Рейтинг
+70.55

ginekologiya

55 üzv, 181 topik

Hamiləlikdə qarın nə zaman böyüyür?

Hamiləlikdə qarın nə zaman çıxar, göbək nə zaman böyüyür, qarnım kənardan nə vaxt bilinər, qarnım həftəsinə görə balacadırmı, böyükdürmü kimi suallar hamilələrin ginekoloqlarına və ətrafdakı insanlara ən çox verdiyi suallardır.

Hamilələrin qarın böyüklüyü ilə bu qədər maraqlanmalarının səbəbi qarnın böyüklüyünün uşağın böyüklüyü və inkişafı ilə əlaqədar olmasını bilmələri ilə əlaqədardır. Halbuki əslində çox vaxt qarnın böyüklüyü ilə uşağın inkişafı arasında uyğunluq olmur. Qarnı böyük olan hamilə qadının uşağı az kiloda doğularkən, qarnı daha balaca olan hamilədən daha böyük kilolu uşaq doğula bilər.

Hamilələrdə qarnın çıxması neçənci həftədə bilinir?
Bir hamilənin qarnına baxaraq hamilə olduğu bilmək təxmini 5 ayında (20 həftəsində) mümkün olur. Amma hamilə qadının qarnı lüt ikən 4 ayından (16-17 həftədən) bilinir. Bu hal ananın uzun boylu, qısa boylu, kök, arıq, qarnında piy təbəqəsinin olması kimi faktorlardan asılıdır. Misal üçün, qısa boylu və arıq hamilə qadında hamiləlik daha tez bəlli olur, amma kilolu və qarnında piy təbəqəsi olan hamilə qadının qarnı daha sonrakı aylarda belli olmağa başlayır. Qadınların orqanizmləri müxtəlif olduğu üçün qarınlarınında böyüməsi fərqli olur. Buna görə də hamilə qadının bir biriləri ilə qarınlarını müqayisə etmələri düzgün deyil.
Davamı →

Mioma və hamiləlik

Ən çox rast gəlinən uşaqlıq xəstəliklərinə miomalar, adenomioz, endometrit (uşaqlığın daxili qatının iltihabı), Aşerman sindromu, endometrial poliplər və uşaqlığın anadangəlmə anomaliyaları aiddir.

Uşaqlığın mioması
Miomalar uşaqlığın bağ və əzələ toxumasından inkişaf edən xoş xassəli şişlərdir. Uşaqlığın ən çox rast gəlinən xəstəliyidir. Qadınların 20-25%-də mioma müşahidə olunur. Tək sayda ola bilmələri ilə yanaşı, əksər hallarda çoxlu sayda da rast gəlinir. Bir mioma özəyinin portağal böyüklüyünə çatması üçün təxminən 3 ilə qədər müddət lazımdır. Adətən reproduktiv dövrün xəstəliyi olub, xərçəng deyil, malignizasiya olmur, menopauza dövründə ölçüləri kiçilir. Yalnız 10 % xəstədə mioma menopauza dövründə böyüməyə davam edir. Bu miomaların uşaqlığı 1-2 kq-a qədər böyütdüyü qeyd edilir. Səhiyyə təşkilinin aşağı olduğu ölkələrdə uşaqlığın 6-7 kq-a qədər böyümüş miomalarına rast gəlinir. Xarici ədəbiyyatlarda 45 kq- a qədər böyümüş miomalara rast gəlindiyi qeyd edilir.
Davamı →

Yumurtalıqların polikistozu

Yumurtalıqların polikistozu nədir?
Həkimlər bu xəstəliyi polikistoz yumurtalıq sindromu adlandırırlar (PKYS). PKYS zamanı zamanı yumurtalıqlarda çoxlu sayda xırda-xırda köpükcüklər əmələ gəlir ki, onları kista adlandırırlar. Həmin köpükcüklərin hesabına yumurtalıqların həcmi böyüyür. Yumurtalıqların polikistozu zamanı onların işi pozulur (yumurtalıq hüceyrələrinin çıxarılması) və hormonal tarazlığın pozulması səbəbindən qeyri-mütəmadi menstrual tsikl müşahidə edilir.

