Xoşbəxt olmağın 4 yolu

Sağlamlıq
Çoxlu miqdarda su için. Müəssisələrdə hazırlanan qidalardansa təbii qidalara üstünlük verin. Daha çox oyun oynayın. Ötən il ilə müqayisədə daha çox kitab oxuyun. Hər gün ən azı 10 dəqiqə sakit mühittə vaxt keçirin. 7-8 saat yatın. Gündəlik olaraq 10-30 dəqiqə gəzintiyə ayırın. Gəzinti zamanı gülümsəyin.

Şəxsiyyət
Həyatınızı başqalarının həyatı ilə müqayisə etməyin. Başqalarının həyatının nədən ibarət olduğunu bilə bilmərsiniz. Neqativlikdən uzaq durun. Əvəzinə enerjinizi pozitiv anlara sərf edin. Üzərinizə artıq yük yükləməyin. Sərhədlərinizi aşmayın. Dəyərli enerjinizi qeybətə sərf etməyin. Xəyal gücünüzü artırın. Paxıllıq zaman itkisidir.

Ehtiyacınız olan hər şeyə artıq sahibsiniz. Keçmiş problemləri unudun. Yaxınlarınıza etdikləri səhvləri xatırlatmayın. Bu sizin hazırki xoşbəxtliyinizi məhv edə bilər. Həyat nifrət etmək üçün çox qısadır. Ətrafdakılara nifrət bəsləməyin. Hirs və qəzəbdən azad olun. Sizin özünüzdən başqa heçkim xoşbəxtliyinizə görə məsuliyyət daşımır. Həyatın bir məktəb olduğunu və sizin öyrənmək üçün burada olduğunuzu dərk edin. Daha çox gülümsəyin. Hər mübahisədə qalib gəlməyə məcbur deyilsiniz.

Cəmiyyət
Ailənizi daima itirib-axtarın. Hər gün başqalarına yeniliklər gətirir. Bağışlamağı bacarın. Vaxtınızı 70 yaşından yuxarı və 16 yaşından aşağı insanlarla keçirin. Hər gün ən azı 3 nəfəri gülümsətməyə çalışın. Başqalarının sizin haqqda düşündüklərinin sizə aidiyyatı yoxdur. Bütün bunlar sizdən çox onların kim olduqlarını göstərir. Sizin isə düşünməli olduğunuz daha əhəmiyyətli şeylər var. Xəstələndikdə karyeranız yox dostlarınız sizin qeydinizə qalacaq. Onlarla əlaqəni kəsməyin.

Həyat
Düzgün olanı edin! Xeyirli, gözəl və əyləncəli olmayan hər şeydən canınızı qurtarın. Nə hiss etdiyinizdən asılı olmayaraq hər zaman səliqəli geyinin və dişlərinizi fırçalayın. Kiçik qələbələr ən gözəl olandır, çünki onlar isədiyiniz an baş verə bilər. Hər şeyin ən yaxşısı hələ öndədir. Axmaq olmayın. Birinin səhvini gördükdə sakit durun. Bunun sizə aidiyyatı yoxdur. Uşaqların yanında danışığınıza fikir verin,çünkü onlar sizi dinləyirlər.
 

0 şərh