DÇ 2010-un ən gözəl qolları

Futbol üzrə 2010-cu il Dünya Çempionatı başa çatıb və yaddaşımızın arxivlərinə daxil olub. Bu dünya çempionatından yəqin ki yadımızda qalanlar İspaniyanın çempionluğu, vuvuzela səsləri, hakim səhvləri, qapıçıların başının bəlası Jubilani topu və ən əsası isə vurulan gözəl qollar oldu. Futbolun bəzəyinin qol olduğunu nəzərə alaraq, mən də bu postumda Dünya Çempionatında vurulmuş ən gözəl qolları sizə təqdim edəcəm. Əlavə etdiyim videoda qolların sırası göstərilib, amma bu sıra subyektiv xaretker daşıyır və həmin qollar bir-birindən daha gözəldir. Əgər sizin öz favoritiniz varsa, onları da şərhlərə əlavə etsəniz, çox gözəl olar.



Yuxarıdakı 10 qolunun hərəsinin öz gözəlliyi var. Amma məncə bu siyahıya çempionatın ən yaxşı oyunçusu seçilmiş Forlanın digər 3 qolunu da daxil etmək olar.


Forlanın Cənubi Afrika Respublikasının qapısına vurduğu möhtəşəm qol. 



Forlanın Qana yığma komandasının qapısına vurduğu gözəl cərimə zərbəsi.


Və nəhayət, Forlanın Hollandiyaya vurduğu qol.

5 şərh

Voogar
Bu qolların hər biri gözəldir. Lakin mənim ən xoşuma gələn Maicon-un səhv etmirəmsə Ş. Koreanın qapısından keçirdiyi qoldur. Forlanın son qolu isə (Almaniyanın qapısından keçirdiyi) əsl sənət əsəri idi.
r9perviz
Maiconun qolundan mənim də çox xoşum gəlir, amma əlavə etdiyim videoda həmin qol olmadığı üçün həmin qolu ayrıca videoda əlavə etmək istəmədim. Bunlardan başqa Hernandesin Argentianın qapısından keçirdiyi top da təqdirəlayiqdi.
Voogar
Razıyam. O yadımnan çıxmışdı. :)
ARISTOKRAT
men videolara baxa bilmedim,ama menim zovqumce en gozel qol van bronkorstun uruqvaya vurdugu qol idi.