8 mart azadlıqdırsa...

Əgər azadlıq budursa, "...buraxın zindanlara məhkum olum..."
İnsanlar tarixən çox günlər qeyd ediblər, bayramlar keçirdiblər, özünün olan-olmayan, istədiyi və ya istəmədiyi, məcburən və ya sevərək - bir sözlə, təqvimlərdə daha tünd rənglərlə öz əksini tapan günlər keçirdiblər.

Bu gün də həmin günlərdən biridir. Məhz bu gün Azərbaycan kişisi qadınına gül-çiçək bağışlayır, hədiyyə alır, bu gün Azərbaycan qadını ona hədiyyə verilmədikdə inciyir, önəmsənmədiyini sanır. Qıcıqlanır mənim ölkəmin qadını. Nədir bu "8 mart" və bu gün özündə bu istedadı və haqqı ehtiva edirmi ki, mənim ölkəmin kişisi bu gün öz anasını, qadını, bacısını təbrik etsin?!

Əvvəlcədən bildirim ki, mən onun da tərəfdarı deyiləm ki, qadınlara məxsus və onların dəyərlərini simvolizə edən bir gün qeyd olunmasın. Ona görə də məhz ölkəmin qadınını müdafiə etmək üçün və ona verilməli olan dəyərin, əslində, onun üçün kimlərinsə tərəfindən təyin olunan dəyər olmadığını göstərmək üçün bu yazını yazmaq qərarına gəldim.

8 Mart qadınların azadlıq bayramıdırmı?Ümumiyyətlə, kiməsə burada geniş bir araşdırma təqdim etmək fikrində deyiləm. Sadəcə sonradan alacağım nəticələr üçün bir neçə müqəddimə vermək məcburiyyətindəyəm.

1) 8 martın Beynəlxalq Qadınlar Günü elan edilməsi ilə bağlı qərar 1910-cu ildə, sosialist qadınların Koppenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib.

2) Bu günün bayram kimi qeyd edilməsi üçün təşəbbüskar rolunda çıxş edən Klara Setkinin əsl adı Eysnerdir və əslən yəhudidir. Və onun haqqında olan məlumatlar göstərir ki, Eysner (Setkin) əxlaqdan uzaq həyat tərzinə malik olub (Bu barədə sadə internet istifadəçisi özü üçün araşdırma apara bilər.)

3) 1910-cu ilin 8 mart tarixi yəhudilərin Purim bayramı günü ilə üst-üstə düşür və yəhudi təqvimi ilə 14-15 Adar günlərinə təsadüf edən Purim bayramı milad təqvimi ilə yerini dəyişir.

4) Purim bayramı yəhudilərdə qadın ağlı və millətin özünümüdafiə haqlarının simvolizə olunduğu gündür və bu bayramda ayıq olmaq qadağandır – Purimdə hamı sərxoş olmalıdır (özü də yaxşını pisdən seçməyəcək dərəcədə).

Niyə qadın ağlı? Çünki yəhudi tarixinə görə, Esfir adlı əxlaqsız bir yəhudi qadını Əhəməni hökmdarı Kserksin arvadı olub, yəhudi mənşəli olduğunu məharətlə gizlədib. Və onun kişiləri yoldan çıxartmaqda böyük məharəti olub. Məhz buna görə də Kserksin sarayına onu məqsədli şəkildə göndəriblər və yəhudilərin heç də yaxşı olmayan günləri onun göstərəcəyi "məharət"dən asılı olub. Esfir hökmdarın ona olan "sevgi"sindən istifadə edərək, yəhudilərə iqtidar gətirib, düşmənləri kütləvi qırğına məruz qoydurub. Buna görə də Purim bayramı yəhudilərdə qadın ağlının simvolizə olunduğu gündür. Əslən yəhudi olan Klara Eysner də (Setkin) məhz bu günə görə 1910-cu ildə 8 martın beynəlxalq qadınlar günü elan edilməsini təklif edir.

İndi isə nəticələri sıralamaq vaxtıdır. Əvvəlcədən qeyd edim ki, "Biz nə üçün qadınlar gününü 8 martla məhdudlaşdırırıq?" kimi arqumentin də tərəfdarı deyiləm. Çünki nə çox belə bayramlar ki, biz onları əziz tutur və məhz xüsusi günlərdə qeyd edirik. Və bu da həmin dəyərin gününün olması anlamına gəlmir. Amma mənim iradım budur ki, qadınlar günü məhz 8 martda keçirilməlilidirmi? Ümumiyyətlə, insanın öz doğmalarını Esfir adlı mənəviyyatsız bir qadının adı ilə bağlı bir gündə təbrik etməsi nə dərəcə uyğundur?

