Рейтинг
+23.64

böyük hərbi xadimlər

26 üzv, 41 topik

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Böyük İskəndər
Dövrünün ən güclü hakimiyyət orqanı olan Fars İmperatorluğunu dağıdan və üç qitədə gücü olan komandirdir. Təhlükəli əsgərləri və uğurlu strategiyaları ilə Yunan şəhərlərini birləşdirib Makedoniyaya hökmranlıq edib, daha sonra Anadoludan Hindistana qədər torpaqları əsarəti altına alıb. Böyük İskəndəri “böyük” edən isə iyirmi yaşında hökmdar olması və bütün müvəffəqiyyətlərini 10 ilə sığdırması olub.

Xalid bin Vəlid
Uhud müharibəsində öz taktikası ilə döyüşün gedişatını tamamilə dəyişdirib və məkkəlilərə böyük fayda verib. Dinini dəyişəndən sonra Məkkənin fəthində vəzifələndirilib və beləliklə, İslam dünyasında simvola çevrilib. Sonrakı illərdə isə Mesopotomiyanı nəzarəti altına alıb.
Davamı →

Çinin əfsanəvi sərkərdəsi | Çan Kayşi

Çin dünyada özünəməxsus qədim tarixə malik olan ölkələrdən biri hesab edilir və dünya mədəniyyəti, sivilizasiyalar tarixinə müəyyən töhfələr veriblər. Bu baxımdan çinlilər günümüzdə belə milli mədəni dəyərlərini qoruyub saxlaya bilən və digər millətlər içində assimilyasiyaya uğramayan yeganə xalqlardan biri kimi tanınır.

Çinlilər lap qədimdən özlərini Günəş imperiyasının övladları adlandırırlar. Onlar tarix boyu müxtəlif imperiyalar qurmuş, adlarını tarixin şanlı səhifələrinə yazdıran böyük hökmdarlar və məğlubedilməz sərkərdələr yetişdirmişlər. Hətta ingilislərin əsarəti altına düşmələrinə belə baxmayaraq, çinlilər yenidən ayağa qalxmağı, üstündən əsrlər ötəndən sonra yenidən qüdrətli və güclü dövlət qurmağı, sivil inkişafda müəyyən rol oynamağı bacardılar. Amma Çinin yenidən ayağa qalxaraq müstəmləkə zəncirini qıraraq müstəqilliyini əldə edə bilməsi heç də asan olmadı. Sivil inkişafa doğru gedən əzablı yollarda Çin xalqının içindən onu müstəqil dövlət kimi yenidən gələcəyə aparmağı bacaran liderlər yetişdi.
Davamı →

Li Şi Min (Taytszun)

Çin imperatoru Çinin şimal sərhədlərində yaşayan Tobo və ya Tapqaç adlı türkdilli xalqın nümayəndəsidir. Bu xalq Çin mədəniyyətini və məişətini qəbul edib, öz dilini və məişətini saxlamaqla Cin dilini də bilirdi. Onlar əsasən Çinin şimal sərhədlərindəki ərazilərdə yaşayıb, oradakı hərbi hissələrdə və şimal şəhərlərinin hərbi və mülki vəzifələrində fəaliyyət göstərirdilər. Onların Orxon-Yenisey türklərindən fərqi yalnız bunda idi. Bir də olsun ki, aralarında bizimlə Osmanlı ləhcəsi arasındakı fərq qədər fərq vardı.
Davamı →

Babək

Azadlıq, müstəqillik və məfkurə dönməzliyi rəmzi olan Babək (əsl adı Həsən olub) Cənubi Azərbaycanın Qaradağ vilayətinin Bilalabad kəndində doğulmuşdur. Gəncliyində sarvan olmuş, sonralar isə tacirlik etmişdir. 816-cı ildə Xürrəmilər hərəkatının başçısı, Bəzz qalasının sahibi xırda feodal Cavidan İbn Səhl öldürüldükdən sonra Babək ərəblərə qarşı üsyan qaldırıb mübarizəyə başlamışdır. Təəssüflər olsun ki, onun haqqında yalnız ərəb mənbələrinin məlumatları qalmışdır. Bu məlumatlardan aydın olur ki, Babək fiziki cəhətdən fövqəladə qüvvəli bir adam, azadlığı və əyilməzliyi həyatda hər şeydən uca tutan qeyri-adi natiq və nüfuzedici şəxsiyyətdir.
Davamı →

