Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Ən təhlükəli basqı fəlsəfi basqıdır

Vəhdətin daxilindəki kəsrət onu parçalayır, yoxsa daha da möhkəmləndirir? Kəsrət zərurətdir, yoxsa xaos? Bəlkə xaosun özü bir zərurətdir? Vəhdət təklikdir, yoxsa çoxluğun birliyi? Ən nəhayət — əvvəl vəhdət yaranıb, yoxsa kəsrət? Bunları cavablandırmağa çalışaq. Kəsrət həm zaman, həm də məkan bölgüsüdür. Vəhdət isə bunun əksinə, zamanın da, məkanın da birliyidir. Kəsrətin olmaması, eyni zamanda yoxluq anlamına gəlir. Əgər vəhdət varsa, deməli, nə zaman mövcuddur, nə də məkan. Yuxarıdakı son sualı bir az başqa cür təkrarlasaq, varlıq tək parça halında yaranıb, yoxsa parçalar halında yaranıb, bütövləşməyə doğru gedir? Bunların ikisi də həm başlanğıc, həm davamiyyət ola bilməz.

Davamı →

"Somerset Moemə görə həyatın mənası"

“İnsan ehtiraslarının yükü” (Of Human Bondage) kitabının baş qəhrəmanı Filip Keri, kimin ki həyatını müəllif bədbəxt uşaqlıq illərindən tələbəlik illərinə qədər təsvir edir, həyatın mənasının nədə olmasını aydınlaşdırmağa çalışır. O, bu barədə öz dostu bohemiyalı şair Kronşoudan soruşanda, dostu məsləhət gördü ki, fars xalçasına baxsın. Kronşounun ölümündən sonra o, bu söhbət barədə
xatırladı və qəflətən metaforanı çözə bildi.
Bu daxili monoloq romanın kulminasiya nöqtəsi olaraq, əslində Moemin özünün həyata baxşını əks etdirir.
“.....” Filip məyus halda özündən bizim niyə mövcud olmağımızı soruşdu.

Davamı →

Cəmiyyətin həyatı

Televizorda, internetdə, məktəbdə, jurnal və qəzetlərdə bizim cəmiyyətin istəkləri, problemləri, vətəndaşların tələbləri və s. ifadələr tez-tez işlədilir.
Hər bir vətəndaş cəmiyyətin üzvüdür. Vətəndaş ölkənin həyatında mühüm rol oynayan şəxsdir. Onun cəmiyyətin problemlərinin həllində iştirak etmək və qərarlar qəbul edilməsinə təsir göstərmək hüququ vardır. Vətəndaş cəmiyyəti — cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyidir. O özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Azərbaycan Respublikasında cəmiyyətin həyatında aşağıdakı strukturlar da rol oynayır:
Davamı →

Mənəvi borc

Mənəvi borc və vicdan insanın daxili hisləridir. İnsanın cəmiyyət, kollektiv və özü qarşısında mənəvi borcu vardır. Mənəvi dəyərlərə sahib olmaq çox vacibdir. Bu baxımdan əxlaqın rolu əvəzedilməzdir. Əxlaq insanlar arasındakı münasibətləri tənzimləyir. Mənəvi borc müəyyən şərtlərə tabe olmur, ona hər zaman əməl edilməlidir. Onu təkcə yaxınlarına qarşı deyil, bütün insanlarla münasibətdə əsas tutmaq lazımdır. Mənəvi borc şəraitdən, zamandan, milliyyətdən, şəxsiyyətdən və yerindən asılı olmayıb universal xarakter daşıyır.
Mənəvi borc və vicdan anlayışlarına yanaşma müxtəlifdir. Çünki cəmiyyətdə insanlar fərqlidirlər. İnsan öz borcunu yerinə yetirdikdə və ya vicdanla hərəkət etdikdə məmnun olur. Bu borc hissi qəbul edilmiş mənəvi dəyərlərə uyğun gəlməlidir.
Davamı →

Hərəkət materiyanın xassəsidir

Ətrafımızdakı cisimlərin bir qisminin hərəkətli, bir qisminin isə nisbi sükunətdə olduğunu həmişə müşahidə edirik. Həyat və hərəkət arasında sıx əlaqə vardır.
Canlılara xas olan əlamətlərdən biri məhz hərəkətdir. Bizə hərəkətsiz kimi görünən hər hansı bir obyekt, əslində mövcud olduğu sistemlə birgə hərəkətdədir. Bütün varlıqların hərəkətini adi gözlə müəyyən etmək bir qədər çətindir.
Davamı →

Cəmiyyət və təşkilatlar

Cəmiyyət təkcə dövlət strukturları tərəfindən idarə edilmir. Cəmiyyətin həyatında mövcud olan təşkilatlar, partiyalar, qurumlar və s. onun həyatında mühüm rol oynayır. Bunlardan biri də partiyalardır. Partiyaların* yaranması cəmiyyətin həyatı ilə bağlı olmuşdur. İnsanlar siyasi məqsədlərini siyasi partiyaların köməyi ilə həyata keçirirlər.
Davamı →

Tolerantlıq

Varfolomey gecəsi insanların hər hansı bir fərqinə görə qırğına məruz qaldığı yeganə hadisə deyil. Dünya çox belə qırğınların şahidi olmuşdur. İspaniya katolik olmayanları inkvizisiyaya məruz qoyan, Amerika Birləşmiş Ştatları isə bir neçə yüz il zənciləri və hinduları mənsub olduqları irqlərinə görə təqib edən ölkə kimi tarixə düşmüşdür. Lakin bu kimi qırğınların ən böyüyü 1939-1945-ci illərdə baş vermiş İkinci Dünya müharibəsi illərində milyonlarla yəhudinin yalnız milli mənsubiyyətə görə məhv edildiyi “Holokost”* hadisəsi olmuşdur.
Ümumiyyətlə, dini, milli, irqi, cinsi, siyasi, ideoloji fərqlərinə görə insanların təqiblərə və zorakılıqlara məruz qalması halları əksər ölkələrdə mövcud olmuşdur.
Davamı →

Seksual münasibətlərlə bağlı xüsusi əxlaqi məqam varmı?

