Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Hermetizm

Hermetizm ellinizm dövründə yaranmış dini-fəlsəfi cərəyan olmuşdur. Neoplatonizmin cərəyanı olmasa da, onun yaranmasına təkan verən təlimlərdən biri idi. Bir çox yeni-platonçu filosofların astrologiya, mistika, teurgiya, cadugərliyə meylləri də Hermetizmdən qaynaqlanırdı.

Davamı →

Ellinizm və Roma dövrlərində dini-fəlsəfi təlimlər

Qədim romalıların dünyagörüşünün əsasını politeizm (çoxtanrılıq) təşkil edirdi. Onlar inanırdılar ki hər bir şeyin, eləcə də təbiət hadisələrinin tanrıları və ruhları vardır. Bundan başqa, qədim Romada ölmüş əcdadların ruhlarına pərəstiş kultu və magiya da yayılmışdı. Romalılar ovsun, sehr və cadulara öyrəncəli idilər. Tanrılara tapınma rituallarını, cadugərliyi və başqa adətləri kahinlər icra edirdilər.
Davamı →

Orta platonçuluq

Qeyd edildiyi kimi akademiklər Arkesilausdan sonra Platon təlimindən tədricən ayrılmışdırlar. Karneadesdən sonra isə bu proses daha da dərinləşmişdir. M. ö. I yüzillikdə Qədim Akademiya məktəbi tənəzzül dövrünü yaşamışdır. Ancaq, sonra Platonun təliminə qayıdış və şübhəçilikdən aralanma dövrü başlanmışdır. Onu Orta Akademiya dövrü (m. ö. 80 — m. 200) adlandırırlar. Bununla da, platonizmin dördüncü mərhələsi başlamışdır.

Davamı →

Qədim platonçuluq

Platondan sonra qədim Akademiyanın başçısı (skolarxı) Speusippus olmuşdur. O, müxtəlif sahələr üzrə çoxlu əsərlərin müəllifi kimi tanınırdı. Ancaq, həmin əsərlər bizim zamanımıza çatmamışdır.
Speusippus Platonun ontoloji təlimində də əsaslı dəyişikliklər etmiş, onun ideyalarını rəqəmlərdə təsəvvür etmişdir. Bununla da o, ideyaları inkar edirdi. Aristotel yazırdı ki, Platondan fərqli olaraq Speusippus şeylərin gözəlliyini onların başlanğıclarında görmürdü, çünki bu gözəlliklər onların özlərində müşahidə olunur .
Bütün rəqəmlərin başlanğıcı hər şeydən üstün olan Vahiddir. Platon fəlsəfəsində Vahid həm tanrı, həm də ərdəm kimi başa düşülürdü. Ancaq, Speusippusda o tam mənada nə tanrı, nə də ərdəmdir. Vahiddən başqa şeylərlə əlaqələndirilən rəqəmlər başlayır. Tanrını isə Speusippus Platonun Demuirqosunda görürdü, onu Əqllə eyniləşdirirdi.

Davamı →

Roma stoaçılığı

Yeni stoanın tarixi Roma imperiyası dövrü ilə bağlı olmuşdur. Bu məktəbinin ən görkəmli nümayəndələri Seneka, Epiktetus, Markus Aurelius və Sisero olmuşdurlar.
Lusius Anneus Seneka Roma stoaçılarının ən görkəmli nümayəndələrindən biri, həm də tanınmış dövlət xadimi idi. İspaniyanın Kordova şəhərində anadan olmuş, kiçik yaşlarında ailəsi ilə birlikdə Romaya köçmüşdür. Orada stoa məktəbinin filosoflarından dərs almış, Posidoniusun ardıcıllarından biri olmuşdur.

Davamı →

Orta stoa

Orta stoaçılar bir çox hallarda qədim stoaçıların ənənələrindən aralanırdılar. Bunun səbəbi birinci növbədə onların ünvanına söylənilən tənqidlər olmuşdur. Digər bir səbəb isə stoa məktəbinin ənənələrinin Romanın gerçəkliklərinə uyğunlaşması idi. Beləliklə, orta dövrün stoaçıları öz təlimlərini nəzəri müstəvidən həyatın problemlərinə yönəltmiş, nəzəri fəlsəfəni tətbiqi fəlsəfə ilə əvəz etmişdirlər. Orta stoaçılığın ən görkəmli nümayəndələri Panetius və Posidonius olmuşdurlar.

Davamı →

Qədim stoa

Məktəbin yaranması Zenonun adı ilə bağlıdır. O, Kipr adasının Kitiya şəhərindən idi. 315-ci ildə ticarət məqsədi ilə Afinaya gəlmiş, orada məskunlaşmışdır. Afinada Zenon fəlsəfəyə böyük maraq göstərmiş və bir müddət kinik məktəbin nümayəndəsi olan Kratesin, daha sonra akademik məktəbin təmsilçiləri olan Stilpon və Ksenokratesin öyrəncisi olmuşdur. Zenon Afinada “Stoa Poykile” adlı portikusda 74 öyrəncilər üçün dərslər keçmişdir. Buna görə də məktəbin ardıcıllarını stoaçılar adlandırmışdırlar.

Davamı →

Peripatetizm

Qeyd edildiyi kimi Aristotel Afinada Likeion  adlanan məktəbini yaratmışdır. O məktəbin binasını və yerini öncə bədən tərbiyəsi üzrə oyunlar üçün istifadə edirdilər. Aristotel isə orada dərslər keçirirdi. Likeosun kölgəli bağlarında gəzintiyə çıxarkən Aristotel öz öyrəncilərini fəlsəfəsinin müxtəlif aspektləri ilə tanış edirdi. Ona görə də, Aristotelin bu məktəbi “peripatetik” adlandırılmışdır.

Davamı →

Epikürçülük

Epikürçülük ellinizm və Roma dövrlərində ən yayılmış fəlsəfi cərəyanlardan biri olmuşdur. Onun yaranması Epikürün adı ilə bağlıdır. O, Samos adasında anadan olmuş və daha sonra Afinaya gedərək orada “Bağ” (yun. Kynoç) adlanan öz fəlsəfi məktəbini yaratmışdır. Epikür bir çox kitabın müəllifi olmuş, ancaq onlardan zamanımıza yalnız bəzi fraqmentlər gəlib çatmışdır.

Davamı →

Ellinizm və Roma dövrünün ümumi səciyyəsi

Ellinizm dövrü m. ö. 338 ildə Makedoniyanın Yunanıstan üzərində qələbə əldə etdiyindən sonra başlamışdır. Bu qələbədən sonra Makedoniyalı İskəndər Əhəmənilər dövlətini darmadağın edərək bütün Yaxın Şərq, Misir və Orta Asiyanın bir hissəsinin hökmdarı olmuşdur. Ancaq, İskəndərin ölümündən sonra onun yaratdığı imperiya dağılmış və onun ərazisində bir neçə dövlət yaranmışdır. Bu dövlətlərin ən böyükləri və nüfuzluları Selevkoslar (Orta və Yaxın Şərqdə) və Ptolemeuslar (Misirdə) olmuşdur.

Davamı →