Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Formasiya

Artıq bir neçə əsrdir ki, bəşər tarixi ibtidai icma, quldarlıq, feodalizm və kapitalizm ictimai-iqtisadi formasiyalarının cəmi kimi qəbul edilir. Kapitalizm yerinə hansı ictimai-iqtisadi formasiyanın gələcəyi XIX əsrin ortalarından bu günə qədər ciddi mübahisə mövzusudur. Yəni, bu gün bəşəriyyətin sabahı, ümumiyyətlə gələcəyi haqqında dialektikanın qanunlarına əsaslanan heç bir fəlsəfi konsepsiya mövcud deyildir. Sürətlə yaxınlaşan ekoloji fəlakətin fonunda kompassız və sükansız gəmini xatırladan bəşəriyyətin gələcəyinə işıq sala biləcək elmi-nəzəri əsasların yaradılması fəlsəfə və sosiologiya elmləri qarşısında duran ən aktual məsələdir.
Ardı →

Şəxsi mülkiyyət

Şəxsi mülkiyyət — Bəşəriyyətin problemlərinin əsas səbəbi

Qoca dünyamız son min illərdə xüsusilə son 200 ildə 4,5 milyard ilə nisbətən daha dəhşətli hadisələrə şahidlik etmişdir. Bu vəziyyət bir növün özü-özünü məhv etmə prosesidir.Bəşəriyyət tarixi boyu heç bir canlı növü öz növünə qarşı bu qədər amansız olmamışdır.İnsanlığın qəddarlığının biz və bizdən əvvəlki nəsillər müharibələrdə, genositlərdə, şovinist-irqçi siysətin əyani şahidi olub və böyük ehtimalla şahidi olacaqdır.

Ardı →

Freydizm haqda bir neçə söz

Milliyətcə yəhudi olan Sigmund Freyd ( Ziqmund Freyd 1856-1939 ) Avstriyalıdır. Vyana Universitetindən tibb üzrə məzun olmuşdur. Və elə orada da uzun bir sürə həkimlik edərək sinir xəstəlikləri, dəliliklə maraqlanmağa başlamışdır.

Fəlsəfə və psixologiyada insan psixikası haqqında söylədiyi fikirlər və ortaya atdığı psixoanaliz metodu ilə adını elm tarixinə yazdıra bilmişdır.
Məsələn o, psixoanaliz metodu ilə nevroz kimi əsəb xəstəliklərinin səbəblərini axtarmağa çalışırdı. Freyd belə hesab edirdi ki, bu kimi xəstəlikərin səbəbi insan psixikasının dərin qatlarında yatır. Keçmişdə, xüsusən də uşaqlıqda ödənilməmiş qayğıları, istəkləri, narahatlıqları o, sonradan ortaya çıxan əsəb xəstəliklərinin səbəbi adlandırırdı. O, xəstələrini qəbul edərkən xüsusi metodu üzrə hərəkət edirdi. Bu metoda Freyd psixoanaliz metodu deyirdi. Bu zaman psixoloq xəstələrini rahat şəkildə danışmağa vadar edir, fikirlərini, ağlına gələn hər şeyi ona söyləməsini istəyirdi. Önəmli ya önəmsiz hər şeyin.

Freyd göstərirdi ki, insana təbiətən bir sıra şiddətlı meyillər xasdır. Libido adlanan cinsi meyl psixikanı müəyyən edən əsas amildir və bu uşaq anadan olduqdan az sonra formalaşır. Bu isə yəni seksual meylin ifadəsi cəmiyyət tərəfindən ədəb-ərkan qaydaları ilə məhdudlaşdırıldığından qadağan olunmuş arzular qeyri-şüuri sahəyə ötürülür və bunlar da sonda nevroz və bəzi psixi pozuntuların yaranmasına səbəb olur. Bu zaman belə halların baş verməməsi üçün isə o, insanı idman, iş, yaradıcılıqla məşğul olmağa səsləyirdi.


Ardı →

Şellinqin fəlsəfəsi və estetikası

Şellinqin sistemində fəlsəfə və estetika necə baxışır?


Şellinq obyektiv idealistdir, yəni bütün olanları elə başlanğıcdan çıxarır ki, bu başlanğıc dindəki Tanrı təsəvvürünə daha yaxındır. Hərçənd idealist fəlsəfə heç də, sadəcə, dinin ağıl, düşüncə prinsipi ilə yozulub təkrar edilməsi deyil. Onun üçün də varlığın substansiyası (özülü) kimi götürdüyü qeyri-maddi, ideal (yəni ideya xarakterli) güc hər hansı bir dinin Tanrısından istənilən qədər ayrılır.
Şellinqin estetikaya həsr olunmuş düşüncələri başlıca olaraq onun xeyli çətin anlaşılan «İncəsənətin fəlsəfəsi» əsərində toplanmışdır. Kitabın adında «fəlsəfə» sözü güclü təsir göstərmək xatirinə işlənməmişdir. Onun estetik düşüncələri fəlsəfi düşüncələrinin o biri üzüdür. Estetikası fəlsəfədən çıxıb o qədər uzağa getmir, çıxan kimi də tez geri qayıtmağa tələsir. Şellinq hətta bunu əsaslandırır da. Deyir: məni empirik incəsənət maraqlandırmır.

