Zahı qadınlar

Doğuşlar, bir qayda olaraq, mamaçası olan stasionarda (doğum evində, xəstəxananın doğum şöbəsində, kolxoz doğum evində) keçir. Doğumlar mamaça gələnə qədər başlayırsa, təxirəsalınmaz ilk yardım, aseptika və antiseptika qaydalarına ciddi surətdə əməl edilməklə, tibb bacısı tərəfindən göstərilmişdir.
Birinci dövr (açılma dövrü). Tibb bacısı zahı qadın üzərində müşahidə aparmalı: onun temperaturunu, nəbzini ölçməli, sidik kisəsinin vaxtlı-vaxtında boşaldılmasına fikir verməlidir. Siyimə və defekasiyadan sonra cinsiyyət üzvü qaynanmış su ilə yuyulmalıdır.
İkinci dövr (kənaretmə dövrü). Zahı qadının gücənmələri başlanır və aralıq sahəsi köpməyə başlayır. Bu vaxt zahı qadın bədəninin yuxarı yarım hissəsi bir qədər qalxmış halda arxası üstə uzanmalıdır. O qıçlarını diz və bud-çanaq oynaqlarında bükməli, pəncə və dabanları ilə çarpayıya söykənməli və əlləri ilə çarpayının kənarından yapışmalıdır. Çənəaltını döşə sıxaraq defekasiya zamanı olduğu kimi gücənməlidir. Sancı tutmaları olmadıqda da uşağın başı cinsiyyət yarığında görünürsə, deməli doğum başlayır. Bu zaman aralığın cırılmaması üçün başın çox tez çıxmasına yol verilməməlidir. Tibb bacısı uşağın ənsəsini cinsiyyət üzvü yarığından çıxdığını yanlardan isə — əmcək qabaqcıqlarını ovcunda hiss edən kimi körpənin başını çıxarmağa başlayır.
Üçüncü dövrdə (doğumdan sonra) tibb bacısı həmişə köməyə hazır vəziyyətdə zahı qadının yanında olmalıdır. Bu zaman o zahı qadının vəziyyətinə fikir verərək (onun nəbzini yoxlamaqla) tutmaların baş verməsinə, uşaqlığın formasının dəyişilməsinə, onun dibinin hündürlük vəziyyətinə (hansı hündürlükdə olmasına) fikir verməlidir.
Uşaqlığa əl vurmaq olmaz, çünki uşaqlığın hər cür mexaniki qıcıqlanması doğumdan sonrakı dövrün normal cərəyanını pozur. Uşaq doğulduqdan sonra uşaqlığın həcmi xeyli azalır və onun dibi göbəyin səviyyəsinə qədər aşağı düşür. 10-15 dəqiqədən sonra qarnın aşağısında ağrılar baş verir — uşaqlıq təqəllüs edir və bunun nəticəsində cift aralanır. Cift ayrıldıqdan sonra mamaça və ya həkim ciftin bütövlüyünü yəqin etmək üçün onu nəzərdən keçirirlər.

Müəllif Prof. A.L. Kaplan, tibb elmləri doktoru V.İ. Kulakov

 

0 şərh