Рейтинг
+26.55

göz xəstəlikləri

20 üzv, 35 topik

Görməni zəiflədən məhsullar


Orqanizmdə olan bütün orqanlar bir-biri ilə sıx əlaqədədir. Bu səbəbdən yediyimiz hər şey gözümüzə də təsir edir. Elm adamları zəif görən insanlara mənfi təsir göstərən məhsulların adını açıqlayıb.

Birinci yerdə buğda unundan hazırlanan ağ çörək gəlir. Bu məhsulda çoxlu miqdarda rafinəedilmiş nişasta var, hansı ki, mədəaltı vəzini daha çox insulin ifraz etməsinə səbəb olur. Bu isə göz almasına təsir edir və miyopiya yaradır.
Davamı →

Konyunktivit və onun növləri

Konyunktivit gözün selikli qişasının iltihabı xəstəliyidir. Bu xəstəlik gözün qızarması, qıcıqlanması, «yad cisim» hissiyyatı ilə özünü büruzə verir. Həmçinin səhərlər göz qapaqlarının yapışması və gözdən selik, irin kimi müxtəlif ifrazatın axması ilə müşahidə olunur. Bundan başqa göz qapaqlarında şişkinlik, konyunktivada hiperemiya və yaşaxma qeydə alına bilər. 

Bildirilib ki, konyunktivit bakterial, virus və allergik mənşəli olur. Bakterial konyunktivitin müalicəsində genişspektrli antibiotik damcı və məlhəmlərdən istifadə edilir. Virus konyunktivitində antibiotik müalicə effektiv deyil. Əgər ikincili infeksiya qoşularsa, bu zaman antibiotik damcılardan istifadə etmək lazımdır.
Davamı →

Heteroxromiya

İnsanlarda müxtəlif göz rəngləri var və onların əksəriyyətində hər iki göz eyni rəngdədir. Amma bəzi insanlarda bir gözün rəngi digərindən fərqlənir. Buna elmdə heteroxromiya deyilir.

Heteroxromiya «fərqli (hetero) rənglər (-kromiya) deməkdir. Adətən bu ifadə bir insanın müxtəlif rəngli gözləri olan vəziyyəti təsvir etmək üçün istifadə olunur – məsələn, gözlərdən biri mavi və digəri yaşıl. 

Heteroxromiya adətən yaxşıdır. Başqa sözlə, əslində göz xəstəliyi deyil və görməyə təsir göstərmir. Buna yalnız insanlarda deyil, heyvanlarda — it və pişiklərdə də rast gəlmək mümkündür. Əsasən Sibir xaskisi, Avstraliya və Şotland çoban itlərində, türk vanı, türk angoru, yapon bobteyli, sfinks pişiklərində bu xüsusiyyətlər var.
Davamı →

Göz sklerasının xəstəlikləri

Sklerada iltihabi proseslər məhəlli və həm də diffuz olmaqla, əsasən skleranın ön yarısında, ekvatorla limb arasında yerləşır.

Skleranın 2 növ iltihabı məlumdur: səthi episklerit və dərin sklerit. Episklerit-skleranın səthi iltihabı, məhəlli olaraq səthi episkleral qan damarlarının hiperemiyası ilə başlayır. Həmin nahiyədə episklera toxuması diffuz halda düyün şəklində qalınlaşır. Hiperemiya tezliklə bənövşəyi rəng alır, episklera şişkinləşir. Həmin nahiyəyə toxunduqda azacıq ağrı hiss edilir.

Episkleritin klinik gedişi xronikidir, tez-tez residiv verir və beləliklə, bir neçə il davam edir, nadir hallarda hər iki gözdə də ola bilər. Xroniki gedişinə baxmayaraq heç bir iz buraxmadan sağalır.
Davamı →

Astenopiya

Astenopiya – yaxın məsafədə olan əşyalara uzun müddət baxdıqda gözlərin yorğunluğu deməkdir. Bu vəziyyət görmənin itiliyinin pozulması, gözyaşarması, göz altında gərginliyin olması ilə təzahür olur.

Səbəbləri:
Görmə analizatorunun işi işıq qəbul edən və gözün hərəki aparatının işindən asılıdır. Astenopiya xoşagəlməz faktorlar hər iki aparata təsir etdikdə inkişaf edir. Bu vəziyyət ən çox otaq yaxşı işıqlandırılmadıqda, görmə işi ilə məşğul olduqda, bədən düzgün yerləşmədikdə baş verir.

