Hamilələrə tibbi genetik məsləhət

Çox vaxt insanları aşağıdakı suallar narahat edir:
  • Gələcək uşağın nə dərəcədə sağlam olacağını əvvəlcədən müəyyən etmək olarmı?
  • Uşağın sağlamlığına təsir edən patologiyalar hansılardır?
  • Irsiyyətin nəzəri cəhətdən təyin olunması nə qədər həqiqətə uyğundur?
Bütün bu suallara tam cavab almaq üçün tibbi-genetik məsləhətdən keçmək lazımdır. Bu məsləhətin məqsədi – dünyaya yeni insan övladı gətirməyi planlaşdıran ailə üzvlərini əvvəlcədən gələcək körpənin nə dərəcədə sağlam və ya nə dərəcədə xəstə ola biləcəyini aydınlaşdırmaqdır.

Hazırda Mendel qanunları ilə nəsildən – nəslə ötürülən xəstəliklərin sayı bir neçə minə çatır. Hər il də yeni – yeni xəstəliklər kəşf olunur. Bu səbəbdən kiminsə orqanizmində bütün bu xəstəlikləri kodlaşdıran genlərin müəyyənləşdirilməsi hətta nəzəri olaraq, belə mümkün deyil. Ona görə də genetika ilə məşğul olan alim, sanki mümkün ola bilən halları seçir. Lakin, buna baxmayaraq, mümkün risk dərəcəsini az – cox bilmək planlaşdırılan hamiləlik üçün, dölün inkişaf səviyyəsini və genotipini aydınlaşdırmaq üçün vacibdir. Genetikada “ümumi populyasiya risqi” kimi bir anlayış var. Həkim – genetik məsləhət zamanı Sizə verə biləcəyi ən ətraflı məlumat bundan ibarət olacaq. Irsi xəstəlikləri olmayan və sağlamlıq vəziyyəti adi olan ailə cutlərinin orta rəqəmini ifadə edən sayda ailələrdə anadangəlmə və ya irsi patologiyaların yaranma risqi mövcuddur. Ümumi populysiya risqinin faizi 5%-dən yuxarı deyil.
Tibbi – genetik məsləhət zamanı istifadə olunan ikinci anlayış – risqin qiymətidir. Risq faizinin böyüklüyündən asılı olmayaraq, onun qiyməti dəyişik ola bilər.
hamilə qadın,ginekologiya,hamiləlik,boylu qadın,
Bir bənzətmə ilə aydınlaşdırmağa çalışaq. Məsələn, Sizin elektrik qatarına gecikmə gümanınızın faizlə ifadəsi 5%-dir. Bu çox kiçik faizdir, həm də bu hadisənin əhəmiyyəti həyat üçün o qədər də böyük deyil. Deməli həm risq faizi, həm də onun qiyməti yüksək deyil. Lakin Sizin uçacağınız təyyarənin qəzaya uğrama risqi 5% olarsa, bu o qədər də kiçik rəqəm deyil, həmçinin, bu hədisənin həyat üçün təhlükəsi böyük olduğu üçün, risqin qiyməti də yüksəlir. Eyni şəkildə genetik xəstəliklərin də yaranma risqinin və bu risqin qiymətinin nisbətini müəyyən etmək olar.
Yaxşı olardı ki, həkim-genetiklə görüşərkən, Sizin aşağıdakı bilgiləriniz olsun. Bu, məsləhətin daha məhsuldar keçməsinə kömək edə bilər:
Qan qohumlarınızın sayı. Valideynlərinizdən və nənə, babalarınızdan neçə nəfər bacı və qardaşlarının, dayı və xalalarının, dayı usaqları, xala uşaqlarının, əmiqızı və əmi oğlanlarının olmasını soruşun. Bu məlumat həm gələcək ananın, həm də gələcək atanın qohumları barədə olmalıdır. Nəsildə olan nə qədər çox qohum əhatə olunarsa, irsiyyətinizinin genetik qiymətləndirilməsi daha dəqiq olar.
Yuxarıda adları çəkilən qohumlardan hər hansında sonsuzluq, ölü uşağın doğulması, 3-dən artıq uşaq düşürmələr, uşaqlarda erkən ölüm, istənilən səbəbdən yaranan əlillik, ağıldan kəmlik, anadangəlmə eybəcərliklər, psixi xəstəliklər və s.
Tibbi sənədləriniz: poliklinikada olan dispanser müşahidə kartı, xəstəxanada yatmısınızsa, xəstəlik tatixindən çıxarılış, arayışlar, mütəxəssislərin verdiyi müayinə nəticələri və s. Bütün bunlar genetik məsləhətin daha obyektiv keçməsinə kömək edəcək.

Siqaret çəkmə, alkohol, dərmanlar və kofein
Hamiləlik dövründə siqaret çəkmə, alkohollu içkilərin qəbulu, dərman və kofein tipli maddələrin qəbulu məhdudlaşdırılmalıdır. Ilk növbədə bu siqaret çəkəməyə aiddir. Siqaret çəkən qadınlar öz körpələrini təhlükələrə məruz qoyurlar. Bundan başqa, əgər hamiləlik zamanı hər hansı bir hadisə baş verərsə, belə qadınlar özlərini təqsirkar bilirlər. Siqaret körpə üçün böyük risqdir, dölün inkişafı ləngiyir, düşük və hamiləliyin donması təhlükəsi yaranır.
Alkoqolun istifadə olunmasının zərəri siqaret çəkmə qədər müəyyən deyil, lakin bu maddənin hansı miqdarda qəbul oluna bilməsi də sual altındadır. Iakin alkoholun qəbul olunmasının da nəticəsi hamiləliyin donması, düşük, dölün inkişafının zəifləməsi, anadangəlmə eybəcərliklər və uşaqda davranış pozulmaları ola bilər.
Siz həftədə bir dəfə təqribən bir badə zəif çaxır içə bilərsiniz. Lakin bu az miqdar tez-tez təkrar olunarsa, bunun dölə ziyanı ola bilər.
Dərman maddələrinin qəbulu da həmçinin, əks göstərişlər siyahısına daxildir. Bir neçə faktorun mənfi təsiri dəqiq olaraq müəyyənləşdirilmişdir, bunlara məxmərək xəstəliyi, dərman maddələrindən talomid və radioaktiv şüalanma aidir. Bütün digər faktor və maddələr də şübhə altındadır. Ona görə də mütləq müraciət etdiyiniz bütün həkimlərə hamilə olduğunuzu söyləməlisiniz. Əgər artıq hər hansı bir dərman maddəsini qəbul edirsinizsə, bu barədə də həkiminizə deməlisiniz, çünki, bəzi maddələrin kombinasiyaları da mənfi təsir göstərə bilər.
Bir sıra maddələr var ki, onlar təhlükəli sayılmasalar da, dölə təsir edə bilərlər. Bu maddələrin başında kofein durur. Gün ərzində qəbul etdiyiniz 8 və daha artıq fincan qəhvə və ya çay, koka-kola düşük təhlükəsi və döldə normadan kənar halların yaranmasına səbəb ola bilər.
 

0 şərh