Daha xoşbəxt olmaq üçün psixoloq məsləhətləri

Daha xoşbəxt olmaq üçün psixoloq məsləhətləri

1-Dostlarınızın yanında özünüzə hörməti artırın.

2-Tez-tez əldə etdiyiniz uğurlarınızı yadınıza salın bunlar kiçik olsa belə.

3-Tez-tez öz-özünüzə sizin o qədər də pis vəziyyətdə olmadığınızı söyləyin. Düşünün ki, dünyada sizdən də pis yaşayanlar var.

4-Çalışın yuxunuz gəlmədən yatağa girməyəsiz. Səhər-səhər yerinizdən qalxmazdan əvvəl yaxşı olar ki, yerinizdə o tərəf bu tərəfə dönəsiz.

5-Boş vaxtınız olan kimi istirahət etməyə çalışın-istirahətin növündən asılı olmayaraq (çalışın istirahətiniz maraqlı keçsin).

6-Tez-tez vanna qəbul edin.

7-Yatmazdan əvvəl balla süd içməyə çalışın.

8-Otağınızda müxtəlif rəngli şəkillər və təqvimlər asmağa çalışın.

9-Çalışın açıq rəngli paltarlar geyinin.

10-Əgər imkan varsa evdə it və ya pişik saxlayın.

11-Yaxşı olar ki, hər axşam musiqi dinləyəsiz.

12-Əgər gün ərzində hansısa xoşagəlməz hadisə ilə qarşılaşmısınızsa, onu unutmağa çalışın.

13-Sizin xətrinizə dəyiblərsə, ağlamağa çalışın. Psixoloji tədqiqatlar göstərir ki, kişilərin 73, qadınların isə 85 faizi ağlamaqla yüngülləşə bilər.

14-ən sonda isə ümumi bir ressepti unutmatın: Gün ərzində 30 dəfə "Mən xoşbəxtəm" deyən insan hətta ən pis şəraitdə olsa belə özünü xoşbəxt hesab edir.

Bu məsləhətlər psixologiya elmləri namizədi Rəşid Cabbarova aiddir.

P.S. Təbii ki, bu məsləhət siyahısını artırmaq mümkündür. Əgər faydalı məsləhət bilirsizsə bizimlə bölüşməyinizi istərdim.

14 şərh

Sufi
Gün ərzində 30 dəfə «Mən xoşbəxtəm» deyən insan hətta ən pis şəraitdə olsa belə özünü xoşbəxt hesab edir.
Hamı robot kimi bu sözü desə,bədbəxt adamlar da özlərini xoşbəxt sayacaq.
Dior
Tez-tez öz-özünüzə sizin o qədər də pis vəziyyətdə olmadığınızı söyləyin. Düşünün ki, dünyada sizdən də pis yaşayanlar var.
Aha,insan gərək həmişə şükür etməyi bacarsın.
Freddie
Ayaqqabim yoxdur deye chox uzulurdum, ta ki ayaqsiz bir adam gorunce.
Freddie
Ayaqqabım yoxdur deyə çox üzülürdüm, ta ki ayaqsız bir adam görüncə.
Zərrə
Həyatda istəsək də, istəməsək də problemlər olacaq. Məncə bunu qəbul etmək stresə düşməmək üçün birinci addımdır. Həyatını tam səhvsiz, mükəmməl olacağını gözləyən adam hər zaman xoşbəxtliyi itirmək qorxusuyla yaşayacaq. Hələ problem gəlməmişdən rahatlığını itirmək qorxusuyla depressiyaya düşəcək. Qəbullanmaq lazımdır ki, problemlər, çətinliklər olmalıdır. Amma hər bir haldan ən xeyirli şəkildə istifadə etməyi bacarmaq lazımdır.
Oda əlini salarsan səni yandırar, amma düzgün istifadə eləsən, evini qızdırar, yeməyini bişirər. Adətən problem hər hansı hadisədə deyil, bizim o hadisəyə münasibətimizdədir.
ramzes
İt və ya pişik saxlamaq sağlamlığa ziyandı.
təpəgöz
Əgər ev heyvanlarına düzgün münasibət bəslənilsə heç bir ziyanı yoxdur.
Kleopatra
evdə təbii güllərində olması yaxşıdır
Silen_ce
Sahib olduqlarımız haqqında düşünüb şükür etmək də nə qədər xoşbəxt insan olduğumuzu anlamağa kömək edir
Cavid
Bu mövzuya daha çox araşdırma aparılmalıdır