Рейтинг
+26.55

göz xəstəlikləri

21 üzv, 49 topik

Göz iltihablanması

Göz iltihablanması: Gözdə qızartı, qaşınma, iltihablanma, gözdə yad cisim hissi və ya yanma kimi əlamətlərə səbəb olan gözün xarici təbəqəsini və göz qapaqlarının daxili səthini əhatə edən zər təbəqəsinin iltihablanmasına səbəb olan bir göz xəstəliyidir.

Göz iltihablanması bakteriya, virus ya da allergiyalar səbəbi ilə yarana bilər. Adətən 10 — 14 gün ərzində bədəndən uzaqlaşır, ancaq əlamətləri altı həftəyə qədər davam edə bilər.
Davamı →

Çayı isti-isti için

Qlaukoma və ya xalq arasında göz təzyiqi kimi bilinən xəstəlik adətən 60 yaşlı insanlarda müşahidə edilir. Şəkərli diabet və ya travma nəticəsində daha tez meydana gələ bilər. Gözə gələn qan axını azaldığı zaman bu problem artıq ciddi səviyyəyə çatır.
 
Qlaukoma həmçinin genetik xəstəlik sayıldığı üçün bəzən əlamətləri olmadan da müşahidə oluna bilər. Ümumiyyətlə yavaş-yavaş, gizli irəliləyir. Dünyada  57.5 milyon insan göz təzyiqindən əziyyət çəkir.
Davamı →

Gözümüz niyə səyriyir?

Hər kəsin gözü bir neçə dəfə səyriyə bilər. Göz səyriməsi insanın özündən asılı olmayan əzələ hərəkətidir. Bəs bu halın baş verməsinə səbəb nədir?

Stress və yorğunluq əlaməti
Göz səyriməsi əsasən əzələlərin yorulduğundan xəbər verir. Saatlarla gözlərinizi qırpmamısınızsa və yuxu vaxtınız keçibsə, göz qapaqlarınızdakı əzələlər zəifləməyə başlayır. Stressli və narahat olduğunuz zamanlarda da göz qapaqlarınızda ani bir adrenalin meydana gələ bilər.

Çox kafein qəbulu
Qəhvə, bəzi çaylar, enerji içkiləri və bir çox qazlı içkilərdə olan kafein bədənin yatıb dincəlməyin lazım olduğunu xəbər verən kimyəvi siqnalları rədd etməsinə səbəb olur. Yetərli miqdarda kafein sizi canlandırar, ancaq çoxu gözlərdəki kiçik əzələləri titrədir.
Davamı →

Quru göz sindromu

Göz quruluğu anlayışı nədir?
Quru göz sindromu oftalmoloqların sıx qarşılaşdığı problemlərdən biridir. İsmindən məlum olduğu kimi bu xəstəlik gözün quruluğu ilə müşahidə olunur. “Quru göz “ – gözün kifayət qədər gözyaşı ifraz etmədiyi ya da gözyaşının normal kimyəvi tərkibə malik olmadığı hallara deyilir.

Normal bir görmə üçün göz almasının ön səthinin nəmliyin yetərli olması şərtdir. Bunun üçün göz yaşının lazımi keyfiyyətinin və düzgün tərkib hissələrinin olması, göz qapaqlarının normal bağlanması vacibdir. Bu faktorlar gözün ön səthinin gözyaşı filminin pozulmasını və gözün qurumasını əngəlliyir.
Davamı →

Toyuq korluğu

Toyuq korluğu kifayət qədər yayılmış oftalmoloji pozulmadır. Tibdə toyuq korluğu «hemeralopiya» adlandırılır.

Hemeralopiya zamanı insan pis işıqlandırılmış yerlərdə (alaqaranlıq otaqda, axşam vaxtı çöldə) yaxşı görmür. Toyuqların görməsinin xüsusiyyəti ondan ibarətdir ki, toyuqlar alaqaranlıq yerlərdə heç nə görmürlər. Bu səbəbdən el arasında bu xəstəliyə «toyuq korluğu» deyilir. Toyuq korluğunun səbəbləri müxtəlifdir:

— anadangəlmə (irslə ötürülür və uşağın kiçik yaşlarında özünü büruzə verir)
Davamı →

Oftalmoloqa müraciət etmək üçün 5 səbəb

Araşdırmalar göstərir ki, dünyada yaşayan insanların 60%-dən çoxunda görmə ilə bağlı olan müxtəlif problemlər var. İldən-ilə bu rəqəm artır və hal hazırda hətta cavan insanlarda və uşaqlarda tez-tez müxtəlif görmə problemləri aşkar olunur.

Həkimlər bunu müasir insanların həyat tərzi ilə əlaqələndirir. Gözlərin sağlamlığı üçün insan tez-tez uzaq məsafələrə baxmalıdır. Müasir insanlar isə günün bir çox hissəsini kompütür, planşet, telefonun ekranına baxmaqla keçirdirlər.

