Həyatında kişi olmayan qadınlarda hansi xəstəliklər ola bilər

Zərif cinsin nümayəndələri müəyyən bir yaşdan sonra bəzi qadın xəstəliklərdən əziyyət çəkirlər. Bu xəstəliklər siyahısına vaginal axıntı, sistit, mioma və ən əsası sonsuzluq daxildir. Bəs bu xəstəliklərin başlıca səbəbləri nələrdir?
Normal seks həyatı olmayan qadınların yaşadıqları cinsi xəstəlikləri təqdim edirik:
Vaginal axıntı əsasən yetkinlik dövründə və infeksiya ilə bağlı olur. İnfeksiyaya bağlı axıntılar bakteriyel vajinozis, trikomonas deyilən və bir qisimi cinsi yolla keçən infeksiyalar səbəbi ilə meydana gəlir. Pis qoxulu, süd kəsiyi görünüşlü, tünd rəngli və ya qaşıntı ilə birlikdə görülən bu cür axıntılara səbəb olan infeksiyalar müalicə edilmədiyi təqdirdə irəliləyən illərdə artıma orqanlarında yapışıqlıq, tıxanma ya da xarici hamiləlik kimi problemlər ortaya çıxa bilir. İnfeksiyaların müalicələri ağız yoluyla alınan antibiotiklər və vaginal həblərlə edilir.
qadın xəstəlikləri
Sistit infeksiya nəticəsində sidik kisəsinin iltihabı deməkdir. Sistit ciddi narahatlıq yaradan problemdir. Bəs sistitə səbəb olan amillər nələrdir?
Ümumi tualet, ya da sintetik parçadan hazırlandığı üçün əslində bakteriya yuvası olan alt paltarı sistitə səbəb ola bilər.  Sistitə gətirib çıxaran digər səbəblər isə cinsi əlaqə zamanı və ya genital bölgədə təmizliyin lazımi səviyyədə olmamağı, sidiyin uzun müddət saxlanılması və sidik yollarını daraldan xəstəliklər.
Qadınlar ən çox əziyyət çəkdiyi bir problem miomadır.
Mioma uşaqlığın hormonlardan asılı olan xoşxassəli şişi olub, qadın cinsiyyət üzvlərinin ən çox yayılmış şiş xəstəliklərindən biridir. Miomanın əmələ gəlməsinə, uşaqlığın və onun artımlarının kəskin və xroniki xəstəlikləri, yumurtalıqların kistası və kistomaları, abortlar (süni uşaqsalmalar) və digər bu kimi patoloji hallar təkan verə (aktivləşdirə) bilər. Məhz buna görə mövcud olan ginekoloji xəstəliklərin vaxtında aşkar edilərək müalicə olunması çox vacib hesab edilir. Miomanın inkişafına piylənmə də təkan verə bilər. Çünki qadınlarda olan piy toxumasının özü də qadın cinsi hormonları hazırlamaq qabiliyyətinə malikdir. Amma bir də bunu deyirlər ki, qadında cinsi azlıq olduqda da mioma əmələ gələ bilər. Yəni mioma əsasən yoldaşı olmayan və normal seks həyatı olmayan qadınlarda olur.
Sonsuzluğun yaranma səbəbləri isə bunlardır. Həyat şərtlərinin dəyişməsi ilə yaranan hormonal balanssızlıqlar, cinsi yolla keçən xəstəliklərin və endometriozis xəstəliyinin artması, xəstələrin ictimai həyat səbəbi ilə geç hamilə qalmaq istəməsi, hamiləliklə əlaqədar mənfiliklərin yığılmasına və hamiləliyin meydana gəlməməsinə səbəb ola bilir. Digər yandan hamiləliyin meydana gəlməsi üçün müəyyən bir müddətin keçməsi lazımdır.
Sağlam cütlüklərin 25% yumurtlama dövründə hamilə qalır. Bir ilin sonunda hamiləlik meydana gəlmədisə, ediləcək üç təməl test var: Kişinin sperma ölçümü,  iç yoxlaması və hormon testləri. Bu testlərin nəticələrindən əldə edilən məlumatlara görə müalicə planlanır. Yumurtlama planlanıb, uyğun zamanda əlaqəyə girmə, spermanın rəhm içinə qoyulması (peyvənd etmə) ya da yumurta və spermanın çöldə birləşdirilməsi (balon körpə) üsulu ilə müalicə edilir.
Həkimlərimiz qadınların balaca bir soyuq dəymədə belə həkimə getmələrini məsləhət görür. Çünki hər bir problemin üstünə tez düşsək daha rahat və tez həll etmiş olarıq. Gecikməmiş xəstəliklərinizin üstünə düşün. Müayinələrdən keçin. 
 
Mənbə: a24.az
 

0 şərh