Cavad Xan

Cavad xan qədim Ziyadoğlular nəslindən idi. Onlar yüz illərdən bəri doğma şəhərlərinin hakimləri idilər. Şirvanşahların süqutundan sonra onlar Şəki xanlığı ilə yanaşı, Azərbaycanın Gürcüstanla həmsərhəd olan qərb bölgələrini qoruyurdular. Cavad xan taxta çıxanda Qazax, Şəmkir, Şəmşəddil, Borçalı mahalları Gəncə xanlığına daxil idi.
Azərbaycan xanlarının əlbir olmamasından istifadə edən Kartli-Kaxet çarlığı bir il də olsun Gəncəni rahat buraxmırdı. Gürcülərə yaxşı bələd olan Cavad xan onların öhdəsindən asan gələ bilərdi. Amma gürcülərin müttəfiqi buna imkan vermirdi. Bu müttəfiq namərd Qarabağ xanı İbrahimxəlil idi.
Davamı →

Hüseynqulu Xan

Çoxları bilir ki, I Pyotr, Puşkin, Lermontov, Çaykovski, Suvorov, Vrubel, Meyerxold kimi görkəmli şəxsiyyətlər mənşəcə rus deyildilər. Hətta bu xalqın adı ilə öyündüyü Aleksandr Nevski də tatar-monqol mənşəli olub. Rus ordusuna böyük qələbələr gətirən və zaman-zaman imperiya torpaqlarını genişləndirən ən istedadlı hərbçilərin də damarlarında türk, tatar, alman, polyak və başqa xalqların qanları axırdı. Və tarixən bu da bizə bəllidir ki, assimilyasiya edilmiş xalqların qulluq göstərmək ehtirası, qəddarlığı daha güclü olur. «Fəth olun Sibir, Yermak gəlir» misrasının müəllifi də, fatehin özü də rus deyildi.
Davamı →

Mannerqeym Karl Qustav

Fin feldmarşalı Karl zadəgan ailəsində doğulmuş, rus süvari ordusunda poruçik olmuşdur. 1904-1905-ci illərdə rus-yapon müharibəsində iştirak etmişdir. Birinci Dünya müharibəsində isə artıq general-leytenant rütbəsində alman cəbhəsində korpus komandiri idi.
Çar Rusiyası bərbad olandan sonra 1917-ci il dekabrın 6-da Finlandiya öz müstəqilliyini elan etdi. Bir il sonra isə Fin hökuməti Mannerqeymi yeni yaradılan orduya komandan təyin etdi. Lakin bolşeviklər Finlandiyadan əl çəkmirdilər. Onlar burada inqilab alovlarını şölələndirib, bu yolla ölkəni təzədən kommunist ölkəsi kimi rus bolşevik imperiyasına qatmaq istəyirdilər.
Davamı →

Vinfild Skott

Amerika tarixində böyük sərkərdələr hər hansı başqa ölkələrin, məsələn, Rusiyanın hərb dühalarından sayca qat-qat çoxdur. Çünki bu ölkə nəinki indiyə kimi apardığı müharibələrdə heç vaxt məğlub olmamış, hətta kömək etdiyi Vyetnam və Koreya kimi ölkələri də tamamilə kommunist əsarətinə düşməkdən xilas etmişdir. Bu cəhətdən ABŞ peşəkar hərbi qüvvələrinin banisi Skottu qeyd etməmək qeyri-mümkündür. 20 ilə qədər ABŞ hərbi qüvvələrinin baş komandanı olmaq çox şey deyir.
Davamı →

Sun Tszı

Hərbi nəzəriyyə əlbəttə, hərb və müharibələrin özündən çox cavandır. Əvvəlcə nəsə olmalıdır ki, sonra da ümumiləşdirilsin. Lakin biz bilirik ki, hərb və müharibələr tarixin min-min illərlə dərinliyinə gedir. Əldə olunan hərbi nəzəri əsərlərin və ümumiləşmələrin tarixi isə eradan əvvəlki minilliyin ortalarına təsadüf edir. Belələrini yaradanlardan biri və bəlkə də birincisi heç şübhəsiz ki, e.ə. IV əsrdə yaşamış Sun Tszıdır.
Davamı →

Kiaksar

Elə xalq yoxdur ki, onun az-çox təcavüzkar qonşusu olmasın və qonşular arasında bu mübarizə o vaxta qədər davam edir ki, onların biri digərini ya əsarət altına alıb məhv və ya assimilyasiya olunca istismar edir, ya məhv edib ərazisinə sahib olur, ya da qüvvələr bərabər olub dinc şəkildə yaşamağa məcbur olurlar.
Qədim babalarımız midiyalılar əsrlər boyu aqressiv qonşuları olan aşşurların fasiləsiz hücumlarına məruz qalırdı. Əsrlər boyu vaxtaşırı Aşşur qoşunları bu və ya digər Midiya şəhər və kəndlərinə hücum edib evləri talayır, adamları əsir edib əllərini, başlarını kəsib aparır, insan kəllələrindən ehram düzəldirdilər.
Davamı →