Seksual münasibətlər əksəriyyətin maraqla yanaşdığı mövzudur. Seksual macəralar romanlara mövzu olur, bir kəsin cinsi həyatı bioqrafiya yazarlarının hədəfidir, seksual işarələr tez-tez söhbətlərimizi bəzəyir, onlarla bağlı xeyli zarafatlar mövcuddur, seksual meyillər çoxumuzun olmasa da, bəzilərimizin həyatında əsaslı rol oynayır. Üstəlik, əksər insanların yanaşmasına görə əxlaq böyük ölçüdə seksual münasibətlərlə əlaqəlidir: Yəni, necə, nə zaman və kiminlə seksual münasibətə girmək məsələsi əksərən bu məqamla səsləşir.

Ancaq, seksuallıq, bu halıyla fəlsəfəçini maraqlandırmır və cinsi əxlaq nadirən hanısa əxlaq fəlsəfəsiylə bağlı kitablarda xüsusi mövzu kimi işlənilir. Bunu necə izah edə bilərik? Öncəliklə onu söyləyək ki, “cinsi əxlaq” adlandırdığımız xəyali bir anlayışın olmadığını söyləmək üçün əsaslı səbəblərimiz var. Bir çox əxlaqi məsələlər seskuallıqla bağlı olsa da, bu vəziyyət cinsi münasibətlərin əhəmiyyətiylə bağlı hansısa əlavə fəlsəfi problem ortaya çıxarmır, çünki əxlaqi mühakimələri hər hansı bir mövzuya tətbiq etdiyimiz kimi seksuallıqla bağlı mövzulara da tətbiq edə bilərik. Örnəyi, zinanın yanlış olduğunu söyləyən hökmü ələ alaq.
Davamı →

Russonun qadınlar və tərbiyə haqqında bəhsi

Jan-Jak Russo Aydınlanma dövrünün əsas filosoflarından biri hesab olunur. Yazdıqlarından onun “insanlar arasında bərabərlik”lə maraqlandığı aydın olur. Lakin bu məsələdə qadınların bərabərliyi onun diqqətini cəlb etmirdi. 1712-ci ildən 1778-ci ilə qədər yaşamış Russo on səkkizinci əsrin intellektual fikri üzərində böyük təsirə malik olmuşdur. O, fransız inqilabı ilə nəticələnən siyasi aktivizmi alovlandırmış və Kantın etika barədə düşüncələrinə təsir etmiş, etikanın köklərini insan təbiətinə bağlamışdır.

Onun 1762-ci ildə yazdığı “Emil və ya tərbiyə haqqında” traktatı və “Sosial müqavilə” kitabı müvafiq olaraq təhsil və siyasət haqqında fəlsəfələrə təsir göstərmişdir. Russonun əsas arqumentini belə xülasə etmək olar ki, “insan yaxşıdır, lakin sosial institutlar tərəfindən korlanıb”. O həmçinin yazırdı ki, “təbiət insanı xoşbəxt və yaxşı yaradıb, lakin cəmiyyət onu mənəvi cəhətdən korlayır və səfilləşdirir.” Qadınların həyatı isə Russonun düşüncələrini bu dərəcədə ilhamlandırmırdı. O, qadınları kişilərdən asılı olan daha zəif cins kimi görürdü.
Davamı →

Yanlış anladığımız 7 aforizm

1. “Din xalqın tiryəkidir”
Müəllif: Karl Marks

Kontekst: “Din məzlum insanın nəfəsdərməsi, onun daşqəlbli dünyada çarpan ürəyi, ruhsuz qaragüruhun ruhudur — din xalqın tiryəkidir. Dini xalqın aldadıcı xoşbəxtliyi kimi aradan qaldırmaq istəmək xalqın əsl xoşbəxtliyini tələb etmək deməkdir. Xalqın özünü aldadan bu xəyallardan illüziyalardan (dindən) vaz keçməsini istəmək, onun bu illüziyalara ehtiyac yaradan vəziyyətdən imtina etməsini istəməkdir. Beləliklə, dinin tənqidi onun ətrafında halə yaradan gözyaşları vadisinin mənbəyini tapıb tənqid etmək anlamına gəlir” (“Hegelin hüquq fəlsəfəsinə tənqidi”ndən. 1843-cü il)

Adətən başa düşülən məna: “Din xalqın başını dumanlandırmaq üçün vasitədir və bununla da təhlükəlidir” Müəllifin demək istədiyi: Marksın fikrincə, din müəyyən toplum və mədəniyyətlərdə insan tərəfindən yaradılan məfhumdur. Onun sosial orqanizmdə bəlli funksiyaları var.
Davamı →