Uşaqlığın mioması

Uşaqlığın mioması - 30 yaşından yuxarı qadınların 20-50%-də rast gəlinən və uşaqlığın əzələ qişasından inkişaf edən xoşxassəli şişdir. Mioma çox vaxt uzunmüddətli və çoxlu qanaxmalarla (aybaşı qanaxmaları kimi)  müşayiət olunur və nəticədə də ikincili qanaxma əmələ gətirir. Uşaqlıq miomasının proqressiv inkişafı, anemiyanın inkişafı və menapauza zamanı qanaxmanın olması bədxassəli şişin yaranma riskini artırır.
Miomanın
inkişafı çox vaxt hormonal pozğunluqlar nəticəsində meydana çıxır və uşaqlığın əzələ divarında bir ya bir neçə düyünün əmələ gəlməsinə səbəb olur. Düyünlərin ölçüsünü ginekoloqlar həftə ilə ölçürlər. Əksərən, miomaların orta ölçüsü 3 sm-dir, lakin çox böyük ölçülü miomalara da rast gəlinir, məsələn 6-7 aylıq hamiləlik vaxtındakı ölçü qədər. Miomalar tək və çoxsaylı olur, amma hər zaman ölçülərinə görə, bir düyün dominantlıq təşkil edir.

Miomanın səbəbləri kimi əksər hallarda hormonal pozğunluqlar, çoxsaylı abortlar, irsi meyllilik,  ekologiyanın pisləşməsi, cinsi orqanlarda hər hansı iltihabi xəstəlik, ağır keçən doğuşlar, UDS (uşaqlıqdaxili spirallar) göstərilir.

Yerləşməsinə görə, miomalar bu cür klassifikasiyalaşır: seroz qişanın altında yerləşən miomalar, yəni uşaqlıqdan kənar, ən çox yayılmış forma: uşaqlığın əzələsində yerləşən, mukoz təbəqənin altında yerləşən və uşaqlığın daxilinə doğru inkişaf edən və ən çox ağırlaşmalara səbəb olan forma

Miomanın diaqnostikası və müalicəsi :mioma əksər vaxtlarda qadınlarda USM müayinəsi zamanı aşkara çıxır, bəzən diaqnozu dəqiqləşdirmək üçün MRT müayinəsindən də istifadə olur.

25% hallarda mioma aşağıdakı ağırlaşmalara gətirib çıxara bilər:

  • Xroniki uroginekoloji iltihabi proseslər
  • Cinsi əlaqə zamanı ağrının olması
  • Qəbizlik
  • Mədə-bağırsaq traktında diskomfort və meteorizm (köp)
  • Sidiyi saxlaya bilməmək
  • Uzunmüddətli və çoxlu miqdarda qanaxma ilə müşayiət olunan aybaşı
  • Qarında ağrılar

Müalicədə müxtəlif metodlardan istifadə olunur. Adi müalicəvi metodlara gəldikdə isə burada əsasən, ən son hormonal terapiya tətbiq olunur, o da öz növbəsində immun sistemin funksiyasını tənzim edir. Müalicə effekt verdikdə şişin ölçülərinin xeyli kiçildiyi görünür. Əgər miomanın ölçüləri xeyli böyükdürsə və yuxarıda göstərilən əlamətlər qeyd olunursa, o zaman cərrahi əməliyyat keçirilir və nəticədə ya şişin özü, ya da  şişlə birlikdə uşaqlıq özü də amputasiya olunur. Bu zaman əməliyyat növü kimi ya laparoskopik metod ya da adi kəsiklə cərrahi əməliyyat aparılır.

Miomanın çox effektli müalicə növlərindən biri də uşaqlıq arteriyalarının  embolizasiyasıdır(kateterizasiya metodu vasitəsilə miomanın sorulması), bu müalicə üstünlüyü ondadır ki, həm uşaqlıq amputasiya olunmur və həm də xəstə yenidən dünyaya uşaq  gətirə bilir. Əməliyyat spinal anesteziya vasitəsilə aparılır və heç bir cərrahi kəsik və çapıq yeri qalmır. Ağırlaşmış miomanın profilaktikasında əsas yeri davamlı  ginekoloji müayinələr  tutur.

1 şərh

Zeyneb_Ehmedova

Miomanın əmələ gəlməsi haqda daha geniş ətraflı demək istərdim.Uşaqlıq mioması xoşxassəli şiş olub,əzələ toxumasından əmələ gəlirƏmələ gəlmə səbəbi hələ dəqiq məlum deyil.Müəyyən edilmişdir ki,onlar əzələ toxumalarının dishormonal hiperplaiyası nəticəsində əmələ gəlir,çox vaxt hormonal pozğunluqlarda, cinsi hormonların balansının pozulması ilə müşayət edilir.Uşaqlığın mioma düyünləri nadir halda tək, əksər halda çox olur 2-3dən 20-yə qədər.


Və qanaxmaya aiddə əlavə etmək istərdim.Qanaxma atsiklik xarakter daşıya bilər (metrorragiya). Bu selikli qişanın nekrozu ilə əlaqədar olaraq selikaltı düyünlərdə müşahidə edilir və əsasən uşaqlıq boynunun daxili dəliyin aşağı qütbündə müşahidə edilir.Qanaxma uzun sürür hər ay çoxlu qan itirmə nəticəsində azqanlılıq əmələ gələ bilər.Belə xəstələr özlərini pis hiss edir, iş qabiliyyətinin aşağı düşməsindən baş ağrılarından,baş gicəllənmədən, təngnəfəslikdən,ürəkdöyünmədən şikayət edirlər