Mannerqeym Karl Qustav

Fin feldmarşalı Karl zadəgan ailəsində doğulmuş, rus süvari ordusunda poruçik olmuşdur. 1904-1905-ci illərdə rus-yapon müharibəsində iştirak etmişdir. Birinci Dünya müharibəsində isə artıq general-leytenant rütbəsində alman cəbhəsində korpus komandiri idi.
Çar Rusiyası bərbad olandan sonra 1917-ci il dekabrın 6-da Finlandiya öz müstəqilliyini elan etdi. Bir il sonra isə Fin hökuməti Mannerqeymi yeni yaradılan orduya komandan təyin etdi. Lakin bolşeviklər Finlandiyadan əl çəkmirdilər. Onlar burada inqilab alovlarını şölələndirib, bu yolla ölkəni təzədən kommunist ölkəsi kimi rus bolşevik imperiyasına qatmaq istəyirdilər. MannerheymMannerqeym ordu yaradıb, bu təzə yaradılmış ordu ilə Tammerforsu azad etdi. Lakin Qırmızı Ordu hələ çox güclü idi. Yaxşı ki, bu vaxt alman korpusları Finlandiyaya daxil olub Helsinkini tutdular. Bu, Mannerqeymə cəsarət verdi və o, öz şərəfli ordusu ilə Kareliya keçidini (bərzəxini) kəsdi. Əlacsız qalan on iki minlik Qırmızı Ordu tərxis olundu və finlərin əlinə çoxlu qənimət keçdi. Nəhayət, 12 oktyabr 1920-ci il müqaviləsi ilə bolşeviklər Finlandiyanın müstəqilliyini tanıdılar. Bundan sonra Mannerqeym istefaya çıxdı.
1931-ci ildə fin hökuməti 64 yaşlı feldmarşalı yenidən dövlət işinə dəvət etdi və Mannerqeym müdafiə şurasının sədri seçildi.

Köhnə çar generalı kimi o, rus xalqının təbiətini yaxşı bilirdi. O bilirdi ki, ruslar yağlı bir tikə olan Finlandiyanı gec-tez təzədən həzm etmək istəyəcəklər. Bundan sonra Mannerqeym saysız-hesabsız rus diviziyalarının qabağını ala biləcək müdafiə qurğuları yaratmaq işinə başladı. O, düz səkkiz il xəlvəti Kareliya yarımadasında səpələnmiş saysız müdafiə qurğuları və onlar arasında əlaqə vasitələrinin inşası işi ilə məşğul oldu. Sonralar «Mannerqeym xətti» kimi tanınan bu işlər başa çatan kimi SSRİ Finlandiyadan 2761 kvadrat kilometrlik strateji cəhətdən çox əhəmiyyətli əraziləri icarəyə istədi. Məqsəd həmin ərazilərdə güclü hərbi hissələr yaratmaq və gələcəkdə hər hansı bir bəhanə ilə asanlıqla bu ölkəni ələ keçirmək idi. Finlər rədd cavabı verməmiş rus təyyarələri noyabrın 30-da Helsinkini bombardman etdilər. Stalinin əmri ilə düz bir milyonluq ordu Şərq tərəfdən Finlandiyaya doğru hərəkət etdi. Onlara iki həftəyə bu ölkənin işğal olunması əmri verilmişdi. Bundan əlavə, Fin körfəzinə desant göndərildi. Yaxşı hazırlanmış finlər bolşevik desantını vurub dənizə tökdülər. Kareliya bərzəxində sovet orduları bir neçə günlük ağır döyüşlərdə on minlərlə itki verdi və böyük ordu «Mannerqeym xətti»ndə dayandırıldı. Başqa rus bölmələri meşəli göllərlə irəlilədilər. Sovet hava hissələrinin finlərə hücumu effekt vermədi. Əsgərlər ağappaq qar döşənmiş yollarda və dağ ətəklərində soyuqdan və xəstəlikdən kütləvi şəkildə ölməyə başladı. Dekabr 1939-1940-cı ilin yanvarında iki sovet diviziyası dar meşə yolu ilə Suomusalma kəndinə doğru getməyə başladılar. Qar və soyuq Ukraynadan gətirilmiş əsgərləri qırmağa başladı. Üstəlik, azsaylı, amma mobil və qarla məharətlə sürüşən, isti geyinmiş Fin atıcı dəstələri ilə üz-üzə qaldı. 44-cü motorlu diviziya ruslara köməyə gəlmək üçün hərəkətə gəldi. Ancaq onlar irəli gedə bilmədilər. Nəhayət, 27-30 dekabrda hər iki sovet diviziyası demək olar ki, tamamilə məhv edildi. Finlər 50 tank qənimət götürdülər və cəmi 900 itki verdilər.

Yanvarın 1-dən fevralın 1-nə kimi «məğlubedilməz» Qızıl Ordu daha rüsvayçı günə düşdü. Rəşadətli fin atıcılarının hücumları nəticəsində o qədər itki verdilər ki, yollar, dağ ətəkləri, gölməçələr rusların meyitləri ilə örtüldü. Atıcı diviziya və tank briqadası bütövlüklə əsir götürüldü. Daha başqa üç diviziya isə məhv edildi.
Lakin sovet diviziyalarının sayı-hesabı yox idi. Ehtiyatda yüzlərlə belə diviziyalar vardı. Qırıldıqca arxadan təzə-təzələri gəlirdi. İngiltərə və Fransa hökumətləri qəhrəman finlərə yardım göndərmək istəsələr də, finlərin alçaq qonşuları Norveç və İsveç yol vermədilər. Stalin quduza dönüb necə olursa-olsun «Mannerqeym xətti»ni keçmək əmrini verdi. Ardı-arası kəsilməyən hücumlardan meyitlər dağ kimi səpələnmişdi. Finlər bunu görüb dəhşətə gəlirdi. Nəhayət, 12 mart 1940-cı ildə Finlandiya təslim oldu.
Stalin hələlik Finlandiyanın işğalının qeyri-münasib və qeyri-mümkün olduğunu görüb əvvəlki icarə təklifi ilə kifayətləndi. Müharibə ruslara 250 min insan itkisi və 400 min yaralı, finlərə isə 25 min itki və 43 min yaralı hesabına başa gəldi.
Lakin İkinci Dünya müharibəsi başlananda finlər hücum edib icarəyə verdikləri əraziləri azad etdilər. Sonralar Mannerqeym Finlandiyanın prezidenti seçildi.
loading...

0 şərh