Təbii ki, mən anti-semit deyiləm. Müqəddəs dinimiz bir milləti tamamən – yaxşı-pisi ayırd etmədən pisləməyi məqbul saymır. Amma mən semitizm fobiyasına qadından istifadə edərək cavab verməyi və çalınan qələbəni qeyrətsizlik adlandırıram. Və Azərbaycan kişisinə bunu yaraşdırmıram ki, belə bir tarixçəsi olan günü qadın bayramı saysın və öz həyat yoldaşını, anasını, bacısını "təbrik" edir.

İkinci yöndən yanaşsaq, bunu yenə də qadının azadlığı adlandırmaq olmaz. Əgər azadlıq bu cür "kullanılmaq"dırsa, o zaman Mehmet Akif Ersoyun təbirincə desək, "...buraxın zindanlara məhkum olum".

Üçüncüsü, bayramın məntiqi və söykənəcəyi dəyərlər sistemi olmalıdır. Bu günün məntiqi nədir və hansı dəyərlər sisitemini özündə ehtiva edir? Və bizim üçün bu günün bayram olması nə qədər aktualdır? Onsuz da biz elə bir cəmiyyətdə və ölkədə yaşayırıq ki, bir çox şeylər var ki, bizim dəyərimizin olmamasına rəğmən "bayram" edilir. Biz o insanlarıq ki, bizim başımızı "baş boyda yumruq"la əzənə heykəl qoymuşuq, stansiya adı vermişik, biz o insanlarıq ki, başından yaylığını açan qadın bizim qəhramanımız olmuş, ədəbiyyatımızı bəzəmiş, biz o millətik ki, azadlığı soğan kimi soyulmaqda görmüşük. Qadına verilən dəyəri "Azad qadın heykəli" ilə simvolizə olunan ölkənin, cəmiyyətin bayramı da 8 mart olar, təəssüf ki. 
P.S.Qadınlarımız inciməsin, sadəcə maraq xatirinə oxuyun)

