Polip nədir?

Polip-usaqliq boşluğunda yerləşən xoşxassəli törəmədir. Vəzili,adenomatoz,fíbroz ve vəzili-fíbroz ola bilər. Ən qorxulu sayılan adenomatoz polipdir, çünki xərçəngə çevrilmə ehtimalı yüksəkdir. Lakin əsasən yaşlı qadınlarda menopauza dövründə rast gəlinir. Cavan qadınlarda isə adətən vəzili polip rast gəlinir,hormonal pozuntularla müşahidə olunur və sonsuzluğun səbəbi sayılır.

Səbəblər:
  • — hormonal pozuntular (estrogenlərin artması və progesteronun çatışmazlığı);polip nədir
  • — uşaqlıq boşluğunun travmaları (abortlar,diaqnostik qaşimalar,spiralın uzunmüddətli saxlanması);
  • — düşüklər,ciftin aradan tam qaldırılmaması(uşaqlıq boşluğunda qalmış qan laxtaları birləşdirici toxumaya çevrilərək polip yaradır);
  • -endokrinoloji pozuntular və ekstragenital xəstəliklər(şəkərli diabet, piylənmə, hipertoniya,qalxanabənzər vəzin xəstəlikləri);
  • — psixoloji faktorlar (stresslər, depressiyalar);
  • — kiçik çanaq orqanlarının xroniki iltihabi xəstəliklər;
  • — müqavimətin zəifləməsi. Usm zamanı polip aşkarlandıqda mütləq şəkildə histeroskopiya və götürülmüş polipin histoloji müayinəsi keçirilməlidir.
  
Müəllif: Ginekoloq həkim Gülzar Qasımova
Mənbə: azadqadin.az

0 şərh