Yumurtalıqların zədələnməsi

Həkimlər qadınlarda zədələnmiş yumurtalıqlar və onların fəsadlarını aradan qaldırmaq üçün 7 fakt üzərində araşdırma aparıblar. Məlum olub ki, 7 fakt risk zonasına daxildir.

Yaş böyük olduqca risk də bir o qədər daha aşağı olur
Zədələnmiş yumurtalıq xüsusilə cinsiyyət yaşı keçməmiş qadınlar arasında daha çox yayılıb. Əgər siz klimaks dövrünə keçmisinizsə, bu riskdən kifayət qədər uzaqdasız. Gənc və aktiv həyat tərzi keçirən, elastik bədən quruluşuna sahib qadınlarda hərəkət zamanı yumurtalıqların yerdəyişməsi və hormonal fonun dəyişikliyi baş verə bilir. Əgər sizdə kista və şiş yoxdursa, sizin yumurtalıqlarınızda bu, çox az müşahidə edilə bilər. Bu diaqnoz hətta ana bətnində olarkən belə müəyyənləşdirilə bilir.

Yumurtalıqda olan kistanın burulması nəticəsində burada normal qan dövranı pozulur, iltihab və nekroz (toxumaların məhv olması) inkişaf etməyə başlayır. Beləliklə, qadında güclü ağrılar əmələ gəlir. Belə patologiyanın nəticəsində qadında çox güclü və təhlükəli iltihab — peritonit (qarın boşluğunun iç qatının iltihabı) inkişaf edə bilər. Peritonit xəstəliyi zamanı ölüm riski 80%-dir. Və bu peritonit yalnız cərrahiyyə yolu ilə müalicə oluna bilir.

Yumurtalığın burulması zamanı müşahidə edilən güclü ağrılar isə güclü fiziki gərginlik nəticəsində inkişaf edir. Belə pozulma tez-tez azyaşlı qız uşaqlarında da olur. Bundan əlavə, risk qrupuna ovulyasiyanı stimullaşdıran preparatları qəbul edən qadınlar, hamilə qadınlar, yumurtalıqların patoloji böyüməsi olan qadınlar da daxildir.

Yumurtalığın burulmasının əsas simptomları: yumurtalıq nahiyəsində kəskin ağrılar, aşağı ətrafa yansıyan sancılar, ürəkbulanması, qusma, zədələnmiş yumurtalığın ölçülərinin böyüməsi və s. Təcili cərrahiyyə müdaxilə olunduqda, yumurtalığı adətən xilas etmək mümkün olur. Lakin tibbi kömək vaxtında göstərilməzsə, yumurtalıq məhv ola bilər. Bu halda yumurtalıq xaric olunmalıdır.Bu isə daha ciddi qadın xəstəliklərinin yaranmasına səbəb ola bilir.



Hərçənd belə vəziyyətlərdə qadınlarda yumurtalıqda kistaların, şişlərin olması daha çox rast gəlinir. Kista yumurtalıqların ölçüsünün və çəkisinin normadan artıq olmasına səbəb olur ki, bu da qeyri-müntəzəm irəliləyir. Həkimlər bu xəstəliyi polikistoz yumurtalıq sindromu adlandırırlar (PKYS). PKYS zamanı zamanı yumurtalıqlarda çoxlu sayda xırda-xırda köpükcüklər əmələ gəlir ki, onları kista adlandırırlar. Həmin köpükcüklərin hesabına yumurtalıqların həcmi böyüyür. Yumurtalıqların polikistozu zamanı onların işi pozulur (yumurtalıq hüceyrələrinin çıxarılması) və hormonal tarazlığın pozulması səbəbindən qeyri-mütəmadi menstrual tsikl müşahidə edilir. Əgər hormonal həblərlə müalicə heç bir fayda verməmişdirsə, onda sizə laparoskopiya təyin edilə bilər. Laparoskopiya qeyri-adi əməliyyatdır, belə ki, onun keçirilməsi zamanı cərrah dərini kəsmir, sadəcə dəridə dəliklər açaraq bütün manupilyasiyaları aparır. Əməliyyatdan sonra dəliklər tezliklə sağalır və laparoskopiya zamanı kəskinləşmə ehtimalı olduqca azdır. Laparoskopiyanı ümumi narkoz altında edirlər. Qadınlara əməliyyatın keçirilməsindən 8-12 saat sonra artıq ayağa qalxmağa icazə verirlər, xəstəxananı isə 1-2 gün sonra tərk edə bilərsiniz.

Sonsuzluğun müalicəsi daha təhlükəli olur, nəinki hamiləlik
Nəzərdə tutulmuş dərmanlar sizə hamilə olmağa kömək etmək üçün, yumurtalıqların ölçüsünü artıra bilər və daha böyük yumurtalıqlar ən çox burulmuş olur. Yumurtalıqların burulma riskini minimuma endirmək məqsədilə həkimlər qadınlara idmanla məşğul olmağı tövsiyə edirlər. Amma tramplində tullanmaq olmaz. Məsləhət görülən idmanlar arasında tullanma hərəkətləri olmamalıdır. Məsələn, yoqa olar, amma kapoeyra olmaz.

Hamiləliyin qarşısını alan həblərin isə əlavə üstünlükləri var
Hamiləlik əleyhinə qəbul etdiyiniz dərman preparatları orqanizmdə xərçəng xəstəliyinin yaranma riskini azaldır, eləcə də dərinizin təmizlənməsinə kömək edir. Hormonal problemlərin yaranmasının qarşısını alan dərmanlar həm də yumurtalıq burulması riskini də aşağı salır.

Uzunluq məna kəsb edir
Bilirsiz bəzi insanlarda barmaqların uzunluğunun normadan qısa və ya uzun olmasının səbəbi nədir? Bu ölçülərin dəyişilməsi fallop boruları ilə əlaqədardır. Çox uzun fallopievaya boru yumurtalığı burmaya daha (daha çox) meylli edə bilər.

Yumurtalıq burulmasında «yaxşı» tərəf mövcud deyil
Əksər hallarda yumurtalıq burulmaları sağ tərəfdə müşahidə edilir. Sağ tərəfdə müşahidə edilən ağrılar isə birbaşa appendisit ilə əlaqələndirilərək cərraha yönləndirilir. Lakin bu heç də hər zaman belə olmur. Bir neçə mütəxəssisə müraciət etməniz tövsiyə edilir.

Könül Cəfərli

0 şərh