Qadın-kişi bərabərliyi mümkündürmü?
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Bu gün yaşadığımız cəmiyyətin ən böyük problemlərindən biri qadın-kişi bərabərsizliyidir. Xüsusilə də əsl ədalətin yaşanmadığı cəmiyyətlərdə bu problem özünü daha çox büruzə verir. Dünyanın bir çox ölkəsində qadına ikinci dərəcəli varlıq kimi baxırlar. Qadınlar zəif və qorunmağa möhtac hesab edildiklərinə görə alçaldılırlar və əzilirlər, yenə bu kimi səbəblərdən qadınların fikirlərinə də hörmətlə yanaşılmır. Ümumi şəkildə desək, bütün dünyanın qadınlarla bağlı təsvirləri belədir: Özünə inamı olmayan, bacarıqsız, qorxaq, zehni baxımdan çox inkişaf etməyən, ağlı dayaz və s. Elə onların bu yanlış təsvirlərinin nəticəsi olaraq da bir qadının etdiyi səhv həmin şəxsin insan olduğu üçün deyil, qadın olduğu üçün etdiyi səhv şəklində qiymətləndirilir. Lakin qəribə olan odur ki, qadınların da bir çoxu cəmiyyətdə ikinci dərəcəli insan olmağı özlərinə yaraşdırırlar, onlara edilən anormal rəftarları normal qəbul edirlər.
Qadın jurnallarından biri araşdırmalara əsaslanaraq qadınların kişilərdən daha üstün olduğu sahələri müəyyən ediblər.
— 2000-dən çox qadın üzərində aparılan son 30 ili əhatə edən bir araşdırmaya görə düzgün fizionomiyaya sahib olan qadınların 36 faizinin ilk uşaqları qız olur. Dolayısı ilə gözəlliklərini qız övladlarına genetik miras qoyurlar. Araşdırmalar göstərir ki, yeni nəsil qadınlar hər il daha da gözəlləşirlər.
— Carnegie Mellon Universitetində aparılan araşdırmada kişilərin avtomobil qəzalarında ölüm faizinin qadınlara nisbətən 77 faiz çox olması bəlli olub. Burdan çıxan nəticə odur ki, təhlükəsizlik kəmərini istifadə edən qadınların sayı kişilərə nisbətən çoxdur.
— Statistika göstərir ki, 2007-ci ildən bu günə kimi ABŞ-da işdən çıxarılanların 80 faizi kişilərdir.
— Təhsil statistikalarına görə kişilər qadınlara nisbətən universiteti daha gec bitirirlər.