Mikayıl Müşfiq "BİR DƏ BAXSAN MƏNƏ"

Baxışın qəlbimi incitmişdir
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir
Bir də baxsan mənə, fikrim dönəcək.

Yenidən uyğusu qaçmış gecələr,
Sevgilər, fırtınalar başlanacaq.
Ayrılıqlar, qarışıq bilməcələr...
Yanacaq sıtmalı ruhum, yanacaq!

Bu baxışdan, bu duruşdan əl çək!
Yoxsa könlümdəki qızğın şimşək
Üstünə od sovurar hər yerdən.

Orda dur, burda dayan, hey bəklə,
Səni tale günəşim güdməklə
Keçməsin qorxulu vadilərdən…

0 şərh