Рейтинг
+23.64

böyük hərbi xadimlər

27 üzv, 42 topik

Adolf Hitler (1889 - 1945)

Adolf HitlerHitler dünya tarixinin mərkəzi fiqurlarından biri olmaqla heç şübhəsiz ki, dünya hərb tarixinin də titanlarından biridir. Çünki Amerika hərb tarixçisi Lenninqin yazdığı kimi heç Çingiz xan da bu qədər qısa bir müddətdə bu qədər çox ölkə fəth etməmişdi. O, İngiltərə istisna olmaqla demək olar ki, bütün Avropanı almışdı. Türkiyə, İtaliya və İsveçrə kimi işğal olunmayan ölkələr də onun iradəsi altında idi. Bütün bu ölkələr isə heç də hərbi-texniki və iqtisadi potensial cəhətdən Almaniyadan geridə qalmırdı. Üstəlik SSRİ və bəzi Afrika ölkələrini də bura qatsaq (əlbəttə, 46 dərəcəli şaxta və İngiltərə-ABŞ basqınları olmasaydı), onda bu fatehliyin miqyası fantastik şəkil alar.
Bəs, yoxsul bir Avstriya kəndlisinin oğlu necə oldu ki, bu qədər böyük əməllərin sahibi oldu? Bunun kökünü əlbəttə, ambisiya ilə daxili əzəmətin uyğunluğunda axtarmaq lazımdır. Dünyanı öz ayaqları altında görmək istəyən siyasi və hərbi liderlər dünyada doludur. Amma yalnız milyonlardan birinə belə bir əzəmət qismət olur. Bəs bu əzəmət və böyüklük nədən yaranır? Onun mahiyyəti nədir? Hər cür ortabablığa, riyakarlığa, yalana, mənfurluğa, miskinliyə, qorxaqlığa nifrət və əksinə, ədalətə, həqiqətə, böyüklüyə, alicənablığa və ləyaqətə məhəbbət! Bəli, köksündə bu cür hisslər çağlayan gənc heç şübhəsiz ki, hansı sahədə olursa-olsun həyatda xariqələr yaradacaq və xariqə yaradanların bütü olacaq. Gənc Adolf da belə idi.
Davamı →

Moşe Dayan (1915-1981)

O, Fələstində yəhudi kəndində doğulmuş və bütün gəncliyini öz kəndlərini ərəblərdən qorumaqda, sonra isə partizan müharibəsində keçirmişdi. Moşe Dayan 30-cu illərin ortalarında ingilis batalyonlarında sərt təcrübə məktəbi keçmişdir. İkinci Dünya müharibəsində ingilis ordusunda iştirak edərkən binokluna dəyən güllə nəticəsində bir gözünü itirmişdi.
Moşe Dayan 1945-ci ildə zabit rütbəsində tərxis olunub Fələstinə gəlir. O zaman Fələstin ərazisində 1 milyon 200 min ərəb, 650 min yəhudi yaşayırdı. Bura ingilislərin əlində idi. Lakin onlar BMT-nin qərarı ilə ölkədən çıxıb getdikdən sonra ərəblərlə yəhudilər arasında ölkəyə sahib olmaq, daha doğrusu, burada mövcud olmaq uğrunda gərgin mübarizə başlandı.


Ardı →

Hannibal

Roma imperiyasının tarixində bu dövləti bir nəfərdən başqa heç bir kənar qüvvə, heç bir başqa dövlət məhv olma təhlükəsi qarşısında qoya bilməmişdi. Həmin adam Karfagen sərkərdəsi Hannibal (e.ə. 247 – e.ə.183) idi. Bu hadisə də ona görə heyrət doğurur ki, bir adamın arxasında nə imperiya, nə də ölkə vardı. O, cəmi bir şəhərin — Karfagenin qüvvəsinə və köməyinə bağlı idi.
Karfagen Aralıq dənizi sahilində qədim ticarət şəhəri idi. Burada məskən salan əhali qədimdən ticarətlə məşğul olub, Cənubi İtaliya, Siciliya və ümumiyyətlə, Aralıq dənizi sahili ölkələri ilə sıx əlaqə saxlayırdı. Əvvəllər onların rəqibləri yox idi. Lakin sonralar Apennin yarımadasında Roma — möhtəşəm bir şəhər qorxunc şəkildə yüksəldi.
Ardı →

Suvorov

Ruslar tarixi qəhrəmanlar və böyük sərkərdələr cəhətdən çox da varlı deyillər. Ona görə istər rus çarları, istərsə də sovet çarlarının əmrilə tarixçi və publisistlər daim öz qələmlərilə bu boşluğu doldurmağa çalışırdılar. Və əgər XIX əsr çürük Osmanlı imperiyası olmasaydı, ümumiyyətlə Rusiya min il ərzində hər hansı bir döyüşdə qalib gələn sərkərdə nə olduğunu bilməyəcəkdilər. Ona görə bu xalq daim yalançı qəhrəmanlar və sərkərdələr düzəltməyi öz ideoloqlarına və sənətkarlarının qabağına tələb kimi qoyurdu.
Rusların tək-tük həqiqi döyüş komandanlarından biri də türk mənşəli Suvorovdur. Damarlarında türk qanı axan bu sərkərdə kiçik hərbçi ailəsində anadan olmuş, 17 yaşlarında Semyonovsk alayında fəaliyyətə başlamışdır. 1749-cu ildə podporuçik, iki il sonra serjant olur.