Yumurtalıqların polikitozunun səbələri hansılardır?
Yumurtalıqların polikistozunun səbəbləri hələ sona qədər tam aydın deyil. Polikistozdan əziyyət çəkən qadınlarda qanda testosteron (kişi cinsiyyət hormonu) səviyyəsi yüksək olur, eləcə də qanda qlükoza səviyyəsinin yüksəlməsi qeyd edilir (səbəb hormonun insulina qarşı dözümsüz olmasıdır).
Davamı →

Düzgün intim gigiyenanın 15 qaydası

Qayda 1 : Hər gün
Minimum gündə bir dəfə yuyunun və hər dəfə yuyunmadan sonra təmiz alt paltarı geyinin. Əgər sizdə menstruasiya dövrüdürsə, sizə bezləri dəyişdiyiniz qədər də (ginekoloqlar bezi hər 3-4 saatdan bir dəyişməyi məsləhət görürlər) yuyunmaq lazımdır.

Qayda 2: Su
Həmişə çalışın axar su altında yuyunasınız. Su axınını cinsiyyət orqanlarına yönəltməklə çalışın ki, su yuxarıdan aşağı axsın, aşağıdan yuxarı vaginaya doğru istiqamətlənməsin. Sprinsləmə (şırınqa) də buraya aiddir. Birdəfəlik yadda saxlayın: sprinsləmə ziyanlıdır.
Davamı →

Uşaqlıqdaxili spiral və hamiləlik

Əgər uşaqlıq daxili spiral gəzdirirəmsə mən hamilə qala bilərəmmi?
Uşaqlıq daxili spiraldan istifadə edən qadınlarda hamiləliyin baş verməsi çox nadir hallarda müşahidə olunur. Mis spirallardan istifadə edildikdə hamiləliyin əmələ gəlmə ehtimalı il ərzində 1000-də 8 şansadək təşkil edir. Hormonlu spirallardan istifadə etdikdə hamilə qalmaq ehtimalı il ərzində 1000-də 1 şansadək azalır.

Təxminən halların yarısında spiraldan istifadə edən qadınlarda əmələ gəlmiş hamiləlik uşaqsalma ilə nəticələnir. Spiral yerini dəyişdikdə və ya uşaqlıqdan düşdükdə hamiləliyin əmələ gəlmə riski əhəmiyyətli dərəcədə yüksəlir. Bu xüsusən aybaşılardan sonra spiralın uşaqlıq boşluğundan qopmuş toxumalar ilə birlikdə tullanması zamanı tez-tez baş verə bilər.

Davamı →

Erkən menopauza


Erkən menopauzanın (klimaks) səbəbləri və necə qarşısını ala bilərik?

Ölkəmizdə hər 100 qadından üçündə yaşanan erkən menopauza (klimaks) bəzı genetikfaktorlardan və gündəlik həyatımızda etdiyimiz xətalara bağlı olaraq ortaya çıxır. Ölkəmizdə qadınlar orta hesabla 45-48 yaşından menopauza (klimaks) keçirməyə başlayırlar. Ancaq müxtəlif faktorların təsirindən menopauzaya 40 yaşından əvvəl də başlana bilər və bu hal «erkən menopauza» olaraq adlandırılır. Erkən menopauza bütün qadınların kabusudur və ölkəmizdə hər 100 qadından üçündə vaxtsız başlayır.

Erkən menopauzanın başlaması nədən asılıdır?
Menopauza keçirmə yaşını bildirən ən əsas göstəricilərdən biri, qadının anasının və ya xalası kimi yaxın ailə qohumlarından birinin menopauzaya girmə yaşıdır. Bundan başqa hipotiroidi və ya xərçəng kimi müxtəlif xəstəliklər, ətraf mühüt çirkliliyinin artması kimi göstəricilər də erkən menopauzaya yol açan diğər önəmli faktorları yaradır. Bu riskləri dəyişdirmək heyifki mümkün deyil. Ancaq bir də gündəlik həyatda edilən bəzi xətalar var ki, bunlar da qadınların heç gözləmədikləri bir anda erkən menopauza ilə tanış edir.
Davamı →

Spiral gələcəkdə hamilə qalma qabiliyyətini poza bilərmi?

