Qadınlar və ali təhsil

Ali təhsil alanlar arasında qızlar oğlanlardan çox olsa da, bu üstünlük sonradan görünmür. Əksinə, iş yerlərində yüksək vəzifə tutanlar arasında kişilər üstünlük təşkil edir.

Böyük Britaniyada ötən həftə qeyri-bərabərlik haqqında hesabat açıqlanıb. Həmin hesabatda göstərilir ki, orta məktəbdə qızlar oğlanlardan daha yaxşı oxuyurlar, ali məktəblərə qızlar daha çox qəbul olunur və burda da daha yaxşı nəticə göstərirlər. 44 yaşına qədər bütün yaş qruplarında hazırda ali təhsilli qadınlar ali təhsilli kişilərdən çoxdur.gözəl tələbə qız karyera?Amerikada isə 2006-2007-ci təhsil ilində kollec məzunlarının 57 faizi qızlar olub. Bu ölkədə 45 yaşından aşağı ali məktəb məzunlarının çoxu qadınlardır. Bununla belə hər iki ölkədə şirkətlərin rəhbərləri arasında qadınlar çox azdır.

Britaniyada 100 əsas şirkətin rəhbərliyində qadınların 12,2 faiz təşkil edir. ABŞ-da isə yüksək vəzifəli qadınların sayı 15,2 faizdir. Lakin onu da qeyd etmək lazımdır ki, qadın məzunlar sürətlə artsa da, şirkət yaşına çatmaq üçün hələ var. Çünki 10 il keçəndən sonra indi universitetdə olduğu kimi şirkət rəhbərliyində də qadınlar üstünlük təşkil edəcəklər. Elə indini özündə bu prosesi müşahidə etmək olur.

ABŞ-da kollec məzunları arasında qadınların üstünlüyü ilk dəfə 1982-ci ildə olub. İndi həmin qızlar 50 yaşına çatıblar.

Amerikada 30-44 yaş arasında olan qadınların gəlirləri 2004-cü ildə 1970-ci illə müqayisədə 44 faiz artıb. Kişilərdə isə bu artım cəmi 6 faiz olub. 1970-də bu yaş qrupunda olan qadınların yalnız 4 faizi öz ərlərindən çox qazanırdı. 2007-ci ildə isə bu göstərici 22 faiz olub. Bununla belə ümumilikdə götürəndə qadınlar kişilərdən yenə az qazanırlar. Maraqlıdır, görəsən niyə?

Ənənəvi cavab ayrıseçkilikdir. Hələ də vəzifəyə təyin edən adamların bir çoxu düşünür ki, qadınlar məsuliyyətin öhdəsindən gələ bilmir. Ancaq bu tək cavab deyil. Başqa bir səbəbi uşaq beşiyində axtarmaq lazımdır. Çünki dünyaya uşaq gətirən qadın bir neçə müddət işdən uzaqlaşır. İşə qayıdanda isə çox məsuliyyət tələb edən işlərə girişmirlər. Bu da onların gəlirinin aşağı düşməsinə səbəb olur. Buna görədir ki, Britaniya hökuməti ötən həftə yeni qanunvericilik tətbiq edəcəyini bildirib. Bu qanunvericiliklə qadınlara verilən ödənişli analıq məzuniyyətinin sonuncu 3 ayı atalara veriləcək.

Azadlıq radiosu

6 şərh

təpəgöz
Azərbaycanda qadınların karyerada problemi olmur.Sahibkar qadınlar da çoxdur.
Əliyev
Karyerada kişilərin problemi olur,onda qalmış qadınların.Əgər problem olmasaydı hamı asanlıqla iş tapardı.
2ral
Kəbirə Məmmədova (Binə yarmarkası) başqa kim var ki?
Azərbaycanda karyerada erkək yaxud adın olmaq yox,başqa şeylər həlledici rol oynayır.
aran
2ral tamamilə siz haqlısınız. Artıq bizdə (.....) bütün bərk gedən vəzifələr bir obaya məxsusdur. Həmin obanın başçısı yuxarıda çox yüksək yer tutur. Hər şeyi yalnız o həll edir. İstedad, bacarıq, səriştə heçnə kömək etmir. Başqaları heç o yerləri yuxuda da görə bilməz.
nar1000
Anqlo-American Buziness Services Alyansının baş direktoru Fatimə Aslan(şirkət işədüzəltmə,xarici firmalarda iş tapmaq istəyən gənclər üçün vakansiyalar tapır)

ʺBİOMED — SPECTRʺ Tibb Mərkəzinin direktoru Rəna xanım Bağırova (müalicə-diaqnostika)
Bakıda kosmetika,parfümeriya satışı ilə məşğul olan firmaların direktorları xanımlardır.
niqulya
«Memar SS» şirkəti rəhbəri Sayalı Səfərova
1993-cü ildə reklam Bakıda təzə-təzə yaranırdı.Həmin vaxt Sayalı xanım Amerikada 6 ay kurs keçib reklam işinin əsaslarını öyrənib və qayıdandan sonra reklam agentliyində işləyib.İndi xaricə getmək asan iş sayılır.Amma həmin vaxt Amerikaya getməyə,özü də reklam işi kimi sahəni öyrənməyə heç kişilər cəasrət etmirdi.