini həll etməyə nail olan «rossonyerlər» sonda hesabı qoruya bilmədilər. Bu azmış kimi, oyunsonrası penaltilər seriyasında da rəqibə boyun əydilər. İkinci hissə başlar-başlamaz «qırmızılar» matçda hegemonluğu ələ aldılar. Əvvəlcə kapitan Stiven Cerrard başla hesabı ikiyə endirdi. Bu qoldan cəmi 2 dəqiqə sonra çex forvard Vladimir Şmitser dəqiq zərbə ilə Didanı məyus edərək, hesabı minimuma endirdi. Matçın bir saatlıq hissəsi başa çatmamış ispan xavbek Xabi Alonso dəqiq penalti zərbəsi ilə hesabı bərabərləşdirdi. Bu qoldan sonra bütün «Milan» futbolçuları, o cümlədən azarkeşləri şoka düşdülər. İngilislər isə özünəinam qüvvəsi ilə ardı-arası kəsilməyən hücumlar reallaşdırırdılar. Tərəflərin fərqlənmək üçün müəyyən imkanları olsa da, ya Dudek ve Didanın dəqiq və səlist oyunu və ya futbolçuların qeyri-dəqiqliyi oyunun penaltilər seriyasına qədər uzanmasına səbəb oldu. Oyunsonrası keçirilən penaltilərdə isə ingilislər daha dəqiq oldular: 3:2. «Liverpul»dan Hamann, Sisse və Şmitser, «Milan»dan isə Tomasson və Kaka fərqləndilər. İngilislərin heyətində yalnız Rise qeyri-dəqiq oldu. İtalyanlarda isə Serjinyo, Pirlo və Şevçenko. Və beləcə, lotereyada qələbə qazanan «Liverpul» tarixində 5-ci dəfə Avropanın ən güclüsü oldular.

IFrame

 

İNGİLTƏRƏ PREMYER-LİQASI: «NYUKASL» 4:4 «ARSENAL»

İngiltərənin ən bəxtsiz klublarından sayılan «Arsenal» tarixində qeyri-adi uğurlarla diqqət çəkir. Bunlardan biri də 2012-ci ildə premyer-liqa çərçivəsində səfərdə qonağı olduğu «Nyukasl» matçıdı. «St. Ceyms Park» stadionun ilk hissəsini 0:4 hesabı ilə sükuta qərq edən «topçular»ın heyətində Dyabi (1), Curu (3), Van Persi (10, 26) fərqləndilər. İlk baxışdan «Arsenal»ın rahat qələbə qazanacağını, hətta oyunu böyük hesabla qazanacaqlarını düşünənlər çoxluq təşkil edirdi. Hətta bukmeyker konturlarında canlı pul atanlar da «Arsenal»ın lehinə oynayırdılar. Amma medalyonun ikinci tərəfi əslində görünməz idi. İkinci hissədə meydan sahiblərinin əzmkarlığı «Arsenal»ı və digər futbol adamlarını yerində oturtdu. Bartonun (62 p, 68 p) dublu, Best (75), Tyotenin (87) qolları meydan sahiblərinin həm rəhbərliyinə, həm də stadiona toplaşmış on minlərlə azarkeşə xoş anlar yaşatdı. Bu nəticədən sonra «Nyukasl»ın qazandığı 1 xal, onlar üçün çıxış yolu, hətta belə desək böyük uğur hesab olunurdu. «Arsenal» cəbhəsində isə tənqidlərlə dolu bir xal. Matçda digər yadda qalan məqamlardan biri də «Arsenal»ın ilk qolunu vuran fransız yarımmüdafiəçi Abu Dyabinin qırmızı vərəqə alması oldu.

IFrame

 

1953-CÜ İL, İNGİLTƏRƏ FA KUBOKU: «BLEKPUL» 4:3 «BOLTON»

Futbolun yaradıcılarının həm kubok matçları, həm də liqa matçları keçmişdə də böyük maraqla izlənilirdi. Stadionu dolduran azarkeşlər daima maraqlı matçlara şahid olurdular. 1953-cü ilin mayın 2-də keçirilən FA kubokun final matçı da buna bariz nümunələrdəndir. Məhşur «Uembli» stadionunda baş tutan final matçı əsl drama idi. 100 min tamaşaçı bir sözlə əsl futbol tamaşasının şahidi oldular. Oyunda 3 dəfə hesabda geriyə düşən «Blekpul» əsl qəhrəmanlıq nümayiş etdirərək, Mortensenin het-triki ilə manevr etdi və kuboku qazandı. Əvvəlcə Loftxaus hesabı açdı (0:1), Mortensen ilk qolunu vuraraq hesabı bərabərləşdirdi (1:1), daha sonra Moyr hesabı (1:2) etdi, Mortensen bu dəfə də cavabsız qalmadı, 68-ci dəqiqədə hesabl bərabərləşdirdi (2:2), Bell hesabı (2:3) etsə də, qollara doymayan Mortensen hesabı yenidən dəyişdi (3:3). Son dəqiqədə isə Perri komandasının qələbə qolunu vurmaqla, kuboku komandasına qazandırdı (4:3). 

IFrame

 

2014-CÜ İLDƏ BRAZİLİYADA KEÇİRİLƏN MUNDİALIN SEÇMƏ TSİKLI: ALMANİYA 4-4 İSVEÇ

Alman mexanizminin arada nasaz olması bu oyunda özünü göstərdi. Paytaxt Berlində yerləşən möhtəşəm «Olimpiyaştadium»da ilk hissəni 3:0-lıq rahat hesabla başa vuran almanlar ikinci hissədə skandinaviyaların sürprizi ilə qarşılaşdılar. İlk hissədə Kloze (8, 15), Mertezakerin (39) qolları ilə hesabda önə keçən Lövün yetirmələri ikinci hissədə də türk əsilli ulduzu Özilin sayəsində hesabı 4:0-a çatdırdılar. Bu qoldan ayılan qonaqlar əvvəlcə 62-ci dəqiqədə kapitan İbrahimoviçlə matçda intriqanı ölməyə qoymadılar. Daha sonra isə Lustiq fərqləndi və hesab ikiyə endi. 76-cı dəqiqədə isə sabiq «Qalatasaray»lı Elmander hesabı minimuma endirdi və oyun daha da maraqla məcra almağa başladı. Matça artırılmış son dəqiqədə isə Moskva MOİK-inin üzvü Rasmus Elm fərqləndi və hesab 4:4 oldu. Matç bu hesabla da bitdi.

IFrame

0 şərh