Göz iltihablanması

Göz iltihablanması: Gözdə qızartı, qaşınma, iltihablanma, gözdə yad cisim hissi və ya yanma kimi əlamətlərə səbəb olan gözün xarici təbəqəsini və göz qapaqlarının daxili səthini əhatə edən zər təbəqəsinin iltihablanmasına səbəb olan bir göz xəstəliyidir.

Göz iltihablanması bakteriya, virus ya da allergiyalar səbəbi ilə yarana bilər. Adətən 10 — 14 gün ərzində bədəndən uzaqlaşır, ancaq əlamətləri altı həftəyə qədər davam edə bilər.

Əlamətləri:
— Gözdə batma hissi
— Gözdə qaşıntı
— Göz qapağının şişməsi
— İşığa qarşı həssaslıq
— Gözyaşları
— Gözdə qızartı
— Gözdə yanma
— Gözdə yad cisim hissi
— Gözdə itihablanma
— Bulanıq görmək

Göz iltihablanmasının səbəbləri:
— Virus və ya bakteriyaların səbəb olduğu infeksiyalar
— Allergiya
— Külək və ya günəş
— Mövsümi dəyişikliklər
— Viral və bakterial mənşəli göz iltihabı yoluxucudur və asanlıqla başqalarına da yoluxa bilər.

Evdə göz iltihabının aradan qaldırılması və profilaktik tədbirlər:
— Göz iltihabını digər gözünüzə və başqa insanlara yoluxdurmaqdan ehtiyat edin. Tam sağalana qədər insanlarla təmasınıza məhdudiyyət qoyun.
— Gözünüzün ətrafına toxunmazdan əvvəl əllərinizi yaxşıca yuyun.
— Öz dəsmalınızı və yastığınızı digərlərindən ayırın. İnfeksiya keçənə qədər hər gün yastıq üzünüzü yuyun, ya da dəyişin.
— İnfeksiya olan gözünüzə əlinizlə toxunmayın. Gözünüzü silmək üçün kağız dəsmal istifadə edin.
— Göz makiyajı etməyin. Makiyaj vəsaitlərinizi başqaları ilə bölüşməyin.
— İnfeksiya keçənə qədər kontakt linzalardan istifadə etməyin.
— Gözünüzə gündə üç-dörd dəfə, bir neçə dəqiqəliyə ilıq suda isladılmış dəsmal ilə ilıq kompres edin. Bu ağrınızı yüngülləşdirəcək və kirpiklərinizin üstündə olan qabıqları təmizləyəcək.
— Həkim məsləhəti ilə aldığınız göz damcı dərmanlarınızı heç kimlə bölüşməyin.
— Gözünüzü sarği ilə bağlamayın. Bu hal xəstəliyi şiddətləndirər.
— İstifadə etdiyiniz göz dərmanınızı həkimin tövsiyə etdiyi müddətdən daha uzun müddət istifadə etməyin.
 

0 şərh