Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Şüur probleminin mahiyyəti

Fəlsəfə tarixinin öyrənilməsi bir daha sübut edir ki, şüur prob­lemi ən çətin və ən müəmmalıdır. İnsanın gözləri qarşısında dünya durur, çoxsaylı predmetlər, onların xassələri, hadisələr və proseslər bu qəbildəndir. Adamlar dünyanın sirlərini öyrənmək, gözəlliklə, bəzən də eybəcərliklərlə rastlaşdıqda öz həyəcanlarının səbəblərini izah etmək, öz fikirlərinin mənbəyini axtarmaq və s. ilə məşğul olmağa çalışırlar. Lakin bütün bunlar– əhval– ruhiyyə, hiss və fikirlər şüur adlanan nə varsa onun vasitəsilə bizə gəlib çatır. Şüur dünyanın mənimsənilməsində insanın yol yoldaşıdır.


Ardı →

Varlığın əsas formaları və onların qarşılıqlı təsirinin dialektikası

Dünya gündəlik reallıq kimi və transendental dünya kimi, insa­nın qarşısında bütöv bir hadisə, ümumi vəhdət, özünə çoxsaylı müx­təlif şeyləri, prosesləri, insan fərdlərinin vəziyyətlərini, təbiət ha­disələrini və s. daxil edərək durur. Bu, bizim adlandırdığımız ən ümu­­­mi varlıqdır. Həmin sonsuz, çoxsaylı şeylərin arasında ən ümumi əlaqələri həyata keçirən əsas komponent rolunda təkcə çıxış edir. Onun köməyi olmadan yuxarıda dediklərimiz qeyri– müm­kün­dür. Başqa sözlə desək, dünya çoxsaylı təkcə şeylərlə, hadisələrlə, proseslərlə doludur. Onlar da öz aralarında qarşılıqlı əlaqədədirlər. Bu, təkcə mahiyyətlərin dünyasıdır. Buraya adamları, heyvanları, bit­­kiləri, fiziki prosesləri və s. aid etmək olar.


Ardı →

Varlıq maddi reallıqdır; dünyanın maddi vəhdəti

Artıq qeyd etdik ki, varlıq problemi və onun dərk edilməsi praktik olaraq mədəni insanın formalaşması ilə birlikdə yaranışdır (bizim fikrimizcə mədəni insan bəşər inkişafının elə bir mərhələsində yaranıb ki, artıq bu dövrdə o, öz həyatı və fəaliyyətində təkcə təbiətdən ona verilən bioloji instiktlərlə deyil, həmçinin şüurlu korrektivlər edir və yaşadığı sosial mühit və təbiətlə «dil tapa bilir»).
Məlumdur ki, antik dövrün ilk müdrikləri ətraf mühit, onun yaranması, sonsuz və yaxud sonlu olması və necə adlandırılması mə­sələsi üzərində baş sındırmağa başlamışdılar. Bu nə qədər para­doksal görünür– görünsün, əslində müasir insanı bu və ya digər də­rəcədə elə həmin suallar maraqlandırır.
Ardı →

Varlıq və onun fəlsəfi mahiyyəti

Adi şüurda öz əhəmiyyətinə görə bir– birinə yaxın olan «ol­maq», «mövcud olmaq» terminləri bir sinonim kimi qəbul edil­miş­dir. Fəlsəfədə «olmaq», «varlıq» terminləri təkcə mövcudluğu ifadə etmək üçün deyil, mövcudluğa zəmanət verən kimi də işlədilir. Ona görə də «Varlıq» sözü fəlsəfədə xüsusi məna kəsb edir. Əslinə qa­landa dünya fəlsəfi fikrində varlıq nədir?– sualına cavablarda yek­dil­lik yoxdur. Bu da təsadüfi deyildir. Çünki varlığın mahiyyəti ha­di­sə formasında çıxış edir ki, insan onu dərk etdikcə özünün yeni– yeni keyfiyyətlərini aşkar edir.
Ardı →

Yeni dövr Avropa fəlsəfəsi

a) Yeni dövr fəlsəfəsinin səciyyəvi xüsusiyyətləri;
b) F.Bekon və onun induktiv metodu;
c) R.Dekart;
ç) B.Spinoza. «Azadlıq dərk edilmiş zərurətdir»;
d) «Monadologiya» və onun müəllifi Leybnits;
e) C.Lokkdan Kanta qədər.


Ardı →

Orta əsrlərin Avropa fəlsəfəsi

Yunan fəlsəfəsindən danışarkən biz qeyd etmişdik ki, həmin fəlsəfə antik cəmiyyətə xas olan demokratiya zəminində yaranmışdır. Orta əsrlər fəlsəfəsi isə feodalizm dövrünün (V– X əsrlər) məh­sulu olmuşdur. Orta əsrlər öz tarixini Qərbi Roma imperiyasının süqutundan (476– cı il) başladığı halda, bu dövrün fəlsəfi təlimi I– IV əsrdən formalaşmışdı. Bu, özünü stoiklərin, epikurçuların və neoplatonçuların etik konsepsiyalarında göstərirdi. Əlbəttə bu dövrün fəlsəfəsində antik fəlsəfənin görkəmli nümayəndələri olan Sokrat, Platon və Aristotel kimi parlaq simalar olmamışdır.


Ardı →

Epikurçuluq

Fəlsəfi istiqamət kimi epikurçuluğun əsası məşhur yunan materialisti Epikur (b. er. əv. 341– 270) tərəfindən qoyulmuşdur. Epikur Afinada «Epikur bağı» adlı məktəbini yaratmışdır. Onun təlimində başlıca yer xoşbəxtliyə aparan davranış etikasıdır. Söhbət cəmiyyətdən deyil, ayrıca fərddən gedir. İctimai ittifaq ali məqsəd deyil, fərdin xoşbəxtliyi üçün ancaq vasitədir. Epikurun etikası atomist naturfəlsəfəyə və materialist sensualizmə əsaslanmışdır; ancaq ayrı– ayrı atomların varlığı real sayılmış, onların bütün yaratdıqları (şeylər, kosmos)ikincidir, atomlar bağlamasıdır.
Ardı →