Ardı →

Kantın fəlsəfəsi və estetikası

Kant şüurun iki işi haqqında


Könisberqli filosofun estetikadan geniş danışdığı əsər «Hökm yürütmək bacarığının tənqidi» adlanır (yunanca bizim «tənqid» kimi çevirdiyimiz «kritika» ilk öncə incələmək, təhlil etmək anlamını verir).


Ancaq qabaqca bir az Kantın fəlsəfəsindən danışmaq gərəkdir, çünki onun estetikası onun fəlsəfəsindən məntiqi bir «ritmlə», «addımlarla» çıxıb açılır. 
Kant bilincin, düşünmək işinin iki yönünü açıb-göstərir. Birincisi, duyduqlarımızı (eşitdiklərimizi, gördüklərimizi, toxunduqlarımızı) anlamağa çalışırıq və ya duyuyabilinər nəsnələri anlamaq istəyirik. Kant, beləcə, duyuyabilinər nəsnələr dünyasına «bizim təcrübəmiz» deyir. Onun üçün belə də söyləmək olar: bilmək-anlamaq işinin bir yönümü odur ki, şüurumuz təcrübəmizi düşünməklə məşğul olur.


Ardı →

Artur Şopenhauerin fəlsəfəsi, insan haqqında təlimi və estetikası

Şopehauer fəlsəfədə kimləri sevib, kimləri sevməyib


Bu adam yəqin alman fəlsəfəsində ilk dalaşqan filosofdur. Sonra Nitsşe gəlir.


Şopenhauerin fəlsəfi öyrətisi Hegelin sağlığında kölgədə qalmışdı, yalnız Hegeldən və Şopenhauerin öz ölümündən sonra birdən-birə onun fəlsəfəsi yada düşdü, məşhurlaşdı və yeni fəlsəfi sistemlərin yaranmasına təpgi verdi. Sağlığında isə Şopenhauer yanıb-tökülürdü ki, bu camaat Hegeldə nə tapıb ki, onu görmür. Ona görə də acığını almanlara tökürdü. Bir yerdə yazırdı, fransızlar, ingilislər üçün «ideya» sözünün mənası adidir, alman isə «ideya» eşidəndə başı gicəllənir, özünü elə duyur, elə bil bu dəqiqə şarla göyə qalxacaq.


Ardı →

Ayrıca,təkcə,xüsusi və ümumi

Dialektikanın sistemində mühüm yer tutan ayrıca,təkcə,xüsusi və ümumi kateqoriyaları və onların münasibəti məsələsi fəlsəfənin qədim problemlərindəndir.


Fəlsəfə tarixində təkcə və ümuminin qarşılıqlı əlaqəsi prosesi probleminin həllində iki meyl qabarıq nəzərə çarpır: realist və nominalist meyl.Realistlər təsdiq edirdilər ki,ümumi birinci olub müstəqil surətdə,təkcədən asılı olmadan mövcuddur.Bir qisim realistlərə görə (Platon,Hegel,Mur və b.) ümumi mənəvi olub,ideal mahiyyətdir,ümumi anlayışlar,formasında mövcuddur,digər qisim realistlərə (Ksenofan,Parmenid,Zenon və b.) görə isə ümumi maddi olub,dəyişməz və eynilik təşkil kütlə və ya predmetlər qrupudur (sinif,ordu,xalq və s.).Təkcəyə gəldikdə isə realistlər onun mövcudluğunu ya inkar edir,ya da onu ümumidən asılı və ümumi tərəfindən yaradılan ikinci dərəcəli,keçici bir şey hesab edirdilər.


Ardı →

Varlıq kateqoriyası

Varlıq fəlsəfənin ən fundamental və ən ümumi kateqoriyalarındandır.Varlıq probleminin mənasını anlamaq üçün,hər şeydən əvvəl,onun insanların real həyatı və praktikasındakı köklərini aşkara çıxarmaq lazımdır.Varlıq haqqındakı insan təsəvvürləri mənşəcə qədimdir.Cəmiyyət əmələ gəldiyi ilkin dövrlərdən gerçəklik,mövcudluq,varlıq haqqındakı mifoloji-dini səciyyədə olsa da,müəyyən təsəvvürlər olmuşdur.Gerçəklikdə baş verən hadisələri-insanın doğulması,yaşaması,ölməsi,yaranma və yox olma hadisələri,təbiətdə,xüsusilə bitki və heyvanlar aləmində baş verən hadisələr və i.a.hamısı insanın gözü qabağında baş verir.İbtidai insan və ümumiyyətlə,emperik bilik səviyyəsində yaşayan insan bütün bu hadisə və prosesləri idarə edən varlıq,bütöv dünyanın varlığı və mövcudluğu haqqında təsəvvürlərə malik olur.


Ardı →

Adamların etnik birlik formaları

Adamların sosial birliklərindən əvvəl etnik birliklər mövcud olmuşdur. Sosial fəlsəfədə etnik birliklərin öyrənilməsinə çox gec başlanmışdır. Lakin öz əhəmiyyətinə görə bu problem aparıcı yerlərdən birini tutur.
İbtidai inkişaf mərhələlərində insanların başlıca birlik forması qəbilə, tayfa olmuşdur. Qəbilə qan qohumluğu və müəyyən təsərrüfat əlaqələri ilə, ümumi mənafeyi müdafiə etməklə bağlı olan və təbiətin kor– təbii qüvvələrinə qarşı birlikdə çıxış edən insanların tarixi birlik formasıdır.
Ardı →