Eroziyanın yandırılması

Uşaqlığın uşaqlıq yoluna açılan hissəsi «uşaqlıq boynu» adlandırılır. Uşaqlıq boynu qısa və ensiz borucuğa bənzəyir.

Uşaqlıq boynu qoruyucu funksiyanı yerinə yetirir. Onun içərisində olan hüceyrələr xüsusi selik ifraz edir ki, bu selik qatılaşaraq tıxac əmələ gətirir. Bu tıxac isə infeksiyaların, mikrobların, bakteriyaların və s. zərərli agentlərin uşaqlıq boşluğuna daxil olmasına mane olur.

Uşaqlıq boynu iç tərəfdən yastı epiteli ilə (toxuma) örtülüb. Yastı epitelidən bizim dərimiz də ibarətdir. Uşaqlıq boynunun iç tərəfi (servikal kanal) digər toxuma ilə örtülüb — ona «silindkir epiteli» deyilir. Silindrik epiteli yastı epitelilə müqayisədə daha zərifdir, boşdur və parlaq qırmızı rəngdədir. Yastı epiteli daha hamardır, parlaqdır və açıq çəhrayı rəngdədir.

Silindrik epiteli yalnız uşaqlıq boynunun iç tərəfində olmalı və buradan xaricə çıxmamalıdır. Lakin bu hər zaman belə olmur.

Bəzən silindrik epiteli servikal kanaldan çıxaraq uşaqlıq boynunun xarici tərəfinə bitişir. Bu zaman həkim-ginekoloq ginekoloji güzgü vasitəsilə uşaqlıq boynunu müayinə etdikdə uşaqlıq boynunun üzərində olan silindrik epitelini görə bilir. Tibbdə bu pozulma «ektopiya» adlandırılır.

Yastı epiteli ilə müqayisədə silindrik epiteli daha zərifdir və uşaqlığın turş mühitin, burada olan mikroorqanizmlərin təsirindən və həmçinin cinsi aktlar zamanı tez-tez zədələnir və onun üzərində eroziya (kiçik xora) əmələ gəlir. Bu çox təhlükəli vəziyyətdir. Məsələ burasındadır ki, tez-tez zədələnməyə məruz qalan hüceyrələr vaxt keçdikcə xərçəng hüceyrələrinə çevrilə bilərlər. Məhz buna görə ginekoloqlar qadınlara eroziyanı mütləq müalicə etməyi tövsiyə edirlər.

Müalicənin əsas məqsədi uşaqlıq boynunun üzərində olan silindrik epitelini məhv etməkdən ibarətdir. Daha sonra bunun yerində yastı epiteli bərpa olunur. Eroziya çox kiçik olduqda konservativ (dərmanlar vasitəsilə) müalicə istifadə oluna bilər. Bu məqsədlə xüsusi turşular əsasında olan preparatlar istifadə olunur. Belə preparatlar silindrik epitelini yandırır.

Daha böyük eroziyalar zamanı və həmçinin bundan əvvəl təyin olunmuş konservativ müalicə effekt vermədikdə, ginekoloq cərrahi üsullara keçir.

Cərrahi müalicə zamanı elektrik cərəyanı, maye azot, radio dalğalar, lazer istifadə oluna bilər. Bu vasitələrin köməyi ilə silindrik epiteli məhv edilir. Həkim çox ehtiyatlı olmalıdır ki, yalnız silindrik epiteli götürülsün, onun altında qalan hüceyrələr isə zədələnməsin. Əks halda uşaqlıq boynu öz elastikliyini itirə bilər ki, bunun nəticəsində doğuş zamanı uşaqlıq boynu normal açılmayacaq.

Cavan və gələcəkdə hamiləlik planlaşdıran qadınların müalicəsində adətən lazer və radio dalğalar istifadə olunur. Hal hazırda bu ən qoruyucu üsullar sayılır.

Elektric cərəyanla müalicə isə əksinə olaraq ən çox ağırlaşmalar verir.

Mənbə: www.polismed.com

 

0 şərh