Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Plato fəlsəfəsi və yeni platoçuluq

 Plato (e.ə. 427-347) qədim Yunanıstanın ən böyük mütəfəkkirlərindən biri olmuşdur. O afinalı idi və siyasi baxışlarına görə afina demokratiyasının tərəfdarı kimi tanınmışdı. Onun müəllimi Sokrat olmuşdur. Daha sonra Plato, Siciliyada və Cənubi İtaliyada olarkən, pifaqorçuların dünyagörüşü ilə yaxından tanış olmuşdur. E.ə. 387 ildə, Afinaya qayıdandan sonra, Plato bu şəhərdə “Akademiya” adlanan öz məktəbini yaratmışdır. Onun bizim zamanımıza qədər bir sıra əsərləri və məktubları çatmışdır.

Öz fəlsəfəsində Plato, düşüncələrini insan, dövlət və cəmiyyət problemlərinə yönəltmişdir; formal deyil, həqiqi biliyin əldə edilməsinin tərəfdarı idi.

Plato hesab edirdi ki, yaşadığımız dünya həqiqi dünya deyil, çünki burada hər şey müvəqqəti və dəyişkəndir. Dünyada hər bir şeyin əsl mahiyyətini isə, “eydos” (ideyalar və ya növlər) adlanan, onların səbəbləri və yaxud formaları təşkil edir. Onlar duyğular vasitəsi ilə hiss edilmir. Deməli, bu dünyada hər bir şeyin ideyası vardır. Onlar hər şeyin səbəbidir. İdeyalar bir növ qəliblərə bənzəyir, çünki hər şey onların formasında mövcuddur. Duyğu aləmində şeylər ideyalara doğru yönəlir, onlara can atır.


Ardı →

Gözəllik - estetik kateqoriya kimi

Dünya estetiklərinin əksəriyyəti belə bir doğru faktı etiraf edir ki ,gözəllik estetikanın ən ümumi ,ən universal kateqoriyası ,estetik qiymətləndirənin ən mühüm amilidir.O istisnasız olaraq  obyektiv aləmin bütün təzahürlərini :təbiət və cəmiyyət hadisələrini ,əmək ,ictimai münasibətlər və incəsənət sahələrini əhatə edir.Ən əsası isə budur ki ,gözəllik insanın həyatında mühüm rol oynayır.O,insanlara sevinc bəxş edir ,fərəh gətirir ,həzz verir,onlarda həyat eşqi oyadır.Odur ki ,dünyanın dahi insanları hansı ölkədə və hansı dövrdə yaşamağından asılı olmayaraq, heç vaxt gözəlliyə biganə qalmamış ,ondan ilhamlanmış və onun şərəfinə təriflər söyləmişlər.Məsələn: F.M.Dostoyevski kimi dünya şöhrətli bir yazıçı insanlıq üçün nə dərəcədə vacib rol oynadığını göstərərək yazır:“Bilirsinizmi ,siz bilirsinizmi ki,bəşəriyyət ingilissiz də yaşaya bilər ,almansız da yaşaya bilər,russuz lap yaxşı yaşayar,elmsiz,çörəksiz yaşayar.Yalnız gözəlliksiz yaşaya bilməz,çünki onda həyatda heç nə etməyə lüzum qalmaz.! Bütün sirr bundadır!”
Ardı →

Əxlaqi fəaliyyət

Əxlaq da ictimai şüurun digər formaları – siyasət, hüquq, elm, din və s. kimi yalnız şüur formasında deyil, həm də insanın davranışının, praktik fəaliyyətinin bir növü kimi mövcuddur.
İnsanın hər hansı fəaliyyəti onun tələbatları və maraqları ilə çox bağlıdır. Etika və psixologiya mütəxəssislərinin çoxu bu fikirdədir ki, insanın bütün motivlərinin əsasını onların şüurlu tələbat və maraqları təşkil edir. Məsələn, estetik fəaliyyətin əsasında estetik tələbat və maraqlar durur. Estetik şüur anlayışına insanın estetik tələbatları, estetik maraqları, estetik zövqü, estetik idealı, estetik hissləri, bədii emosiyaları, bədii qabiliyyətləri, bədii təfəkkürü, bədii təxəyyülü daxildir və onun zəminində həyata keçir. O cümlədən, əxlaqi fəaliyyəti əxlaqi şüur reallaşdırır. (Doğrudur, bəzən insan hər hansı bir işi istəmədən, məcburən və ya kiməsə xoş gəlməkdən ötrü görür, ya da öz borcunu, vəzifəsini yerinə yetirir.)
Ardı →

Orta əsrlərdə və Yeni dövrdə etik fikir

Orta srlərdə istər Şərqdə, istərsə də Qərbdə, yəni Avropa ölkələrində etik fikir dini ideologiya çərçivəsində inkişaf edirdi. Kökləri eranın əvvəllərində Şərqin mistiklərindən başlayan dini-etik təlimlərin və xristianlığın ideya mənbələrindən biri stoiklərin fəlsəfəsi oldu. Məsələn, İskəndəriyyəli Filon (təxm. e.ə. 25 – təxm. e.ə. 40) Bibliyanı və yunan mifologiyasını şərh edərək dini etikanı ehtiyatla təbliğ edirdi. Onun fikrincə, heç olmasa bir gün yaşayan insan artıq günahsız deyil. İnsanların mənəvi həyatının əsas vəzifəsi Allahı təqlid etməkdir.
Ardı →

