Hamiləlikdə epilyasiya

Arzuolunmaz tüklər əsasən də üzdə olanlar qadınların ən böyük problemlərindən biridir. Artıq tüklərdən qurtulmaq üçün bir çox üsullar mövcuddur. Bu tüklərdən qurtulmaq üçün bir neçə üsul vardır. Onlardan ən müasiri və qalıcı olanı epilyasiyadır.

EpilyasiiyaBu üsulların hamiləlikdən öncə və ya hamiləlik zamanı istifadəsi narahatçılığa səbəb olur və hamiləlik zamanı istifadəsinin nə dərəcədə ziyansız olması sualı hamilələri düşündürür.

Lazer epilyasiyası
Lazer (Laser) işıq enerjisi istifadə olunan bir üsuldur. Ortaya çıxan elektromaqnit dalğalar rentgendə istifadə olunan X şüalarından fərqlidir və toxuma içərisində irəliləmə xüsusiyyəti yoxdur. İşıq sadəcə prosedura edildiyi sahəyə, məsələn üzə təsir edir və təsir sahəsi sadəcə bir neçə millimetrdir. Buna bənzər radio dalğaları ilə çalışan epilyasiya sistemlərində də döl ilə əlaqəli bir bilinən risk yoxdur. Bu cihazlar x şüaları ilə çalışan rentgen cihazlarına görə çox aşağı frekans və enerjidə radiasiya ilə çalışmaqdadır. Bundan daha önəmlisi isə ionizəedici xüsusiyyətinin olmamasıdır. Prosedura bitdikdə ortada radiasiya da qalmaz. Bu səbəblə də hamiləlikdə istifadəsi ilə əlaqədar risk yoxdur.



Fotoepilyasiya
Epilyasiyanın bir növü də fotoepilyasiyadır. Burada dəri içinə yerləşdirilən kiçik və incə bir iynə köməyi ilə elektrik axımı verilərək tük kökü qıcıqlandırılır. Fotoepilyasiya 100 ildən artıqdır ki istifadə olunan bir üsuldur və bugünə qədər hamilələrdə mənfi təsiri olmamışdır. Bununla bərabər süd vəzi giləsi ətrafındakı tükləri hamiləliyin son mərhələsində fotoepilyasiya edilməsi məsləhət görülmür. Həmçinin son 3 aya girdikdə qarın üzərindəki tüklər üçün də fotoepilasiya məsləhət deyil.

Bunun səbəbi dölə olan təsir deyildir. Səbəb bu vaxtlarda qarın dərisinin olduqca həssas olmasıdır. Həmçinin bu proses zamanı dölün hərəkətlərinin artması və anada olan ağrı hissiyyatı hamiləni narahat edə bilər. Fotoepilyasiya mütləq gigiyena və sterilizasiya qaydalarına uyğun yerdə edilməlidir. Əks halda infeksiya riski vardır. Son olaraq arzuolunmaz tüklər hər qadının olduğu kimi hamilələrin də önəmli problemlərindən biridir. Çox hamilə qadın hamiləlik hormonlarının da təsiri ilə artan bu tüklənmədən narahatlıq duyur.

Doğuşdan sonra bu tüklərin böyük bir qismi özbaşına yox olacaqdır. Bu səbəbdən də epilyasiya proseduralarının doğumdan sonra edilməsi daha doğru seçimdir, bununla birgə lazer və fotoepilyasiya kimi modern epilyasiya növlərinin dölə heçbir ziyanlı təsiri yoxdur.

Dr. Rəşad Sultan
 

0 şərh