Klimaks zamanı qadın hamilə qala bilərmi?

Klimaks sözü yunan dilindən «pillə» kimi tərcümə olunur. Bu hər qadının həyatında olan bir pillə, bir dövrdür.

Klimaks orta hesabla 45-50 yaşlarda başlayır. Güclü streslər, bəzi dərmanların qəbulu, bəzi cinsiyyət sistemi xəstəlikləri və patologilayarı, ağır sosial-məişət şərait, irsiyyət və bəzi digər amillər klimaksı tezləşdirə bilər. Statistika göstərir ki, siqaret çəkən qadınlarda klimaks 2 il daha tez başlayır.

Hamiləliyin baş tutması üçün əsas 2 şərt lazımdır — follikulların yetişməsi və ovulyasiya. Bu proseslər qadın orqanizmində müəyyən hormonların təsirindən baş verir. Menstrual dövrünün əvvəlində yumurtalıqda follikul (qadın cinsi hüceyrə) yetişməyə başlayır, dövrün ortalarında böyümüş follikul yumurtalıqdan çıxır və uşaqlıq borusuna düşür. Əgər burada follikulu spermatozoidlər gözləyirsə, mayalanma baş verir. Bu hamiləliyin başlanğıcıdır.

Klimaks zamanı qadın orqanizmində ciddi hormonal dəyişikliklər baş verir ki, follikulların yetişməsi prosesi və ovulyasiya tədricən daha gec-gec baş verir, daha sonra isə tam dayanır. Nəticədə klimaks dövründə olan qadınlarda menstruasiyalar da daha gec-gec olur, tədricən yox olurlar.

Ginekologiyada belə hesab olunur ki, sonuncu menstruasiyadan sonra 1 il keçibsə, qadın artıq sonsuz sayıla bilər və bu qadında hamiləlik ehtimalı demək olar 0 bəqabərdir. Lakin son menstruasiyadan sonra 1 il ərzində arzuedilməz hamiləlikdən qorunmaq lazımdır ki, bu müddət ərzində menstruasiyalar olmasa da ovulyasiya baş verə bilər ki, qadın hamilə qala bilər.

saglamolun.az 
 
loading...

0 şərh