Adamların etnik birlik formaları

Adamların sosial birliklərindən əvvəl etnik birliklər mövcud olmuşdur. Sosial fəlsəfədə etnik birliklərin öyrənilməsinə çox gec başlanmışdır. Lakin öz əhəmiyyətinə görə bu problem aparıcı yerlərdən birini tutur.
İbtidai inkişaf mərhələlərində insanların başlıca birlik forması qəbilə, tayfa olmuşdur. Qəbilə qan qohumluğu və müəyyən təsərrüfat əlaqələri ilə, ümumi mənafeyi müdafiə etməklə bağlı olan və təbiətin kor– təbii qüvvələrinə qarşı birlikdə çıxış edən insanların tarixi birlik formasıdır.
Ardı →

Qloballaşma

Müasir dildə desək, «qloballaşma» termini 80– cı illərin orta­la­rında meydana gəlmişdir. Bu termin yaranmağı ilə intellektual eli­taya güclü təsir göstərmişdir. Həmin terminin yaranması T.Levitin adı ilə bağlıdır. O, 1983– cü ildə «Harvard biznes revyu» jurnalında çap etdirdiyi məqaləsini böyük və çox millətli korporasiyaların isteh­sal etdiyi ayrı– ayrı məhsulların bazarlarının bir– birilə qo­vuş­ması nəticəsində yaranmış fenomenə həsr etmişdi. Terminin yayıl­ması isə amerikan sosioloqu R.Robertsonun adı ilə bağlıdır. O, 1985– ci ildə qloballaşma anlayışının şərhini vermiş, 1992– ci ildə ayrıca bir kitabda öz konsepsiyasının əsaslarını qeyd etmişdir. Yapon alimi K.Omaye 1990– cı ildə çap etdirdiyi «Sərhədsiz dünya» əsərində qloballaşma anlayışının hərtərəfli izahını verməyə çalı­ş­mışdır.


Ardı →

İctimai inkişafın Marks konsepsiyası

Hazırda ictimai inkişafın ən çox yayılmış konsepsiyası Marks və Engels tərəfindən irəli sürülmüş konsepsiyadır. Həmin konsepsiyanın inkişafında sovet ictimaiyyətşünasları– filosofları, tarixçiləri, iqtisadçıları, sosioloqları mühüm rol oynamışdır. Marksizm cəmiyyət haqqında elmi tarixi materializm adlandırmışdır.
Tarixi materializmin əsas müddəaları K.Marks və F.Engels tərəfindən XIX əsrin 40– cı illərindən başlayaraq «1844– cü il iqtisadi– fəlsəfi əlyazmaları», «Müqəddəs ailə», «Alman ideologiyası» kimi əsərlərində, xüsusilədə ən mükəmməl şəkildə «Fəlsəfə yoxsulluğu»nda və «Kommunist Partiyasının manifesti»ndə ifadə edilmişdi.


Ardı →

Tarixə sivilizasion baxışın mahiyyəti

Sosial hadisə və prosesləri hərtərəfli əhatə etmək iddiasında çıxış edən baxışlardan biri də ümumdünya tarixinə sivilizasion münasibətdir. Ən ümumi formada bu konsepsiyanın mahiyyəti bu­dur ki, bəşər tarixi bir– birilə əlaqədar olmayan insan sivilizasiya­la­rının məcmusundan başqa bir şey deyildir. Həmin baxışın tərəf­darları içərisində məşhur alimlərdən O.Şpenqleri (1880– 1936) və A.Toynbini (1889– 1975) göstərmək olar.
Ardı →

Müasir qlobal problemlər sistemində ekoloji problemlərin yeri və rolu

Son 20-30 ildə bir tərəfdən, elmi– texniki inqilab şəraitində cəmiyyətlə təbiət arasında zidiyyətlərin sonuncu nöqtəyə çatması– bu isə ekoloji problemlərin mahiyyətini təşkil edir– digər tərəfdən, ekoloji situasiyadan, daha doğrusu ekoloji böhrandan təkcə dövlət və partiyalar deyil, həmçinin geniş xalq kütlələri narahat olmağa və həyəcan təbili çalmağa başlamışdır. Deməli, qlobal problemlərin, xüsusilə ekoloji problemlərin yaranması səbəbləri və həll edilməsi yollarının araşdırılması öz– özlüyündən olduqca zəruridir.


Ardı →

Qədim Çin fəlsəfəsi

Qədim Çində, xüsusilə quldarlıq cəmiyyətinin formalaşdığı dövrdə (b.er.əv. VIII– VI əsrlərdə) ideologiyada iki tendensiya hökm sürürdü. Bunlar mühafizəkar və mütərəqqi, mistik və materialist xətlər idi. Bu iki tendensiya arasında gedən mübarizə gedişində 5 dünya elementi (metal, ağac, su, od, torpaq) haqqında sadəlövh materialist ideyalar getdikcə daha geniş şəkildə yayılırdı. Həmin dövrdə, eyni zamanda iki zidd başlanğıclar (in və yan), təbii qanun (dao) və. s. haqqında II– I minilliklərin mövcud biliklərinin ümumiləşdirilməsi nəticəsi kimi təsəvvürlər geniş yayılmışdır.


Ardı →