Hamiləlikdə toksoplazmoz

Toksoplazmozun insan bədənində olmasını dəqiqləşdirmək üçün qan analizi verilməlidir, qanda İgG və İgM imunoqlobulinlərinə diqqət yetirilməlidir. Əgər İgG normadan çoxdursa, bu o deməkdir ki, toksoplazmoz nə vaxtsa insan bədənində olub, yəni bu qorxulu deyil. Əgər İgM normadan çox olursa, deməli toksoplazmoz təzə yoluxub müalicə olunmalıdır, əks təqdirdə qorxulu ola bilər. Ümumiyyətlə əgər yeni ailə qurulubsa bu analizləri verməli, belə deyək — bədənlərini tam təmizləməli, ondan sonra uşaq haqqında fikirləşməlidirlər. Yaxşı olar hamiləlikdən əvvəl immunitet artıran vasitələrdən istifadə edilsin. Hər gün 2 saat səhər saat 8-ə qədər axşam saat 18-dən sonra açıq havada olsun, unutmaq olmaz ki. D vitamini immun sisteminin güclənməsində aktiv rol oynayır. Hamiləlikdən əvvəl belə bir məcun yeyilməsi olduqca yaxşıdır, bu məcun həm immuniteti yüksəldir, həm bədənin minerallara olan tələbatını ödəyir, həm qan azlığını aradan qaldırır, həm də bu məcunu yedikdən sonra hamiləlik zamanı ürəkbulanmalar, qusmalar azalır.
Məcunun tərkibi belədir:
  • Zəncəfil kökü tozu — 40 qram
  • Ud hindi kökü tozu — 50 qram
  • Qarazirə toxumu tozu — 50 qram
  • Sarıkök kökü tozu — 40 qram
  • Zəyərək kökü tozu — 50 qram
  • Bal — 1 kq
Deməli bitkilərin hamısı quru vəziyyətdə qəhvədöyəndə üyüdülməli, bal ilə qarışdırılımalı, sonra gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 dolu çay qaşığı yeyilməlidir. Məcunu 1 çay qaşığı 1 stəkan ilıq suyada qarışdırıb içə bilərsiniz. Xatırladım ki, bu məcunu hamiləlikdən əvvəl yemək lazımdır. Əgər hamiləlik vaxtı İgM yüksəlibsə, deməli hamiləlik zamanı qadın toksoplazmoza tutulmuşdur. Ümumiyyətlə toksplazmoz ən çoxu evdə saxlanılan pişikdən, Itdən, evdə yaşayan siçanlardan, yuyulmamış meyvə — tərəvəzlərdən keçə bilər. Toksoplazmoz zamanı ürəkbulanma, halsızlıq, yorğunluq bəzi nahiyyələrdə vəzilərin böyüməsi, əzələrdə qüvvətsizlik kimi hallar ola bilər. Toksoplazmoz halının uzun çəkməsi bədəndə tənbəllik göbələklərinin əmələ gəlməsinə səbəb olurki. Bundan sonra vəziyyət daha da ağırlaşır. Hamiləlikdən əvvəl kürəkdən 6, beldən 4 ədəd həcəmət edilməsidə saydığım bu əlamətlərin aradan qalxmasına ümumi aktivliyin yüksəlməsinə səbəb olur. Toksoplazmoz ona görə hamilələr üçün qorxuludurki, törədicilər yəni ibtidailər cift baryerini keçə bilirlər və uşağın düşməsinə səbəb ola bilirlər. Hamiləlik zamanı da toksoplazmoza tutulma baş vermişdirsə hamiləliyə ziyan gətirməyən üsullarla qoruna bilərsiniz. Məsələn gündə 3 dəfə yarım çay qaşığı zəncəfil tozunu ağıza atıb üstdən 1 stəkan su içə bilərsiniz, bu müalicəni 10 gün edib 20 gün fasilə verib yenə təkrar edə bilərsiniz. Və ya hər axşam 1 stəkan südə 1 diş sarımsaq 1 çay qaşığı balqabaq toxumunu tozunu qarışdırıb içə bilərsiniz. Xatırladım ki, bu qarışımı bütün hamiləlik zamanı da edə bilərsiniz. Təzə zəncəfil çayının içilməsi həm toksoplazmozu aradan qaldırır, həm də ürəkbulanmaları aradan qaldırır.
Dəmləməmiz belədir barmaq boyda təzə zəncəfili soyub qəpik kimi nazik-nazik doğrayıb 3 stəkan su tutuan termosda dəmləyib gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 stəkan içilməlidir. Təzə zəncəfili belədə edə bilərsiniz, deməli təzə zəncəfili sürtgəcdən keçirib soyuducuya qoyun, gündə içdiyiniz təbii şirələrin hər stəkanına 1 çay qaşığı sürtgəcdən keçirilmiş zəncəfil qarışdırıb içə bilərsiniz.
Sonda xatırladım ki, hamiləlik zamanı gün ərzində 11-15 ədəd xurma yeyilməsi dölün düşməsinin qarşısını alr, doğuşun rahat keçməsinə səbəb olur, doğuşdan sonra uşaqlığın tez yığılmasına səbəb olur. Xurmanın özündə də toksoplazma törədicilərinə qarşı faydalar vardır. Sonda Allah hamıya saleh və sağlam övlad nəsib etsin.
 
Amin!
 


Mənbə: fizulihuseynov.com

0 şərh