Gender bərabərliyi olan utopiya

Son on illər irəliləyişlər kiçik addımlarla da olsa gender bərabərliyi olan utopiyaya (gender-equal utopia) yaxınlaşdığımızı deməyə sövq edir.  Lakin bəzi cəmiyyətlərdə qadınların xəyanətə görə daşlanması, qadınların hələ də bədənlərinə görə qiymətləndirilməsi bunun əksini göstərir. Dünya qadınlarının Prezident Trampa qarşı marşı onun inaqurasiyasının nə qədər geri apardığını deməyin bir yoludur. 
Yaxşı olardı düşünək ki, biz hara gərməyi ümid edirik. Mənim üçün feminist utopiya — qadın genetal orqanının və qadın olmanın heç bir əhəmiyyəti olmayan cəmiyyətdir. Harada ki,  emosiyalar yalnız qadınlar üçün nəzərdə tutulmur: hamı həsas ve sərt,  aqressiv ve qayğıkeş ola biler.  Heç bir insani tərəflərimizi kənara qoymadan «oğlanlar ağlaya bilər» və «qızlar gülməli ola bilərlər». Bu elə bir dünyadır ki, nə oğlanlar üçün, nə qızlar üçün hədiyyələr var. 
Nə kişilər,  nə qadınlar üçün işlər var. Heç bir mədəni adətlər bizi bir şeylərdən saxlamır. Heç kəs biz sərhədlərimizi aşanda bizi vurub yıxmır.  Bu elə bir dünyadır ki, bir çox şeylərin içində qadınlar və kişilər üçün xüsusi geyimlər yoxdur, onlar sadəcə öz istədikləri kimi geyinirlər. Əgər sən bir gün kostyum, digərində ise uçuş- uçuş paltar geyinmək istəyirsənsə, kimin ne vecinə.  Mənim dünyadan istədiyim odur ki,  orda qadın ve kişi olmaq alın yazısı deyil. Heç bir uşağa deyilmir ki, sən nələri ise edə bilməzsən ve ya etməlisən. Bu ele bir dünyadır ki,  heç kim kimsədən şansını oğurlamir, hamının imkanları yetərincədir. 
<p > Bu gün biz o dünyadan çox uzaqlardayiq. Ora necə gede bilerik? Əlbəttə ki kiçik-böyük milyonlarla addımlarla. Bu addımlara çox vaxt feminizm deyilir. Amma mən ona humanizm deyirem. 
Ilk feminist qığılcımları özünü qədim Çində göstərsə də,  siyasi nəzəriyyədə ilk dəfə Meri Volştonekeaftın (Mary Wollstonecraft) «Qadın hüquqlarının isbatı» (1792) məqaləsində öz əksini tapmışdır. Ilk feminizm dalğası böyük auditoriyaya 1840-50-ci illərdə suffragate (qadınların səs vermə hüququ) hərəkatı ilə yol tapmışdır. Feminizmin ikinci dalğası 1960-cı illərdə meydana çıxdı. Bu zaman daha radikal istəklər səslənməyə başladı və Qadınların Azadlıq Hərəkatının (WLM) tələbləri artdı. Qadınların sosial rolunun artırılmasına çalışan feministlər, cəmiyyəti cinsi və gender bərabərsizliyi ilə xarakterizə edir, kişilərin ağalığına son qoyulmasını tələb edirdilər. 
Siyasi nəzəriyyədə üç feminizm istiqaməti vardır. Liberal feministlər başda Volştonekeaft və Betti Fridan (Betty Friedan) olmaqla qadın itaətinin səbəbini cəmiyyətdə hüquq və imkanların qeyri bərabər paylanmasında görürlər. Reformist feminizm qadın hüquq bərabərliyinin ictimai sferada islahatlarla mümkün olduğunu deyirlər. Onlar qadınların leqal və siyasi statusunun möhkəmləndirilməsi,  təhsil və karyera imkanlarının yaradılmasının tərəfdarıdırlar. Son olaraq sosial feministlər hüquq qeyri-muəyyənliyinin səbəbini kapitalizmdə axtarırlar. Qadınların itaətinin onların iqtisadi rolunun aile və ev işləri ilə məhdudlaşdırılması ilə əlaqələndirirlər. Məsələn,  kişilərin ev işi yükündən azad olması,  təhsildə ve işə alınma zamanı kişi cinsinə üstünlük verilməsi kimi səbəblər göstərirlər.  
Müasir dövrdə feminizm qadınlar və kişilərə eyni əmək haqqının verilməsi,  kişilərə də uşaqların tərbiyəsində iştirakı,  valideyn məzuniyyətlərinin kişi ve qadinlar arasında bölüşdürülməsi kimi tələblərlə çıxış edir. Birləşmiş krallıqda kişilər de valideyn məzuniyyətlərindən istifadə edə bilirlər. Bu dalğanın kiçik təkandır.  Hələ de bəzi ölkələrdə qadınların söz, siyasi hüquqları məhdudlaşdırılır. Qadın azadlığı günah və cəmiyyətin utancı kimi görülür. Qadınlar kiminsə bacısı, anası, yoldaşı olduğu üçün hörmət edilir. Qadın hələ də bir sıra cəmiyyətlərdə ikinci dərəcəli vətəndaşdır. Bunun qarşısını almaq üçün məsələn bizim dövlətimiz üçün gender bərabərliyi ile bagli dərslərin verilmesi, gender bərabərliyinin vətənpərvərlik kimi tərənnüm edilmesi vacibdir. Biz analarımıza ikinci dərəcəli vətəndaş kimi baxmaqla özümüz də bütöv vətəndaş ola bilmərik. Feminizm humanizmdi, bundan qorxmamaliyiq.
loading...

0 şərh