Рейтинг
+34.77

həzm sistemi

27 üzv, 59 topik

Assit nədir?

Assit (hidroperiteneum, qarın boşluğunda maye) qarın boşluğuna mayenin toplanmasıdır. Assit sözü yunan sözü olan askos sözündən götürülüb kisə mənasını verir. Normal insanlarda qarın boşluğunda maye olmur və ya çox az miqdarda olur. Məsələn, qadınlarda menisturasiya tskilindən aslı olaraq qarın boşluğunda 20 ml-ə qədər maye ola bilər. Odur ki, qarın boşluğunda mayenin çox olması hər hansı bir patoloji prosesin mövcud olması şübhəsi yaradır.
Ardı →

Öd daşı xəstəliyi

Öd daşı xəstəliyi geniş yayılmış bir patologiyadır. Amerika Birləşmiş Ştatlarında il ərzində 500.000 insan öd daşı xəstəliyindən şikayətlənir və bu xəstəlik il ərzində 10.000 insannın həyatını  aparır. Öd daşı olan insanların 80%-i bundan xəbərsiz olurlar. Öd daşı xəstəliyi, başqa sözlə, xolelitiaz öd kisəsində çınqıl şəkilli daşların əmələ gəlməsi nəticəsində yaranır. Öd daşları qum dənəcikləri ölçüsündən başlayaraq yumruq ölçüsünə qədər ola bilər.
Ardı →

Diarreya (ishal)

Diarreya (ishal) boş, sulu və tez-tez baş verən nəcis ifrazına deyilir. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diarreya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. ki həftədən az davam edən diarreya kəskin diarreya adlanır. Əgər diarreya 4 həftədən çox davam edirsə bu xroniki diarreya adlanır. ünyada bir və ya çox epizodlu diarreyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diarreyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250.000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlııar) hayatını dəyişir (Harrison, 2006).
Ardı →

Qastrit nədir?

Qastrit mədənin selikli qişasının iltihabıdır. Başqa sözlə, qastrit mədəni daxildən müdafiə edən örtüyün müxtəlif səbəblər üzündən zədələnməsidir.Qastritin əmələ gəlməsinin əsas səbəblərindən biri Helicobacter pylori adlanan bakteriyalardır.Requlyar olaraq ağrıkəsici dərmanların qəbulu, travmatik zədələnmələr, spirtli içkilərin qəbulu, emoisional gərginlik kimi faktorlar da qastrit törədir. Qastritlər kəskin və xroniki olmaqla iki qrupa bölünür. Müalicə edilməyən qastrit mədə xorasına gətirib çıxara bilir.
Ardı →

Öd daşı xəstəliyi

Öd daşı xəstəliyi geniş yayılmış bir patologiyadır. Amerika Birləşmiş Ştatlarında il ərzində 500.000 insan öd daşı xəstəliyindən şikayətlənir və bu xəstəlik il ərzində 10.000 insannın həyatını aparır. Öd daşı olan insanların 80%-i bundan xəbərsiz olurlar. Öd daşı xəstəliyi, başqa sözlə, xolelitiaz öd kisəsində çınqıl şəkilli daşların əmələ gəlməsi nəticəsində yaranır. Öd daşları qum dənəcikləri ölçüsündən başlayaraq yumruq ölçüsünə qədər ola bilər.
Ardı →

Mədə xorası

Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə selikli qişasının tamlığının  pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi müvazinətinin pozulmasıdır. Mədədə turşunun (pepsin) ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi müvazinəti pozulan hallarda mədənin zədələnmə ehtimalını artırır.


Ardı →

Mədə-bağırsaq xəstəlikləri

Mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləri qarında ağrı, iştahanın pozulması, ürəkbulanma, qusma, gəyirmə, qıcqırma, qarının köpməsi, qəbizlik, ishal və s.-dir.
Ağrılar xəstəliyin səbəblərinə uyğun olaraq uzunmüddətli və ya qısamüddətli tutmalar şəklində, yemək yeyən kimi və ya 2-3 saatdan sonra ola bilər. Tutmayabənzər qəfil baş verən şiddətli ağrılara sancı deyilir. Diaqnozu dəqiq qoymaq üçün ağrıların yerini düzgün müəyyənləşdirmək vacibdir. Qarında çox şiddətli ağrılar olduqda ağrıkəsici dərmanlar verməyə tələsmək lazım deyildir.


Ardı →

Həzm orqanları

Həzm sisteminin vəzifəsi qəbul olunmuş qidanı müəyyən mexaniki və kimyəvi dəyişikliklərə uğradaraq həzm etmək, həzm olunmuş qidanı sormaq və qalıq hissəni bədəndən xaric etməkdir.
Həzm sisteminə həzm kanalı və həzm sistemi vəziləri aiddir. İnsanda həzm kanalı 8-10 m uzunluğunda olub, aşağıdakı şöbələrə bölünür: ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik və yoğun bağırsaqlar. Həzm sisteminin böyük vəzilərinə qaraciyər, mədəaltı vəzi böyük ağız suyu vəziləri aiddir.
Ağız boşluğuna düşmüş qida müəyyən mexaniki və kimyəvi dəyişikliyə uğradıqdan sonra əsnək vasitəsilə udlağa, oradan qida borusuna, mədəyə keçir. Mədədə həzm olunmuş qida nazik bağırsağa, sonra yoğun bağırsağa daxil olur və nəhayət, qalıq hissə xaric olur. Qida həzm olduqdan sonra lazımi maddələr qana sorulur.


Ardı →