Düzgün intim gigiyenanın 15 qaydası

Qayda 1 : Hər gün
Minimum gündə bir dəfə yuyunun və hər dəfə yuyunmadan sonra təmiz alt paltarı geyinin. Əgər sizdə menstruasiya dövrüdürsə, sizə bezləri dəyişdiyiniz qədər də (ginekoloqlar bezi hər 3-4 saatdan bir dəyişməyi məsləhət görürlər) yuyunmaq lazımdır.

Qayda 2: Su
Həmişə çalışın axar su altında yuyunasınız. Su axınını cinsiyyət orqanlarına yönəltməklə çalışın ki, su yuxarıdan aşağı axsın, aşağıdan yuxarı vaginaya doğru istiqamətlənməsin. Sprinsləmə (şırınqa) də buraya aiddir. Birdəfəlik yadda saxlayın: sprinsləmə ziyanlıdır.

Qayda 3: Ancaq əllər
Yuyunan zaman ancaq əllərdən istifadə edin: heç bir qubka, maxer təmizləyici və s. olmaz. Bu vasitələr bütün bədənin təmizlənməsi üçün yaxşıdır, lakin cinsiyyət orqanın zərif dərisinə uyğun gəlmirlər.

Qayda 4: Xaricdən, lakin daxildən deyil
Yuyunan zaman çalışın ki, ancaq xaricdən cinsiyyət orqanını yuyasınız: vaginal girişin ətrafı, böyük və balaca cinsiyyət dodaqları, klitor ətrafı zona. Vagina daxilini yumaq lazım deyil – vağına özü özünü, kənar kömək olmadan da təmizləyə bilir. Barmaqları vaginaya salmaqla selikli qişanı zədələmək olar və bu narahatçılıq yaradacaqdır. Bunu etmək lazım deyil.

Qayda 5: İntim gigiyena üçün vasitələr
Hətta su ilə adi yuyunma belə xarici cinsiyyət orqanlarının lazımi şəkildə təmizlənməsinə imkan verir. Lakin, əgər sizə əlavə vasitələrdən istifadə etmək rahat və komfortludursa, onların arasından məhz intim zonalar üçün nəzərdə tutulanları seçin. Heç bir halda duş üçün gel, sabun və ya şampundan istifadə etməyin — bu vasitələrin qələvi PH qarışı vardır ki, onlar qaşınma və iltihab yarada bilərlər. İntim gigiyena üçün vasitəni seçən zaman onun təlimatına diqqət yetirin: həmin vasitələrin müxtəlif yaş qrupları (12 yaşına qədər olan qızlar üçün ayrıdır, qız və qadınlar və 45 yaşdan böyük olan qadınlar üçün də ayrıdırlar) vardır.

Qayda 6: Bir dəqiqədən artıq olmasın
Yuyunmağa adətən 1 dəqiqədən artıq vaxt lazım olmur – cinsiyyət orqanlarının həddən artıq uzun müddətdə yuyulmasına ehtiyac yoxdur. Hətta bundan da artıq: nə qədər uzun müddət ərzində yuyunursansa, mikrofloranı zədələnmək və iltihaba yoluxmaq şansı da bir o qədər yüksəkdir.

Qayda 7: Sizin dəsmalıniz Yaxalandıqdan sonra dərini quru və təmiz dəsmalla silin. Bu ancaq sizin şəxsi dəsmalınız olmalıdır (siz heç bir ailə üzvü ondan istifadə etməməlidir) və bu dəsməlı ancaq siz öz cinsiyyət üzvünüzə işlədin (onunla əlini, üzünü və s. silmək olmaz).



Qayda 8: Alt paltarı
Yaxşı olardı ki, pambıqdan olan keyfiyyətli alt paltarı geyinəsiniz. Sintetik materiallardan olan alt paltarları tez-tez iltihabın səbəbi olurlar. Alt paltarını öz ölçünə uyğun seçin: alt paltarı dəriyə yapışmamalı və ya onu sürtməmlidir. Striinqlərdən imtina edilsə daha yaxşı olar: onlar intim sahələrə normal nəfəs almağa imkan vermir ki, bu da iltihab və qaşınma yarada bilər.

Qayda 9: Gündə 15 dəqiqə
Çalış ki, gündə heç olmasa 15 dəqiqə alt paltarı olmadan gəzəsiniz, daha yaxşısı isə gecə yatan zaman alt paltarını ümumiyyətlə çıxarmaqdır.

Qayda 10: Ayaqyoluna getmək
Ayaqyolu kağızından istifadə edən zaman irəlidən arxaya və ya vaginadan anus dəliyinə doğru silin (qətiyyən əks istiqamətdə olmaz).

Qayda 11: Seks və masturbasiya
Əgər siz fəal cinsi həyat yaşayırsınızsa onda hər dəfə seksdən əvvəl və sonra yaxalanmaq lazımdır. Əgər siz masturbasiya edirsinizsə əllərini hər dəfə bundan əvvəl və sonra yu. Əgər kənar predmetlərdən istifadə edirsinizsə, əmin olun ki, onlar təmizdirlər. Masturbasiyadan sonra yuyunun və yaxud intim gigiyena üçün olan gigiyenik salfetlərdən istifadə edin.

Qayda 12: Bezlər və tamponlar
Menstruasiya zamanı üstünlüyü tamponlara deyil bezlərə verin. Tamponlardan istifadə etmək, bu həqiqətən zəruri olduqda olar (misal üçün, əgər hovuza getməyə hazırlaşırsınızsa), lakin bu 6 saatdan artıq olmalıdır. Heç bir vaxt tamponla yatmağa girmə.

Qayda 13: Gündəlik bezlər
Ginekoloqlar gündəlik bezlərdən istifadə etməyi tövsiyyə etmirlər, belə ki, onlar bakteriyaların çoxalması üçün ideal mühit yaradırlar (bezdə isti və nəmlik olur). Lakin əgər sizə gündəliklərdən istifadə etmək rahatdırsa, onda onları hər 3-4 saatdan bir dəyişin.

Qayda 14: İntim gigiyena üçün salfetlər
Əgər sizi uzun səfər gösləyirsə və səzin yaxalanmaq üçün imkanın olmayacaqsa, özünlə yola intim gigiyena üçün olan xüsusi salfetləri götürün. Siz onları supermarketdə və aptekdə asanlıqla tapa bilərsiniz. Cinsiyyət orqanlarının təmizlənməsi üçün adi salfetlərdən istifadə etməyin: onların uyğun olmayan PH tərkibi vardır və eləcə də spirt tərkibli ola bilərlər.

Qayda 15: Əgər nəsə yolunda getmirsə…
Əgər sizdə qaşınma, xoşagəlmz iy və ya qeyri adi rənglə (sarı, yaşılı) olan ifrazatlar, quruluq, diskomfort varsa – gözləməyın ki, onlar özü özünə keçib gedəcək. Ginekoloqa müraciət edin.

0 şərh