Qədim türklərdə qadın hüquqları

Qədim türk ictimaiyyətində ailə ən vacib sosial birlik olduğundan ailənin əsasını təşkil edən qadın türk dastanlarında, türk əfsanə-lərində elə bir uca mərtəbəyə qoyulmuşdur ki, qadını belə bir uca varlıq halına gətirən mədəniyyətə heyran olmamaq mümkün deyildir. Qadın kişinin həyat yoldaşı və uşaqlarının anası olmaq kimi çox vacib bir vəzifə ilə öhdələnmişdir. Daha vacibi isə türk millətinin tək bərəkət qaynağı, ona verilən bir sıra haqlara görə xanların, xaqanların, döyüşçülərin önündə hörmət ilə əyildikləri bir şərəf abidəsidir. Türk dastanlarında qadın ilahi bir varlıq səviyyəsinə çatdırılır.
Yaradılış dastanında Tanrıya dünyanı və insanları yaratması üçün fikir və ilham verən «Ağ Ana» adında bir qadındır. Oğuz kağanın ilk xanımı qaranlığı yararaq göydən enən mavi bir işıqdan, ikinci xanımı isə mübarək bir ağacdan doğmuş qeyri-adi varlıqlardır. Yakutlarda ağ oğlan ağacın içindən çıxan nurlu bir qadın tərəfindən əmizdirilmişdir. İlk türk abidələrində olan «Bilgə Kağan kitabəsi»ndə xaqan belə söyləyir: - «Sizlər, anam xatun, böyük analarım, bacılarım, xala və bibilərim, şahzadələrim…» Ən qədim türk inancına görə, «Xan və Xaqan» göy ilə yerin övladlarıdır. Qadın burada göyün 7-ci qatındadır. Qadına belə bir müqəddəs varlıq kimi yanaşılan cəmiyyətdə qadının döyülməsi, xor görülməsi mümkün deyil. Və əlbəttə ki, türk mədəniyyətində, türk dastanlarında belə bir vəziyyət gözə dəymir. Türk dastanlarında qadın daim kişinin yanındadır. Onların güc və ilham qaynağıdır.türk qızları (turkish girls)

«Dədə Qorqud dastanları»nda «Dəli Domrul» boyunda Domrul canının yerinə can axtararkən, bunu öz qadınından tapmış, qadını ona heç çəkinmədən canını verəcəyini söyləmişdir.
Yeni türk kültüründə dastan qəhrəmanları ata minən, yaxşı qılınc vuran, yaxşı döyüşən qadınlarla evlənmək istəyirlər. Necə ki, yenə «Dədə Qorqud»dakı «Bamsı Beyrək» boyunda olan Banu Çiçək buna nümunədir.

Qırğızların «Manas» dastanında qadın evin namusunun qurucusudur. Qəhrəmanlar əxlaqa zidd hərəkət etdikləri zaman qadın onlara mane olur. Qazaxlarda qadına verilən dəyər bu atalar sözü ilə ən gözəl şəkildə izah olunmuşdur: «Birinci zənginlik sağlamlıq, ikinci zənginlik qadındır».

Bütün türk dastanlarında sarsılmaz bir hörmət, sevgi və sədaqət vardır. Baxt evinə girdiyi gün murad alıb-vermədən tək qalan qadın (gəlin) əri gələnə qədər onu gözləyəcəyinə və üzərinə bir erkək milçək belə qondurmayacağına and içirdi. Qadının müharibədə düşmənin əlinə keçməsi böyük bir zəlalət sayılırdı. Dastanların heç birində şəhvəti xatırladan çirkin hadisələrin olmaması xüsusi vurğulanmasına ehtiyac duyulan vacib bir mövzudur. «Oğuz kağan» dastanında təcavüz edənlərin öldürüldüyü və ya gözlərinə mil çəkildiyi ifadə edilərkən, farsların məşhur dastanı «Şahnamə»də bu cün əxlaqsıqlıqların hekayə edildiyi ortadadır. Nümunə üçün «şahnamə»nin qadın qəhrəmanlarından olan Südabə Səyavuşa aşiqdir və ona çirkin təkliflərdə bulunur: - «Tez ol, gəl. Kimsənin xəbəri olmadan məni bir kərə sevindir. Gəncliyimin günlərini tazələndirib ondan mənə yenidən hədiyyələr ver». Əlbəttə ki, Banu Çiçək ilə burdakı qadın tipini qarşılaşdırmaq olmaz.

