Vaxtından əvvəl doğuş və infeksiyalar

Adətən hamiləlik 280 gün davam edir. Vaxtında doğuş dedikdə 37-41 ci həftə nəzərdə tutulur. Vaxtından əvvəl doğuş dedikdə isə 28-37-ci həftələr nəzərdə tutulur. Vaxtından əvvəl doğuşun səbəbi müxtəlif olur.Məsələn: infeksiya, endokrin pozulmalar, infantilizm, döllə ana arasında qanın izoantigen uyğunsuzluğu, çoxdöllük, ağır hestoz, ürək-damar xəstəlikləri və s. Mikroblar da döldə olanda anaya və körpəyə ziyan verir.

Ən əsas mikroblar və fəsadları
T-toksoplazma(toxoplasmosis)
O-digər infeksiyalar (others)
R-qizilca (rubella)
C-sitomeqalovirus (cytomegalovirus)
H-herpes (herpes simplex virus)

Toksoplazmoz-əgər 12-ci həftədən döldə varsa, ölümə səbə ola bilər. Çox nadir hallarda körpə sağ qalır. Həm də sinir sisteminin və beynin zədələnməsiə səbəb olur.

Bu kompleksdə digər(other) infeksiyalar bölümünə Hepatit B,Hepatit C,Sifilis,Xlamidiya,Qonokok infeksiyalar,Listerioz və son zamanlarda HİV infeksiyada daxil olmuşdur.

Rubella (Məxmərək)-hava və damcı yolu ilə keçir. Ürəyi, gözü, siniri zədələyir. Qızılcaya yoluxmamağın proflaktik hec bir tədbiri olmadığı üçün hamiləliyi planlaşdıran qadın peyvənd olunmalıdır. Müasir vaksinlər 100% effektiv olub,peyvənddən sonra tempraturun bir az artmasına və inyeksiya yerində qızarıqlığa səbəb olur. Vaksinlərdən sonra yaranan immunitet 20 il davamlıdır.

Sitomoqolovirus-ən geniş yayılmış virusdur. Cinsi əlaqə zamanı yarana bilər. Həm də ana südü ilə keçə bilər. Karlıq, əqli zəiflik, iflic, nitqdə qüsurluq yaradır.

Herpes — Herpes hava damcı və cinsi yolla bulaşır. Həmçinin anadan dölə plasenta vasitəsilə keçə bilər. Xroniki prosesdə hər iki tip sadəcə dəri və selikli qişaların deyil həmcinin mərkəzi sinir sisteminin,gözün və daxili orqanlarında zədələnməsinə səbəb olur. Herpesle hamiləlikdə əsasəndə dölün orqan və toxumalarının əmələ gəldiyi mərhələdə ilkin yoluxma döl üçün ölümlə nəticələnir. Əgər ana genital herpeslə hamiləliyin ikinci trimestrində yoluxarsa anadangəlmə anomaliyalardan-mikrosefaliyanın,ürək qüsurlarının,anadangəlmə virus pnevmoniyasının riski artır. Hətta erkən doğuş ehtimalıda yaranır. Uşaq herpeslə sadəcə ana bətnində deyil eyni zamanda doğuşdada yoluxa bilər. Bu o zaman baş verirki,qizartılar uşaqlıq boynunda yerləşir. Əgər hamilə qadın doğuşa 4 həftə qalmış herpeslə yoluxarsa o zaman doğuş keysəriyə əməliyyatı ilə aparılır. Hamiləliyi planlaşdıran qadında əvvəlcədən herpes müəyyən olunubsa gələcəkdə ananı və körpəni narahat etməməsi üçün müalicə tətbiq olunur. Ehtiyac olarsa müalicə hamiləlik müddətindədə davam etdirilir.

0 şərh