Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Freydizm haqda bir neçə söz

Milliyətcə yəhudi olan Sigmund Freyd ( Ziqmund Freyd 1856-1939 ) Avstriyalıdır. Vyana Universitetindən tibb üzrə məzun olmuşdur. Və elə orada da uzun bir sürə həkimlik edərək sinir xəstəlikləri, dəliliklə maraqlanmağa başlamışdır.

Fəlsəfə və psixologiyada insan psixikası haqqında söylədiyi fikirlər və ortaya atdığı psixoanaliz metodu ilə adını elm tarixinə yazdıra bilmişdır.
Məsələn o, psixoanaliz metodu ilə nevroz kimi əsəb xəstəliklərinin səbəblərini axtarmağa çalışırdı. Freyd belə hesab edirdi ki, bu kimi xəstəlikərin səbəbi insan psixikasının dərin qatlarında yatır. Keçmişdə, xüsusən də uşaqlıqda ödənilməmiş qayğıları, istəkləri, narahatlıqları o, sonradan ortaya çıxan əsəb xəstəliklərinin səbəbi adlandırırdı. O, xəstələrini qəbul edərkən xüsusi metodu üzrə hərəkət edirdi. Bu metoda Freyd psixoanaliz metodu deyirdi. Bu zaman psixoloq xəstələrini rahat şəkildə danışmağa vadar edir, fikirlərini, ağlına gələn hər şeyi ona söyləməsini istəyirdi. Önəmli ya önəmsiz hər şeyin.

Freyd göstərirdi ki, insana təbiətən bir sıra şiddətlı meyillər xasdır. Libido adlanan cinsi meyl psixikanı müəyyən edən əsas amildir və bu uşaq anadan olduqdan az sonra formalaşır. Bu isə yəni seksual meylin ifadəsi cəmiyyət tərəfindən ədəb-ərkan qaydaları ilə məhdudlaşdırıldığından qadağan olunmuş arzular qeyri-şüuri sahəyə ötürülür və bunlar da sonda nevroz və bəzi psixi pozuntuların yaranmasına səbəb olur. Bu zaman belə halların baş verməməsi üçün isə o, insanı idman, iş, yaradıcılıqla məşğul olmağa səsləyirdi.


Ardı →

İctimai inkişafın bəzi konsepsiyaları

Etiraf etmək lazımdır ki, təkcə yüz il qabaq deyil, indinin özün­də belə bəşəriyyətin bərqərar olması və inkişafı haqqında vahid fikir yaranmamışdır. Buna təəccüb etmək lazım deyildir. Çünki bə­şər cəmiyyəti insan əqli tərəfindən dərk və izah edilməyən xeyli sirrə malikdir. Alimlərin fikrincə, bunun da başlıca səbəbi insan cəmiyyəti ilə məşğul olan elmlər– sosiologiya, siyasi iqtisad, tarix, demoq­rafiya hələ çox təzədirlər, inandırıcı dəlil və nəticə üçün kifayət qədər material toplamamışlar.
İctimai inkişafın qanunauyğunluqları və yaxud paradoksları haqqında mövcud olan tarix konsepsiyalarını şərti olaraq üç qrupa bölmək olar (burada ilahiyyatçı doktrinalar nəzərə alınmır).


Ardı →

İdrak

İnsanın təbiətə münasibətinin rəngarəng formaları sistemində mühüm yeri idrak, yaxud insanı əhatə edən aləm haqqında biliklər, onun təbiəti və strukturu, inkişaf qanunauyğunluqları, həmçinin insanın özü və bəşər cəmiyyəti haqqında bilgi tutur. İdrak insanın yeni bilik əldə etməsi prosesi, əvvəllər məlum olmayanın kəşfi deməkdir. İdrakın mühüm nailiyyətləri insanın həmin prosesdə fəal rolu ilə əldə edilir. Əslinə qalanda elə fəlsəfi təhlili də maraqlandıran həmin məsələdir. Başqa sözlə desək, söhbət həqiqətə çatmaq yolları, anlayışları və metodlarından gedir.
İdrakın fəlsəfi problemləri dedikdə, idrak nəzəriyyəsinin pred­meti, yaxud qnoseologiya nəzərdə tutulur. «Qnoseologiya»– yunan mənşəli olub, qnozis– bilik, loqos– söz, təlim deməkdir.


Ardı →

Aristotel

Aristotel qnoseologiyanın məntiq nöqteyi– nəzərindən öyrənilməsini daha da inkişaf etdirmişdir. Onun təliminin əsas müddəasına gəldikdə aşağıdakıları deyə bilərik.
Hər şeydən əvvəl, onun kateqoriyalar haqqında təlimini nəzərdən keçirək (onun «Kateqoriyalar haqqında» əsəri də var). Bu təlim Platonun ideyalar nəzəriyyəsinə və müxtəlif keyfiyyətli fikirlərinə əsaslanır. Aristotel, hər şeydən əvvəl, iki kateqoriyanı– mahiyyət və keyfiyyət kateqoriyalarını fərqləndirir. Mahiyyət başqasında deyil, özündə yaşayır. Aristotelə görə, xeyirxahlıq ideyası və xeyirxahlığın özü mahiyyət və keyfiyyətə aiddir. Keyfiyyət (və kəmiyyət) həmişə hansısa mahiyyətə uyğun gəlir. Keyfiyyət öz– özlüyündə mövcud deyildir. Mahiyyət– mübtədadır, keyfiyyət isə xəbərdir. Xeyir, məsələn keyfiyyət kateqoriyasıdır. Belə ki, öz– özlüyündə mövcud deyildir, nəyinsə xassəsidir (xeyirxah adamlar, xeyirxah əməllər və s.). «Qırmızılıq» da keyfiyyət kateqoriyasıdır, özlüyündə mövcud ola bilməz, xassə kimi mövcud ola bilər– (Qırmızı şeylər). Aristotelin «mahiyyət» və «keyfiyyət» (yaxud «mənsubiyyət») latın dilində tərcümədə «substansiya» və «aksidensiya» kimi daşa düşülür
Ardı →

