Aybaşı ola-ola hamilə qalmaq mümkünmüdür?

Bu sual bir çox qadınları narahat edir. Çünki əksər hallarda uşaq sahibi olmaq istəməyən qadınlar aybaşı olduqda rahat nəfəs alırlar. Bəzi hallarda isə bu əksinə olur. Yəni qadında aybaşı tsikli normal baş verir, amma hamiləlik də baş verir. Bəs bu necə olur və nə ilə əlaqədardır? Bu normal sayılırmı?

Əgər hamiləlik testi müsbət çıxmışsa və qadında aybaşı baş verirsə bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu döldə baş verən patoloji hal və qanaxma ola bilər. Bəzi hallarda isə baş verən qanaxmalar qadın cinsiyyət üzvlərində baş verən müxtəlif səbəblərdən yaranır.

Hamiləliyin ilk aylarında baş verən qanaxmalar isə uşağın həyatı üçün təhlükəli hesab edilir. Bu zaman ağrı, iltihabi proseslər vəziyyəti daha da çətinləşdirir. Buna görə də mütləq ginekoloqa müraciət etmək lazımdır.

Hamiləlik zamanı aybaşının baş verməsi mümkündür, amma bu normal hal hesab edilmir. Çünki hamiləlik zamanı qanaxmanın olması qadının reproduktiv sistemində problem olmasının göstəricisidir.

0 şərh