Xoşbəxtliyin 8 əsas prinsipi açıqlanıb

Altı ölkənin elm adamlarının müxtəlif vaxtlarda apardıqları araşdırmalar nəticəsində məlum olub ki, demək olar ki, bütün insanları xoşbəxt edən təməl prinsiplər eynidir.
Arışdırmalar nəticəsində insanların özlərini xoşbəxt hiss etmələrinə səbəb olan səkkiz əsas prinsip açıqlanıb. Bütün bu tədqiqatların nəticələri “Psychological Bulletin” jurnalında “Xoşbəxtliyin resepti” başlığı ilə dərc edilib.
Əziz oxucular, indi həmin məqalədə yer alan maddələr barəsində sizə məlumat vermək istəyirik.

6 saatdan çox yatmaq
Tədqiqatçılar, gecə 6 saatdan çox yatan yetişkinlərin günə daha gümrah, yüksək əhval-ruhiyyə ilə başladıqlarını bildiriblər. Uşaqlar və gənclər üçün isə bu zaman 8 saat müəyyənləşdirilib.

Hədəflər
Hər hansısa hədəfi olan insanların depresiyadan daha asan qurtulduğu məlum olub. Məqsədlərin həmçinin insanların yaşama sevincini artırdığı, ətrafdakılar ilə daha asan münasibət qurmalarına səbəb olduğu da qeyd edilib.

Mavi rəng
Mavi rəngin insanların özünə olan inamını artırdığını, stresi azaltdığını deyən elm adamları, eyni zamanda bu rəngin insanların özlərini daha xoşbəxt hiss etmələrinə səbəb olduğunu bildiriblər.

Yeniliklərə açıq olun
Günlük həyatında yenilik etməyə can atan insanların daha xoşbəxt olduğu məlum olub. Eyni zamanda daim yeni nələrsə öyrənməyə çalışan insanların daha aktiv həyat tərzi keçirdikləri də ortaya çıxıb.

Səbirli olun
Xoşbəxtliyə aparan yolun gözləməkdən keçdiyini deyən elm adamları səbirli olmağı bacaranların digərləri ilə müqayisədə daha xoşbəxt olduqlarını bildiriblər.

Başqalarına kömək edin
Hədiyyə almağı sevən, ehtiyacı olanlara maddi yardım edən və bu kimi xeyriyyə işləri görən insanlar digərlərinə hər-hansı köməkliylərinin dəydiyinə görə özlərini daha xoşbəxt hesab edirlər.

Yaxşı dostlar
İnsanlarla tez zamanda səmimi münasibət qura bilmək də əlavə istedadır. Çoxlu dostları olan insanlar ən azından ətraflarında bu qədər insan olduğuna görə daha xoşbəxtdirlər.

Sevmək
Sevilmək, sevmək insanın özünü daha xoşbəxt hiss etməsinə səbəb olan əsas şərtlərdəndir. Araşdırmaçılar həyat yoldaşını və ya sevgilisini həqiqətən sevən və onlar tərəfindən eyni qədər sevildiyini düşünən insanların hər cür çətinliyin öhtəsindən gəlməyə qadir olduğunu bildiriblər.

 

0 şərh