Uşaqlıq daxili spiralların hamiləliyin qarşısını alma effekti asanlıqla geri qaytarıla biləndir və onların uşaqlıq boşluğundan çıxarılmasından sonra tez bir zamanda yoxa çıxır.

Spiralın çıxarılmasından sonra 1 il ərzində hamiləliyin əmələ gəlmə ehtimalı 96% çatır.
Spiral çıxarıldıqdan sonra menstrual dövrə 1 ay ərzində normallaşır, uşaqlıq isə 1-3 ay ərzində tam bərpa olunur.

Spiralın gəzdirilməsi zamanı inkişafı artan bəzi cinsi infeksiyalar (məsələn, xlamidioz) spiralın çıxarılmasından sonra uşaq dünyaya gətirməkdə çətinliklər yarada bilər və hətta sonsuzluğa gətirib çıxara bilər.
Davamı →

Dismenoreya

Dismenoreya — ağrı və diskomfort ilə müşahidə olunan menstrual (aybaşı) funksiyaların pozulmasıdır.

60-75%-a qədər qadınlar menstruasiyadan əvvəl və menstruasiyalar zamanı xoşagəlməz hisslər keçirirlər. Ağrı ilə müşahidə olunan menstruasiyalar daha çox gənc qızlarda və doğuş keçirməmiş qadınlarda rast gəlinir. Doğuşdan sonra qadınlarda əsasən ümumi xarakterli təzahürlər müşahidə edilir. Adətən, bu vəziyyət nevroz və hormonal çatışmazlığı, çanaq orqanlarının qan ilə dolması (aktiv hiperemiyası) ilə bağlıdır.
Davamı →

Hamiləlik zamanı düyünün faydaları

Hamiləlikdə kalsium, dəmir və vitamin ehtiyacının ödənilməsi üçün yeyilməsi vacib olan qidalar sırasında taxıllar və quru paxlalılar yer alır.
 
Bu dövrdə həm ananın, həm də körpənin ehtiyac duyduğu vitamin qaynağı olaraq düyü yeyilməsi məsləhət görülür. Düyünün tərkibində protein, karbohidrat, fosfor, kalsium, sodium, maqnezium, sink, A, B1, B2 vitaminləri və dəmir olur.
 
Hamiləlik zamanı qadınlar dəmirə normaldan iki qat daha çox ehtiyac duyur. O baxımdan hamiləliyin son aylarında yeyilən düyü çox faydalıdır.
Davamı →

Gec yaşda hamiləliyin riskləri

Ana olmaq yaşı gedərək yüksəlir. Qadınların karyera arzusu ailə, körpə planlarının daha irəli yaşlara təxirə düşməsində mühüm rol oynayır. Buna görə 30 yaş və sonrası yaşanan hamiləliklərin düzgün dəyərləndirilməsi, müntəzəm yoxlanışlar ana və körpə sağlamlığı üçün vacibdir.
Hamiləlik üçün ən ideal yaş 20-30 yaş aralığıdır. 35 yaşdan yuxarı hamilələrdə “irəli hamiləlik” adı ilə risklər daha çox olur. Xroniki xəstəliklər həm irəli yaş hamilələr, həm də körpələr üçün risklidir.
 
Anada hamiləlikdən əvvəl yüksək təzyiq, ürək, şəkər xəstəliyi kimi xroniki problemlər olarsa, hamiləlikdə risk artır. Analıq yaşının müəyyən həddi var və bu hədd keçilərsə, ana və körpəni müəyyən risklər mütləq gözləyir.
 
Davamı →