İranlı tarixçilər belə türk qadınlarının əxlaqi təmizliyini daim mədh etməkdədirlər. İbn Bətutə də elə bu şəkildə öz xatirələrini nəql edir: - «Burada yaman bir hala şahid oldum ki, o da türklərin qadınlara göstərdiyi hörmətdir. Burada qadınların qiyməti və dərəcəsi kişilərinkindən çox üstündür». İslamiyyətdən əvvəl türk cəmiyyətində qadınsız bir iş görülməzdi. Daha əvvəllərdə də qeyd etdiyimiz kimi qadın kişinin kamil edənidir. O, hər zaman kişinin yanındadır. Xanların buyruqları yalnız «Xaqan buyurur ki…» ifadəsi ilə başlamazdısa, qəbul edilməzdi. Xarici dövlət elçilərinin qəbulunda xatun da xaqanla bərabər olurdu. Toy-bayramda qadın xaqanın solunda oturur, siyasi və idarəetmə mövzulardakı görüşlərini bəyan edərdi. Qadınların müharibə məclislərinə də qatıldığı olurdu. Məsələn, böyük Hun imperatorluğu adına Çin ilə sülh müqaviləsini Mete xanın xatunu imzalamışdır.Saxa (Yakutiya) qadini

Turk qadını başqa cəmiyyətlərdə olduğu kimi təzyiq altında tutulmur və alçaldılmırdı. Qadının ucalığı Altay dağlarının ən yüksək təpəsinə «Qadın başı» adı verilərək sanki gələcəyə bir mesaj olaraq göndərilmişdir. İslama qədərki türk cəmiyyətlərində qadına belə bir münasibət var ikən, türk olmayan millətlərdə qadının vəziyyəti ürək yandıran bir halda idi.

Cahiliyyət dövrü ərəblərində qadının əri yanında dəyəri alınıb-satılan bir maldan fərqsiz idi. Ərəb kişisi adət zamanında qadınla bir yerdə oturmaz, onunla yeyib-içməzdi. Həmin dönəmdə yeni burada qadının miras haqqı yox idi. Halbuki, türk qadını miras haqqına sahib idi. Məsələn, Yakutlarda qadının özünə aid mülkü olardı. Buna «And» və ya «Səmsə» adı verilirdi. Qadının bundan istədiyi kimi istifadə etmək hüququ var idi.

Elə bu dönəmlərdə gəlin yenə qadınların başqa cəmiyyətlərdəki vəziyyətlərinə nəzər yetirməyə davam edək. İngilislərdə bəlli bir zamanda qadın murdar bir varlıq sayılırdı. Məsihilər isə qadına şeytan gözü ilə baxarmışlar. Britaniyada qadın murdar bir varlıq sayıldığı üçün «İncil»ə əl vurmazdı. Qadınlar «İncil»i oxumaq haqqına Honde dövründə sahib oldular.

1888-ci ildə Vestminster kilsəsində verilən vəzlərin birində belə söylənilir: «Bundan 100 il əvvələ qədər qadın kişinin süfrəsinə oturma haqqına sahib olmadığı kimi, soruşulmadan sözə cavab verməsi caiz deyildi. Əri başı üzərində bir dəyənək asardı ki, arvadı nə zaman əmrini yerinə yetirməzdisə, ondan istifadə edərdi. Qadının sözü qızlarına keçməzdi. Oğlanları isə analarına ev içində xidmətçidən başqa dəyər verməzdilər.

Çində isə boşanma haqqı yalnız kişiyə məxsus idi. Qadının belə bir haqqı yox idi. Halbuki, türk qadını bütün bu haqlara sahib idi. Qadının da boşanma haqqı var idi.

Qədim türk qadını Rum qadınından daha artıq haqlara sahib idi. Rum hüququndan qadın öz malına hökm etməzdi. Vəsiyyət eləməzdi. Rumlu qadın Justinin dövrünə qədər tam bir əsir həyatı içində yaşamışdır. Rumda dul qadının evlənməsi günah sayılırdı.

Çində yeni doğulmuş uşaq oğlan olsaydı, bahalı qumaşlara, qız isə bez parçalarına sarılardı. Farslarda özlərinə tay tapan qızlar günahkar sayılırdılar. Orada qanları pozmamaq üçün yaxın qohumlarla evlilik məqsədəuyğun görülürdü. Buna görə anaları, qız və bacıları ilə evlənənlər ortaya çıxmışdı. Həmin şəkildə cahiliyyət dövrü ərəblərinin qız uşaqlarını diri-diri basdırmaları acı həqiqətlər idi. Qız uşağına sahib olmaq şərəfsizlik sayılırdı. Türk qızları isə camilərin şərəfli fərdləri idi. Türk millətindən başqa qadınları alçaltmayan, xor görməyən başqa bir millət olmayıb. Türk qadının belə ehtişam içində və hörmət görərək yaşaması türk xarakter və mədəniyyətinin yüksək dəyərini ifadə edir.

Mənbə: İqtisadiyyat qəzeti

2 şərh

lili95

Möhtəşəm yazıdı.


 


Əziyyətə görə təşəkkür.

Gülnar
Çingiz xan dövlətin əyalətlərinə öz qızlarını, gəlinlərini başçı təyin edər, onlara çox güvənərmiş.