Ardı →

Şah İsmayıl Xətai

1493-cü ilin payızında Savalanın ətəkləriylə qurumuş otları, yarpaqları xışıldada-xışıldada gündoğan tərəfə dörd atlı çapırdı. Başlarında on iki zolaqlı qırmızı çalma, çiyinlərində polad sinəbənd, bellərində uzun, əyri qılınc olan ucaboy, enlikürək dörd atlı… Atlar köpük içində idilər. Atlıların sifəti isə daş kimi sərt və hissiz idi. Onlar dinib-danışmadan çapır, çapırdılar. Yalnız qabaqda çapan atlı sürəti azaltmadan arabir əlini qaşları üstünə qoyub ətrafı seyr edirdi. Hamının nəzəri ikinci atlıda, daha doğrusu onun tərkindəki uşaqda idi.


Ardı →

Sulla

Yoxsullaşmış zadəgan ailəsində anadan olmuş Sulla gəncliyində kef və əyləncəyə qurşanmışdı. Sonralar qohumlarının dövləti ilə varlanması nəticəsində konsul Marinin yanında kvestor olmuşdur. Mari ilə birlikdə Afrikaya Yuqurta üzərinə getmiş, döyüşlərdə cəsurluğu və təşəbbüskarlığı ilə diqqəti cəlb etmişdir. Addımbaşı kvestor patrisiyə paxıllıq edən plebey Mari öz ikinci konsulluğunda leqat, üçüncüsündə isə hərbi tribun idi. Sulla hələ leqat ola-ola tektosaqların başçısı Kupillanı tutub əsir gətirmiş, hərbi tribun olanda isə farsları Romanın müttəfiqinə çevirmişdi. Mari paxıllığından artıq bu gənc, mavigöz cavana heç bir iş tapşırmırdı.


Ardı →

Oliver Kromvel

Demək olar ki, müasir dünya parlamentar demokratiyasının banisi Oliver Kromvel(Oliver Cromwell) Böyük Britaniyanın bu günə qədər məğlubiyyət nə olduğunu bilməyən hərbi qüdrətinin də yaradıcısıdır. O, Hantinqdonda zadəgan ailəsində doğulmuş, gəncliyində Avropa ölkələrində muzdlu döyüşçü kimi gün keçirmişdi. Kromvel Puritan dini tərbiyəsinə bütün ömrü boyu sadiq qalmış və qətiyyətlə bu dini prinsipləri ölkəsində tətbiq etmişdir.


Bir sərkərdə kimi isə o, dühasını çox gec — 40 yaşından sonra göstərmişdi. Əlbəttə, o vaxt İngiltərə parlamenti ilə kral I Karlın konflikti başlamasaydı, Kromvel bəlkə də Hantinqdonda öz zəmilərində əkinçiliklə məşğul olacaqdı. Lakin kral parlamenti buraxanda bir deputat kimi bu Kromveli də narazı saldı.


Ardı →

I Riçard Aslanürəkli

Dünya tarixində «Aslan ürəkli Riçard» kimi məşhur olan ingilis kralı II Henrixin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar. Çünki böyük oğul bir varis kimi tezliklə kral olmaq, kiçik oğlu da öz payını almaq istəyirdi. Riçard da qiyamçı qardaşlarına qoşuldu.


Ardı →

Armini

Qədim german tayfalarının qəhrəmanı. Xerusk tayfaları ordularının komandanı Siqimerin oğlu Armini(e.ə.16-21) idi. O dövrün ənənələrinə uyğun olaraq Romada tərbiyə alıb gənc yaşlarından imperator Avqustun qoşununda qulluq etmişdi. Üzdə özünü imperiyaya sadiq göstərsə də, imperatorun şəxsən ona yaxşı münasibətinə baxmayaraq, Romada döyüş qaydalarının və hərbi taktikanın bütün sirlərini öyrənəndən sonra Germaniyaya qaçmışdı.


Ardı →

Admiral Nelson

Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı. Buna görə 12 yaşı olanda Horatsio dayısı Sanqlinqin kapitan olduğu «Trayemfom» keşikçi gəmisində qulluğa girdi. Lakin dayısı onu Hindistana gedən ticarət gəmisinə düzəltdi. İki il çəkən bu səfərdən qayıdan 15 yaşlı Nelson artıq mahir dənizçi idi.


Ardı →