Cinsiyyət Mübahisəsi

Qadınlar deyir ki: Kompüter erkəkdir.
Çünki kompüterlər əslində problemləri həll etmək üçün yaradılmalarına baxmayaraq ömürlərinin dörddə üçünü problem yaradaraq keçirirlər. Daha da əhəmiyyətlisi bunlardan bir dənə aldığınız an, bir az daha səbr etmiş olsaydınız çox daha inkişaf etmiş bir modelinə sahib ola biləcəyinizi görüb peşman olarsınız.

Kişilər deyir ki: Kompüter dişidir.
Çünki onun məntiqini Yaradıcısından başqa heç kimin anlaması mümkün deyil. Etdiyiniz ən kiçik səhvi belə yaddaşına yazıb təkrar- təkrar önünüzə qoyar. Və bir kompüter aldıqdan qısa bir müddət sonra fərqinə vararsınız ki, əsl pulu ona lazım olan aksesuarlar üçün xərcləmək məcburiyyətindəsiniz.

3 şərh

MASON
kişilərin fəlsəfəsi daha məntiqlidir)))
bahar
Məncə kompüter dişidir-daha uyğundur."Əbdül əmi«demişkən „şeytan qutusudur“
Cavid
Bill Geyts və Stiv Jobs: kompüterin dişisi erkəyi olmaz))