Dialektik ziddiyyətlər qanunu

Bu qanun indiyə qədər mövcud olan fəlsəfi ədəbiyyatda «əks­liklərin vəhdəti və mübarizəsi» qanunu kimi verilmişdir. Bu, ən ümu­mi qanundur. Əgər bu qanun və onun haqqında biliklərin for­ma­laşması məsələsini nəzərdən keçirsək, mütləq tarixə müraciət etməliyik.
Hələ qədim zamanlardan insanlar belə bir cəhətə fikir verir­dilər ki, bizi əhatə edən son dərəcə çoxcəhətli aləmdə əks xassələr, qüvvələr və meyllər aydın görünür və xüsusilə mühüm rol oyna­yırlar. Həm də müşahidə edilmişdi ki, əks başlanğıclar nəinki yanyana– mövcuddur, həmçinin bunlar qarşılıqlı surətdə bir– birilə bağlıdır. Eyni bir predmetdə, yaxud hadisədə meydana gəlir, bu və ya digər şeyin, yaxud bu və ya digər prosesin müxtəlif cəhətlərini təşkil edirlər.
Ardı →

İnkişaf qanunları: Dialektik sintez qanunu

Sovet fəlsəfi ədəbiyyatında dialektikanın üç qanunu: əks­i­liklərin vəhdəti və mübarizəsi, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi və inkar qanunu göstərilmişdir. Bu qanunların şərhi zamanı müxtəlif müəlliflər müxtəlif əsaslarla bu və ya digər qanunu birinci verir və bunun da dialektik zərurət olduğunu sübut etməyə çalışırdılar. Biz də öz növbəmizdə həmin qanunların şərhin­də yeni yanaşma üsuludan istifadə edəcəyik.Hegel dialektikasını işləyib hazırlayarkən «inkar» anlayışın­dan istifadə etmişdir.
Ardı →

Qanun və qanunauyğunluq

Fəlsəfədə hadisələrin qarşılıqlı səbəb əlaqələrinin müxtəlifi­yinə baxmayaraq, onların öyrənilməsi çox müxtəlifdir.
Ən ümumi formada qanun– şeylər, hadisələr və ya proseslər arasındakı müəyyən zəruri münasibətdir ki, bu da onların daxili tə­biətindən, onların mahiyyətindən irəli gəlir. Qanun anlayışı obyek­tiv aləm hadisələrinin vəhdətinin, əlaqəsinin və qarşılıqlı asılılığının insanın dərk etməsi pillələrindən biridir. Bu anlayış elm və fəlsəfənin uzun zaman davam edən inkişafı nəticəsində hasilə gəlmişdir.
Ardı →

İnkişaf anlayışı. Konsepsiyalar

İnkişaf dialektikanın öyrənilməsinin əsas predmetidir. Əslində dialektika təbiət, cəmiyyət, təfəkkürün ümumi inkişaf qanunları haqqında elm kimi çıxış edir. İnkişafa istiqamət götürmək dialektikanın kriteriyasına xidmət edir. İnkişaf qanunlarının dərk edilməsi inkişaf proseslərini idarə etməyə, bəşəri sivilizasiyanın obyektiv qanunları və tələblərinə müvafiq olaraq dünyanı dəyişdirməyə imkan verir.
Ardı →

Marksizm və şüur problemi

Bəşəriyyət özünün rasional– şüurlu oriyentasiyasında sosial, maddi– iqtisadi, psixoloji və digər amillərin böyük qüdrətini kəşf etmişdir. Bunun sayəsində, real şəkildə Plotinin aşağı dünya, eləcə də yüksək səviyyədə olan dünyaya nisbətən zəif hesab etdiyi dünyanın anlamı təsdiq olundu ki, «müqəddəs varlıq kateqoriyası və mənəvi dəyərlər öz qiymətini itirdi, aşağı qüdrətli oldu, yüksək dünya isə zəiflədi və gücsüz oldu (M.Şeler). Plotin düşünməzdi ki, şüurun, onun məzmununu «aşağı» dünyanın xarakteristikası ilə əlaqələndirmək lazımdır. Onun üçün şüur «ali»nin– yüksəyin inikası hadisəsi idi. Dekart və Kant üçün şüurun göstərilən amillərdən asılılığı problemi olmamışdır. Plotində isə belə bir şey olmuşdur.
Ardı →

İdealist fəlsəfədə şüur

Yeni dövr Nitşenin mühüm hökmü ilə– «Allah ölmüşdür»– özünü büruzə vermişdir. «Şən elmlər» əsərində o belə bir hadisəni təsvir edir: Siz ağılsız bir adam haqqında bu fikri eşitmisinizmi ki, günün günorta çağı fanarı yandıraraq bazara qaçmış və qışqırmışdır. «Mən allahı axtarıram! Mən allahı axtarıram!» Bu zaman ora toplaşanların əksəriyyəti allaha inanmayanlar olduğundan, hay– küy, gülüş hər yeri bürümüşdür. Biri deyir: «O necə olub, itmişmidir» digəri deyir: «O yəqin uşaq kimi azmışdır» onda ağılsız adam kütlənin içərisinə qaçıb qışqırır, «Hanı o!». «Allah haradadır?»– Mən bunu sizə demək istəyirdim ki, allahı biz öldürmüşük, mən və siz!».
Ardı →