Hazırladı:Azər Nəsirov
deyerler.org saytına istinadən

8 şərh

Gülnar
Məraqlı məqamlara toxunulub, amma təhriflər var..Birincisi, Esfir (əsl adı Qadassa) Kserksin arvadı yox, I Kserksin xələfi Artakserksin arvadı olub..Esfir (Ester) haqda Bibliyadan da, ОльгаКлюкинаnın kitabından da oxumuşam, amma onun əxlaqsız olmasını ilk dəfə bu yazıda oxudum) Esfirin qısa hekayəsi belədir ki, Əhəməni hökmdarı Artakserks bütün ölkə əhalisi və əyanlar üçün ziyafət təşkil edir. Bu ziyafətdə o, öz arvadı Astinin gözəlliyini göstərmək üçün onun himayəsinə gəlməsini əmr etdikdə Astin bundan imtina edir..Artakserks qəzəblənib Astini saraydan qovur və əmr edir ki, onun yerinə bütün şəhərin ən gözəl qızları seçilsin..Əmri yerinə yetirilər, hərəmxanaya aparılan qızlardan biri də yəhudi millətindən olan və qohumu Mardoxey tərəfindən yetişdirilən yetim qız Qadassa olur. Mardoxey Qadassanı çox gözəl yetişdirir və onu saraya aparanda tapşırır ki, əsl adını və milliyətini gizlətsin, adını Esfir ( farsca mənası ulduzdur) desin. Qız şahın xoşuna gəlir və çariça olur. Şahın köməkçisi Haman yəhudilərin soyqrımını təşkil etmək üçün şahın razılığını aldıqda Mardoxey Esterdən kömək istəyir. Esfir xalqını xilas etmək üçün Artakserksi razı salır, şahın yəhudilərə özünü müdafiə imkanı verən əmri verməsinə nail olur və öz xalqının qırğınının qarşısını alır ( ki. burda nəsə pis bir şey yoxdur) və tarixə ən ağıllı və xarakterli qadınlardanbiri kimi yazılır. Həmin vaxtdan sonra Esfir qələbənin şərəfinə hər il adar ayının 14-ü purim bayramı keçirilməsini əmr edir.
Qaldı ki, Klara Setkinə..Alman qadına Azərbaycan mentaliteti ilə yanaşsaq əxlaqsız hesab oluna bilər bəlkə… Amma məni bu maraqlandırmır..O, qadın hüquqlarının müdafiəçisi olub və tarixdə də elə qalıb..Həm də ki, tarix və tarixi şəxsiyyətlər haqda fikirlər ictimai quruluşun dəyişməsindən asılı olaraq həmişə fərqli olur..Dünən yaxşı olan, bu gün pis olur və əksinə..Mənim fikrimcə, hər şeyə dar düşüncə ilə yanaşmaq olmaz..Həm də ki, 8 martın purim bayramı ilə əlaqədar keçirilməsi dəqiq məlumat deyil, versiyadır..Purim bayramı da qadını təhqir edən, ona yaraşmayan bayram deyil, qadın ağlının qələbəsi bayramıdır.
Sonra qeyd etmisiniz ki, hər bayramın dəyərlər sistemi olmalıdır. 8 martın dəyərlər sistemi kifayət qədərdir..Bu haqda BMT-nin keçirdiyi qurultayda qərar qəbul olunub, 8 mart 1975-ci ildən sonra Beynəlxalq qadınlaq günü kimi qeyd olunub. Mən feminist deyiləm amma qadının bir çox şeydə kişilərlə bərabər hüquqları olmasının tərəfdarıyam və bu bayramın mənim üçün dəyəri var..Hüquqi demokratik dövlətlərdə cinslər arasında ayrı-seçkilik qadağandır..
Azad qadın heykəli ilə təsvir olunan qadın isə şou-biznesin soyunan qadınlarından deyil, öz hüququnun müdafiəsi üçün mövhumata qarşı çıxan qadındır. 
2ral
Esfir pozğun qız olsaydı yəhudilər öz qızlarına o adı qoymazdı.
Məqalədə yazılanlar bir az gopa oxşayır
istorik_c
Gülnar sənin oxuduqların yenə də yəhudilərin dünyaya sırıdığı yalanlardan biridir.Sən bir araşdır Kserksin köməkçisi Haman niyə yəhudiləri «qırğına göndərmək»(əslində onları öz vətənləri İsrailə qaytarmaq istəyirdi) istəyirdi sonra danış. Bundan əlavə sənin dediyin kimi bəlkə Klara Setkin Azərbaycan mentaliteti ilə əxlaqsız sayıla bilər yox əxlaqsız elə əxlaqsızdır. Sonra da ardınca əlavə edirsən onun əxlaqsızlığı məni maraqlandırmır. Bu necə dünyagörüşdür mən başa düşmədim. Amma çox təəssüflənirəm ki, bizimkilər belə yalançı bayramları(həmçinin 14 fevral Sevgililər günü əslində sevgililər dedikdə eynicinsli insanların bir-birinə sevgisi nəzərdə tutulur) təmtəraqla qeyd edirlər. Çox təəssüf ki, tarixi həqiqətlərə həmişə az inanırlar nəinki tarixi uydurmalara. Çox təəssüf..... 
pascal
Sadə azərbaycanlı xanımının sadə şəkildə qəbul edib, bir baalaca həmən gün üzünün güldüyü, hamının da yox, bəzilərinin öz yaxınları olan kişilərindən balaca bir hədiyyə və ya adi bir gül aldığı günü şişirdib bu hala gətirib, siyasətləşdirdiz ya...daha nə deyim?
Dağıdın bütün xoş günləri! Silin bütün bayramları! Görün yerdə nə qalır azərbaycanlılarçün? Hər il, üstünə bir il də əlavə etdiyimiz, ildönümlərini ürəkağrısıyla keçirdiyimiz bolluca matəm, soyqırım günləri. Bircə bayramı qeyd etməyi də bu millətin sadə xanımlarına çox görürlər. Elə yazırlar ki, sanki dəhşətli, qorxulu bir şeyi qeyd edirlər.
A kişilər, mənim, sənin evindəki o sadə, zəhmətkeş anaya, bacıya gücümüzün yetdiyi qədərilə, kiçicik bir hədiyyə verib, bir anlıq sevinc bəxş etdiyimiz gündür bu gün. Bunudamı çox görürük o xanımlara? Nəyi qloballaşdırıb, faciə olmuş kimi danışırıq axı?
istorik_c
Azərbaycan müsəlman qadını üçün əsl bayram onun övladlarının doğulduğu gündür.
pascal
Övladı olmayan və ya evlənməmiş xanımlar bu bayramı keçirə bilər? ;) :)
istorik_c, mübahisə etmək istəmirəm, yanlış anlama. Ama kiçik bir bayramı da bu qədər şişirdib, az qala faciəvi gün kimi təqdim olunmasını da doğru görmürəm. 
istorik_c
Hörmətli pascal, elə yad, saxta bayramları qəbul edə-edə bu günə qalmışıq. Bizim millət digər mədəniyyətlərə aid ünsürləri çox sürətlə mənimsəyirlər və bunun sonu az qala yox elə faciə bitir. Mən də mübahisə etməyi xoşlamıram. Amma nə edim ki, qloballaşma, inteqrasiya, tolerantlıq və digər sırınan yad ünsürlərin bizi zombiləşdirilməsinə dözə bilmirəm. 
pascal
Еeeh..ay istorik qaqaş, gör nələri qoyub, nələrinin davasın edirik. Kaş bu xalqın bütün dərdi elə, başqasında götürdüyümüz, belə ürəkaçan bayramlar olaydı.
Nə deyim..? Hər kəsin özünə görə doğru bildiyi fikirlər var. Hörmətlə yanaşıram. :)