Bəzən görmə ilə bağlı problemlər özünü baş ağrısı, yorğunluq, baş gicəllənməsi kimi simptomlarla büruzə verir ki, insan da bu simptomları göz xəstəlikləri ilə əlaqələndirmir və oftalmoloqa müraciət etmir. Xəstəlik isə daha da dərinləşir və ağırlaşmalara gətirib çıxardır.
Davamı →

Göz təzyiqi nədir?

Gözün içərisindəki maye gözün normal fəaliyyəti üçün lazımdır.

Maye daim gözdə hasil olunur və daha sonra oradan axıb gedir. Mayenin gözdən axması prosesi pozulduqda, maye gözdə artıq miqdarda yığılmağa başlayır. Nəticədə maye gözün divarına daha güclü təzyiq etməyə başlayır ki, bu müxtəlif göz xəstəliklərinin və pozulmaların inkişafına yol açır.

Göz təzyiqi sağlam gözlərdə də var. Lakin bu zaman bu göz təzyiqi patoloji deyil, fiziolojidir. Göz təzyiqinin normal olması gözün sağlamlığı üçün olduqca vacibdir.

Göz təzyiqinin artması baş ağrısı (adətən gicgah nahiyyələrində), göz ağrısı (xüsusilə gözlərin hərəkəti zamanı), gözlərin yorğunluğu kimi simptomlarla özünü büruzə verir. Gözlərdə diskomfort xüsusilə kompüterdə işlədikdə və xırda şriftlə yazılan mətn oxuduqda hiss olunur.


Ardı →

Göz gimnastikası

Müasir insanların bir çox hissəsi kompüterdən istifadə edir.

Bir çox insanların iş fəaliyyəti məhz kompüterlə bağlıdır — ofis, bank işçiləri, mühasiblər, mühəndislər və s. Şagirdlər, tələbələr təhsil zamanı çox fəal şəkildə kompüterdən istifadə edirlər.

Bir neçə saat ərzində fasiləsiz olaraq kömpüterdə işləyən insanın gözləri güclü yorulur, qızarır, ağrıyır. Kompüterdə daimi iş gözlərin sağlamlığına mənfi təsir edir. Gözlərin sağlamlığını qorumaq üçün gün ərzində 2-3 dəfə gözlər üçün olan sadə gimnastik hərəkətləri edin.

Göz massajı etdikdə gözlərnizi güclü sıxmayın.

Bu gimnastik kompleksindən tək kompüterdə işləyən insanlar deyil, hər bir insan istifadə edə bilər. Yaşlı insanlar, məktəbli uşaqlar göz xəstəlikləri və pozulmalarına görə risk qrupuna daxildir. Bu səbəbdən bu qrup insanlar da bu gimnastik hərəkətləri hər gün etməlidir.


Ardı →

Gözlərin bəzi iltihab xəstəlikləri

Uşağın göz qapaqları dərisinin qızarması - dermatit  — qida və ya dərman allergiyası, həmçinin buraya mikrob düşməsi nəticəsində baş verə bilər.

Göz qapaqları kənarlarının qızarması, qaşınması, onların qalınlaşması, qabıq verməsi, kirpiklərin tökülməsi ilə müşayiət edilərsə, bu, blefarit xəstəliyidir. Onun səbəbi isə göz qapaqları kənarlarında yerləşən vəzilərin iltihablaşmasıdır.

Ümumi xəstəliklər, hipovitaminozlar, kariyesli dişlərin və qurd xəstəliklərinin olması, həmçinin sanitar vəziyyətin pis olması və s. nəticəsində bu vəzilərdə iltihablaşma prosesi başlaya bilər. Blefaritin müalicəsi uzun müddət ərzində aparılır və çətin müalicə edilən xəstəliklərdən hesab edilir.


Ardı →

Uşaqlarda çəpgözlük

Erkən yaşlarda çəpgözlükdən əziyyət çəkmiş valideynlərin övladlarında, qohum nigahlarda doğulan körpələrdə çəpgözlük riski daha yüksəkdir.

Valideyn cox zaman yanlış olaraq düşünür ki, çəpgözlük sadəcə kosmetik defektdir.

 Dünyada 10 milyondan çox insan çəpgözlükdən əziyyət çəkir. Çəpgözlük, xüsusilə uşaqlarda geniş yayılaraq uşaq göz xəstəliklərinin 10%-ni təşkil edir. Çəpgözlük –gözlərin paralelliyinin pozulduğu və fərqli yönlərə baxdığı göz qüsurudur.

Norma halında biz bir obyektə baxarkən iki gözümüz bir nöqtəyə fokuslaşır, gözlərimizi müxtəlif istiqamətlərdə hərəkət etdirərkən isə göz almaları paralel dönür. Bütün bunlar gözü hərəkətə gətirən 6 cüt əzələlərin koordinator işi sayəsində baş verir. Bu tarazlıq pozularsa, paralellik də pozulur, bir göz düz baxdığı halda digəri icəri, bayıra, yuxarı və ya aşağı baxır.  

Bəs, çəpgözlüyun əmələ gəlmə səbəbləri hansılardır?     


Ardı →