İnanım, ya yox?


Çox vaxt qarşı tərəfi vəd verməyə sövq edən müxtəlif amillər olur. Bəzən bu amillər qarşı tərəfə müsbət təsir göstərmək və bəzən də qarşı tərəfi bir qədər “yumşaltmaq” üçün də verilir. Ona görə də belə hallarda qarşı tərəfi yaxşı “təhlil etməli”, münasibətlərdə hər hansı bir problem yoxdursa, onun verdiyi vədlərə tərəddüdsüz yanaşmalısınız. Əgər qarşılıqlı etimad varsa, vədlərə də inanmaq olar.

Evlilik ərəfəsində verilən vədlərə inanmazdan əvvəl, ilk növbədə, qarşı tərəfi yaxşı tanımalı və bir-birinizə nə qədər səmimi olduğunuzu bilməlisiniz. Əgər tərəflər arasında hər hansı bir etimad problemi varsa, verilən vədlərə inanmaq olmaz və əslində inanmaq da doğru deyil. İndi isə məsələyə evlənəcəyi adama etimad edən və evlənmək üçün heç bir maneəsi olmayan bir tərəfin prizmasından baxaq...

Əgər tərəflər arasında uyğunluq varsa və tərəflər bir-birilərinin səmimi olduqlarını düşünürlərsə, vədlərin onlara hansı məqsədlərlə verildiyini, həmçinin vədlərin doğruluq dərəcələrini müəyyən etməlidirlər. Məsələn, verilən vədlər nə qədər reallaşa bilər və ya reallaşmasa, bu evliliyə nə qədər təsir göstərə bilər və s. kimi...

Əgər vədin reallaşmaması evliliyə heç bir təsir göstərməyəcəksə, bunu gələcəkdə evlilik planınıza da daxil edə bilərsiniz. Digər bir məsələ isə vədə nə üçün ehtiyac hiss olunmasıdır. Əgər qarşı tərəfi buna sövq edən sizdə müşahidə edilən hər hansı bir “qeyri-təbiilikdirsə”, qarşı tərəfin narahat olmaması üçün daha təbii olmaq lazımdır. Ancaq vəziyyət necə olursa-olsun verilən vədlərin reallaşmamaq ehtimalı da var. Bu ehtimal həmişə nəzərə alınmalı, reallaşmadığı təqdirdə, hər hansı bir problemə səbəb olmamalıdır.

2 şərh

kagizgemiler
necə deyirmiş CAN YÜCƏL " BİR GÜN YALAN DANIŞACAQSAN ƏGƏR BURAX QARŞINDAKI SƏNƏ GÜVƏNDİYİ QƏDƏR İNANSIN"
şoxsağolun 
seyidova
İnsan söz verende ya özüne çox güvenir yada ki, qarşındakına.