Donmuş hamiləlik

İnkişafdan qalmış, yaxud donmuş hamiləlik hamiləliyin sona çatdırılmamasının bir növüdür.
Mayalanmadan sonra embrion uşaqlığa çatır və daxili qişaya yapışır – implantasiya olunur. Ancaq müəyyən müddətdən sonra onun inkişafı dayanır.

Belə döl yumurtası uşaqlıq daxilində parçalanır və qana sorulur, bu isə ananın zəhərlənməsinə səbəb olur. 4 həftədən çox davam etdikdə bu hal ananın sağlamlığı, hətta həyatı üçün təhlükə yaradır.

Donmuş hamiləlik dəqiqləşərsə özbaşına dölsalmanı gözləmək olmaz. Döl və onun bütün qişaları uşaqlıq daxilindən xaric edilməlidir.

Donmuş hamiləliyin, yaxud inkişafdan qalmış hamiləliklərin səbəbləri hələ tam məlum deyil. Səbəblərdəb biri uşaqda olan ciddi genetik pozğunluq ola bilər. Digər səbəblər qadın cinsiyyət orqanlarının infeksion xəstəlikləri, alkoqollu içkilərin qəbulu, siqaret, narkotik maddələrin qəbulu, zərərli ekoloji şərait ola bilər.

İnkişaf etməyən hamiləlik ultrasəs müayinə zamanı aşkar edilir.
 

0 şərh