Рейтинг
+23.64

böyük hərbi xadimlər

26 üzv, 42 topik

Trayan

Min illik Roma imperiyası tarixdə doğrudan da unikal hadisədir. Dünyada görünməyib ki, bir şəhər bu qədər yüzilliklər ərzində dünyanın yarısına ağalıq etsin. Bu parlaq tarixin eniş-yoxuşları, şərəf və triumflarla bərabər rüsvayçılıqları da çox olmuşdur. Ancaq bizim məqsədimiz rüsvayçılıqları deyil, şərəfləri, daha dəqiqi, ölkəsinə şərəf gətirənlərin əməllərini açıb göstərməkdir. Bu cəhətdən Roma imperatoru Trayanın həyatı gözəl nümunə sayıla bilər.
O, İspaniyada romalı ailəsində anadan olmuş, atası ilə Romanın İudeya və Parfiya hərbi kompaniyalarında sıravi bir legioner kimi iştirak etmişdi. İmperator Narva bu gənc konsulu oğulluğa götürmüş, Reyndə döyüşlərin komandiri kimi göstərdiyi rəşadətə görə ona «Germanski» titulunu vermişdi. 98-ci ildə Narvanın ölümündən sonra Trayan imperator seçilib, ilk növbədə quruculuq işlərinə başlamış məhkəmə sistemini qaydaya salıb təkmilləşdirmiş, yeni küçələr və kanallar çəkdirməklə kommunikasiya sistemini bərpa etmiş, Romanı yeni əzəmətli tikintilərlə bəzəmişdi. Bunlar onun texniki işləri idi. Lakin Trayan tarixə onlardan daha artıq ölkədə siyasi-mənəvi mühitin təmizləməsi ilə daxil olmuşdu.


Ardı →

Alkiviad (e.ə. 450 - 404)

Alkiviad qədim zadəgan nəslinə məxsusdu. Atası beotiyalılarla Xeroneya döyüşündə həlak olmuşdu. O, Periklin də yaxın qohumu idi. Uşaqlıq və gənclik illərində hədsiz yaraşıqlı olan Alkiviad istər-istəməz hamıda rəğbət oyadırdı. Onun saysız himayədarları və tərbiyəçiləri vardı. Sokrat onu bir çox təhlükəli yollardan qorumuş, gənc və qabiliyyətli oğlanın düzgün tərbiyə olunmasında əsas rol oynamışdı. Əvəzində Alkiviad da filosofa öyrəşib onunla birgə özünü sərt həyat tərzinə alışdırmışdı. Hələ yeniyetmə ikən Sokratla bərabər Potideya döyüşündə iştirak etmiş, onunla bir çadırda qalıb çiyin-çiyinə vuruşmuşdu. Döyüşün gərgin vaxtında Sokrat yaralanan Alkiviadı ölümdən qurtarmışdı. Bütün bunların nəticəsində Alkiviad həm də gözəl natiqlik məharəti qazanmışdı. Buna görə hələ erkən yaşlarından siyasi fəaliyyətə başlayanda onun gələcəyinə şübhə edən çox az idi.


Ardı →