Oğullarınızı yaxşı yetişdirin / A. Enşteyn


— Qarşı cinsə hörmət etməyi öyrədin.

— Onu dünyaya gətirənin də, bir qadın olduğunu öyrədin.

— Bir qadının çiyininə dost olaraq da sarıla biləcəyini öyrədin.

— Sevməyin dəyər vermək olduğunu öyrədin.

— Sahib çıxmaqla, sahib olmağın fərqli olduğunu öyrədin.

— Heç kimi kiçik görməməyi öyrədin.

— Amma bunları ondan əvvəl öz içinizdəki uşağa öyrədin.


 

12 şərh

rezerv
Enşteyn baba, narahat olmayın. İndiki oğlanlarda(mən gördüyüm qədəriylə) nə olmasa da, qarşı cinsə çox böyük hörmət, centlimenlik var. Bunu onlara öyrətməyə heç ehdiyyac da yoxdur.
soni_memmedzade
Bir qadının çiyininə dost olaraq da sarıla biləcəyini öyrədin.bu məsləhətinə əməl etsələr yaxşı olar.təşəkkürlər.
aysel95
maraqli meslehetdir Allah sene rehmet elesin
ceko665
Bu məsləhəTlər əladır bumeranq təşəkkürlər lakin qızla oğlanın dostluğu Azərbaycanda mümkün deyil odurki,o məsləhəti nə oğullarımız qəbul etməyəcək nədə Azəri mentariteti.Çünki Azərbaycanda oğlan qız dostluğu mümkün deyil qəbul olunmur.Ailə qurduqdan sonra nə oğlan həyat yoldaşının oğlan dostunu nədəki əksinə qadın həyat yoldaşının qız dostunu qəbul etmir.Bu mənim subyektiv fikirlərimdir.
_BUMERANQ_
Sizinlə razıyam.
Bu Enşteynin ideal insanla bağlı fikirləridi.
Lakin sonda özü də öz dediklərinə şübhə edərək vurğulayıb ki, "Amma bunları ondan əvvəl öz içinizdəki uşağa öyrədin."
Rene
Burda oğlan-qız dostluğundan söhbət getmir ki, insan həyat yoldaşı ilə dost ola bilər, daha doğrusu olmalıdır, məncə Enşteyn kişi də məhz bunu nəzərdə tutub )))
Rene
Yəni məncə demək istəyib ki, qadına həmişə ehtiras, şəhvət məqsədilə yox, yeri gələndə bir dost kimi də sarılmağı öyrənin, məna tamam başqadır, ceko. Məncə siz yanlış anladınız :)
MaksiMuS
Bunların hamısını bilirəm, amma bəzən bunlar da yetmir bir qadınla xoşbəxt olmaq üçün.İnanın ki olmur. Eh nəysə. Necə deyərlər eyni dildə danışanlar deyil, eyni hisləri paylaşanlar xoşbəxt ailəyə sahib ola bilərlər.
rezerv
Düz, eyni hisləri yaşamırsansa, eyni dildən danışmağın mənası qalmır.
lili95

Ortaq yönümüz çoxdu bizim, bir-birimiz üçün yaradılmışdıq sanki. Eyniydi düşüncələrimiz: «Mən səni düşünürdüm, Sən özünü..

soni_memmedzade
Qarşındakı insanın daxilindəki «mənə» sahib olmaq hər insana nəsib olmur.Olarki illərcə bir yerdə olasan ,amma daxilindəki «məndən „xəbəri belə olmaya.Hətta qarşındakina da bu gülməli gələ.insan sevginin dəyərini bu zaman qiymətləndirir.Hər sevirəm deyən də sevə bilməz.sadəcə bir qadının və ya bir kişinin rahatlıq tapa biləcəyi yer qarşısındakının çiyninə rahatlıqla başını qoyub onu anlamasıdır,özünü anlada bilməsidir.malesəf biz bunu uşaqlarımıza aşılaya bilmirik.bu üzdən də səhvlər buraxa-buraxa yaşayır,başımız daşdan-daşa dəyə -dəyə püxdələşirik.
SHATENKA407
bu mövzu ürəyimə yağ kimi yayıldı…