Klinikası:
Astenopiyanın simptomları subyektiv əlamətlərlə – yaxın məsafədə kitab oxuyarkən, əşyalara yaxından baxarkən baş verir ki, bu zaman görmə dumanlanır, həriflər və sətirlər yayılır, gözlərdə kəskin ağrı hiss olunur, ağrı qaşların ustündə, gicgahlarda qeyd olunur.
Davamı →

Çəpgözlük

Bu zaman gözlərin görmə oxları üst-üstə düşmür. Bir göz normal oxdan kənara çəkilir. Nəticədə gözdə ikiləşmə baş verir, bu da görmənin pozulmasına səbəb olur.

Səbəbləri:
– irsi və genetik pozğunluqlar. Əgər valideynlərin birində çəpgözlük olubsa, uşaqlarda əmələ gəlmə riski böyükdür. Daun sindromu olan uşaqlarda çox rast gəlinir.
– hamilə qadınların toksiki maddələrə, alkohola məruz qalması
Davamı →

Göz iltihablanması

Göz iltihablanması: Gözdə qızartı, qaşınma, iltihablanma, gözdə yad cisim hissi və ya yanma kimi əlamətlərə səbəb olan gözün xarici təbəqəsini və göz qapaqlarının daxili səthini əhatə edən zər təbəqəsinin iltihablanmasına səbəb olan bir göz xəstəliyidir.

Göz iltihablanması bakteriya, virus ya da allergiyalar səbəbi ilə yarana bilər. Adətən 10 — 14 gün ərzində bədəndən uzaqlaşır, ancaq əlamətləri altı həftəyə qədər davam edə bilər.
Davamı →

Çayı isti-isti için

Qlaukoma və ya xalq arasında göz təzyiqi kimi bilinən xəstəlik adətən 60 yaşlı insanlarda müşahidə edilir. Şəkərli diabet və ya travma nəticəsində daha tez meydana gələ bilər. Gözə gələn qan axını azaldığı zaman bu problem artıq ciddi səviyyəyə çatır.
 
Qlaukoma həmçinin genetik xəstəlik sayıldığı üçün bəzən əlamətləri olmadan da müşahidə oluna bilər. Ümumiyyətlə yavaş-yavaş, gizli irəliləyir. Dünyada  57.5 milyon insan göz təzyiqindən əziyyət çəkir.
Davamı →

Gözümüz niyə səyriyir?

Hər kəsin gözü bir neçə dəfə səyriyə bilər. Göz səyriməsi insanın özündən asılı olmayan əzələ hərəkətidir. Bəs bu halın baş verməsinə səbəb nədir?

Stress və yorğunluq əlaməti
Göz səyriməsi əsasən əzələlərin yorulduğundan xəbər verir. Saatlarla gözlərinizi qırpmamısınızsa və yuxu vaxtınız keçibsə, göz qapaqlarınızdakı əzələlər zəifləməyə başlayır. Stressli və narahat olduğunuz zamanlarda da göz qapaqlarınızda ani bir adrenalin meydana gələ bilər.

Çox kafein qəbulu
Qəhvə, bəzi çaylar, enerji içkiləri və bir çox qazlı içkilərdə olan kafein bədənin yatıb dincəlməyin lazım olduğunu xəbər verən kimyəvi siqnalları rədd etməsinə səbəb olur. Yetərli miqdarda kafein sizi canlandırar, ancaq çoxu gözlərdəki kiçik əzələləri titrədir.
Davamı →

Quru göz sindromu

Göz quruluğu anlayışı nədir?
Quru göz sindromu oftalmoloqların sıx qarşılaşdığı problemlərdən biridir. İsmindən məlum olduğu kimi bu xəstəlik gözün quruluğu ilə müşahidə olunur. “Quru göz “ – gözün kifayət qədər gözyaşı ifraz etmədiyi ya da gözyaşının normal kimyəvi tərkibə malik olmadığı hallara deyilir.

Normal bir görmə üçün göz almasının ön səthinin nəmliyin yetərli olması şərtdir. Bunun üçün göz yaşının lazımi keyfiyyətinin və düzgün tərkib hissələrinin olması, göz qapaqlarının normal bağlanması vacibdir. Bu faktorlar gözün ön səthinin gözyaşı filminin pozulmasını və gözün qurumasını əngəlliyir.
Davamı →